Dövlət Gömrük Komitəsinin və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə KİV-lər üçün “Rəqəmsal gömrük və media” mövzusunda seminar keçirilir.
Xeberler.az məlumat verir ki, tədbirdə Gömrük İnzibatçılığı Baş İdarəsinin şöbə rəisi İlkin Hüseynzadə gömrük sahəsində aparılan islahatlar, gömrük orqanlarının fəaliyyəti, tətbiq edilən gömrük rüsumları barədə geniş məlumat verib.
Seminarda, həmçinin elektron ticarət, yüngül minik nəqliyyat vasitələrinin idxalı, hüquqpozmalarla mübarizə və digər aktual məsələlərlə bağlı gömrük işçilərinin məruzələri dinlənilib.
Dövlət Gömrük Komitəsinin Gömrük İnzibatçılığı Baş İdarəsinin şöbə rəisi İlkin Hüseynzadə bildirib ki, gömrük sərhədindən keçirilən malların şəxsin özünə və ya ailəsinə məxsus olmasını müəyyən etmək gömrük orqanlarına həvalə edilib. Onun sözlərinə görə, əgər fiziki şəxs özü və ya ailəsi üçün dərman vasitəsi gətirirsə və həqiqətən onun xəstəliyi ilə bağlı həkim resepti varsa, məbləğindən asılı olmayaraq ondan heç bir ödəniş - rüsum tutulmur.
Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq baş idarəsinin rəsmisi Mehriban Əsgərova isə bildirib ki, gömrük sahəsində hüquq pozmaları əsasən sərhəddən keçirilən mallarla bağlı sənədlərin düzgün doldurulmaması nəticəsində olur və bununla da gömrük qanunvericiliyi pozulur. Onun sözlərinə görə, belə hallarda gömrük qanunvericiliyinə görə məsələyə məhkəmədə baxılır: “Yəni şəxs barədə iş aidiyyəti üzrə məhkəməyə göndərilir və qanuna müvafiq qərar çıxarılır”.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları