Previous Next
Bağla

“Elektron Bələdiyyə” portalının təqdimatı olub

18-04-2025 18:51
“Elektron Bələdiyyə” portalının təqdimatı olub

Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları (ABMA) tərəfindən yaradılmış “Elektron Bələdiyyə” portalının istifadəyə verilməsinə həsr olunmuş tədbir keçirilib.

Xeberler.az məlumat verir ki, tədbirdə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev son dövrlər bələdiyyələrdə vergi uçotunun qurulması, vergi daxilolmalarının artırılması və son birləşmədən sonra bələdiyyə institutunun nüfuzunun artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Assosiasiyanın sədri deyib ki, Azərbaycan Prezidentinin müvafiq Fərmanına uyğun olaraq, fiziki şəxslər tərəfindən binalara görə əmlak vergisinin ödənilməsi mexanizminin təkmilləşdirilməsi məqsədilə “E-bələdiyyə” portalı yaradılıb. O, portalın bələdiyyə xidmətlərinin vətəndaşlara əlçatanlığının təmin edilməsinə, bələdiyyə-vətəndaş münasibətlərinin yeni səviyyəyə qaldırılmasına şərait yaradacağına əminliyini vurğulayıb.

ABMA-nın Bələdiyyələrin Onlayn Xidmət Mərkəzinin direktoru Adil Əhmədov “E-bələdiyyə” portalının funksional imkanları barədə məlumat verib. O qeyd edib ki, yerli vergi ödəyiciləri e-belediyye.az portalında qurulmuş elektron kabinetlərinə “Digital Login” servisi üzərindən müxtəlif identifikasiya vasitələri ilə daxil ola bilərlər. Vətəndaşlar elektron kabinetləri vasitəsilə bələdiyyədə uçotda olan vergitutma obyektləri, vergi borcunun tərkibi, ödəniş tarixçələri və bələdiyyə bildirişləri barədə ətraflı məlumat əldə etməklə yanaşı, vergi borclarını da ödəyə biləcəklər. Bundan başqa, bələdiyyələrlə vətəndaşlar arasında olan “məsafəni” azaltmaq, həmçinin bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaq məqsədilə portalda bələdiyyə sorğularında iştirak və bələdiyyələrə təklif vermək, məlumat uyğunsuzluğu barədə aidiyyəti bələdiyyəyə müraciət etmək imkanı yaradılıb. Mərkəzin direktoru vurğulayıb ki, ilkin mərhələdə “E-bələdiyyə” portalına Bakı şəhərinin bələdiyyələri qoşulacaq. Digər bələdiyyələrin portala qoşulması isə mərhələli şəkildə yerlərdə təqdimatlar təşkil etməklə həyata keçiriləcək və prosesin yaxın aylarda yekunlaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, portalın tətbiqi bələdiyyə xidmətlərinin səmərəliliyinin artmasına təkan verəcək, habelə yerli vergi ödəyiciləri öz hüquq və öhdəlikləri barədə daha çox məlumatlı olacaqlar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bələdiyyə ödənişləri Hökumət Ödəniş Portalına inteqrasiya edilib

09-09-2019

Hökumət Ödəniş Portalının imkanları genişləndirilir

17-03-2016

Azərbaycanda bələdiyyə vergisinin nağd ödənişi dayandırılır

21-10-2024

Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq

24-06-2025

Bələdiyyələrin vahid informasiya sistemi yaradılır

20-05-2025

Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq

30-05-2025

Bələdiyyələrin elektron portalı təqdim olundu

03-03-2015

SAMF bələdiyyələrin fəaliyyətinə həsr olunan KİV-in monitorinqini aparıb

08-12-2009

“Asan İmza” yeni elektron xidmət istifadəyə verib

16-11-2020

MSK sədri: Min məntəqədə veb-kameralar quraşdırılacaq

11-01-2025

Bələdiyyələr hesabat və aktlarını informasiya sisteminə yerləşdirəcək

02-12-2024

Hansı bələdiyyələr onlayn ödəniş sisteminə qoşulub?

02-02-2017

Azərbaycanda neçə bələdiyyənin internet saytı var

06-01-2011

Bələdiyyə ödənişləri onlayn rejimdə olacaq

11-09-2015

Bələdiyyə seçkiləri ilə bağlı sosial şəbəkələrdəki 68 görüntü araşdırılır

10-02-2025

Ukraynada elektron hökumət yaradılacaq

18-12-2010

İqtisadi Tədqiqatlar Mərkəzi “Elektron bələdiyyə” konsepsiyasını təqdim edib

17-06-2009

Bələdiyyə xidmətləri elektronlaşır

02-09-2015

Ağdaş rayonunda elektron kadastr uçotu bitdi

06-03-2019

“Asan İmza” sertifikatlarını onlayn yeniləmək mümkündür

18-12-2020

Vergi ödəyicilərinə 63 e-xidmət göstərilir

20-12-2016

Nəsimi bələdiyyəsinin rəsmi internet saytının monitorinqinin nəticələri

08-04-2009

Azərbaycanda ilk- Bələdiyyənin Çağrı Mərkəzi fəaliyyətə başladı

23-08-2016

E-taxes.gov.az portalına SİMA Token ilə daxil olmaq mümkün olacaq

10-09-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə