Vətəndaşların bank kartlarından 22 min manata yaxın vəsait oğurlanıb

19-04-2025 / 11:32

Aprelin 18-də vətəndaşların bank kartlarından 21394 manat oğurlanıb.

Xeberler.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 6500, 6000, 2971, 2850, 1000, 800, 450, 392, 201, 150, 70, 10 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

“Vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatların naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”, - deyə məlumatda qeyd olunub.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə