Previous Next
Bağla

“EduHack 2025: Innovating the Future of Learning” hakatonu start götürüb

19-04-2025 17:18
“EduHack 2025: Innovating the Future of Learning” hakatonu start götürüb

Bakı Avrasiya Universiteti (BAAU), Gənclər Fondu, Niğde Ömer Halisdemir Universiteti (NOHU), Məlhəm Beynəlxalq Hospitalının, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Türkiyə-Azərbaycan Universitetinin (TAU) birgə təşkilatçılığı ilə “EduHack 2025: Innovating the Future of Learning” hakatonu aprelin 19-da start götürüb.

Xeberler.az məlumat verir ki, Bakıda başlayan hakatonda Gənclər Fondu, ATGTİ və Məlhəm Hospitalın rəhbərliyi, BAAU, NOHU və TAU-nun akademik-inzibati heyət üzvləri və tələbələr iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Respublikasının İstiqlal Marşının səsləndirilməsi ilə başlayıb, sonra isə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqini BAAU-nun rektoru dosent Səyavuş Qasımov edib. O, tədbirin təşkilində tərəfdaşlıq edənlərə təşəkkürlərini bildirib və bu hakatonun tələbələrin öz bacarıq və səriştələrini göstərməsi üçün əhəmiyyətli bir platforma rolunu oynadığını vurğulayıb. Ənənəvi təhsil metodlarından innovativ təhsil metodlarına keçid istiqamətində gənclərdən parlaq ideyaların gələcəyini ümid etdiyini bildirən rektor Azərbaycanın 9 ali təhsil müəssisəsindən 12 komandanın hakatona iştirak hüququ qazandığını qeyd edib, iştirakçılara uğurlar arzulayıb.

Sonra Gənclər Fondunun icraçı direktoru Qədir Xəlilov çıxış edərək gənclərə daim dövlətin xüsusi diqqət və qayğısının olduğunu bildirib. O, tərəfdaş olduqlarına görə hakatonun təşkilatçılarına təşəkkürünü bildirərək təhsilin innovativ yöndə inkişafında gənclərin önəmli faktor olduğunu diqqətə çatdırıb. Təşkil edilmiş hakatonun bu yöndə əhəmiyyətli olduğu qeyd edilib.

NOHU-nun rektoru professor Hasan Uslu tələbələrin öz bilik və bacarıqlarını nümayiş etdirə biləcəyi bu cür tədbirlərdə iştirak etməkdən məmnun olduqlarını bildirib və Türkiyədə dövlət tərəfindən qəbul edilən innovativ layihələrin öncüsü olduqlarını vurğulayıb. Hakatonda iştirak edən komandalara öz layihələrinin inkişaf etdirilməsi baxımından dəstəyin göstərilməsində hazır və maraqlı olduqlarını bildirib.

TAU-nun rektoru vəzifəsini icra edən professor Vilayət Vəliyev çıxış edərək Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb və bu hakatonun təşkilində qardaş ölkələrin nümayəndələrinin tərəfdaşlığını təqdirəlayiq bir addım olaraq qiymətləndirib. O, təhsil alanların bilik və bacarıqlarının innovativ yanaşmalarla inkişaf etdirilməsinin əhəmiyyətindən söhbət açıb. Rektor TAU-nun çətir universitet funksiyasını icra edərək iki qardaş ölkə arasındakı rolu haqqında məlumat verib.

Məlhəm Beynəlxalq Hospitalının icraçı direktoru Sevda Əlizadə çıxışında gənclərin təhsildə innovativ həllər təqdim etdiyi hakatona dəstək göstərməkdən məmnun olduqlarını bildirib. Yenilikçi və innovativ fikirlərə açıq olduqlarını bildirən icraçı direktor hospitalda müasir texnologiyaların tətbiqi, gənc kadrlara imkanların təqdim edilməsi və inkişafı üçün imkanlar yaradıldığını vurğulayıb.

ATGTİ-nin sədri Rəşad Zeynalov Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsində ittifaqın aparıcı rol oynayan təşkilatlardan biri olduğunu, ölkədə keçirilən çoxsaylı tədbirlərdə təşkilatçılıqda tərəfdaş olduqlarını diqqətə çatdırıb. ATGTİ-nin BAAU ilə tərəfdaşlıq çərçivəsində keçirilən hakatonunda iştirakından məmnunluğunu ifadə edərək iştirakçılara uğurlar arzulayıb.

Açılış nitqlərindən sonra, BAAU və Məlhəm Beynəlxalq Hospitalı haqqında təqdimat videoçarxları nümayiş etdirilib.

Sonra NOHU-nun Texnoparkının baş direktoru Rıfat Battaloğlu və Odlar Yurdu Universitetinin Startap və İnkibasiya Mərkəzinin rəhbəri Rəvanə Göyüşlü spiker qismində çıxışlar ediblər.

Tədbirə Azərbaycan Milli Konservatoriyasının tələbələrinin ifasında musiqi əsərləri sələndirilib.

Rəsmi hissə başa çatdıqdan sonra hakaton start götürüb və tələbələr təhsilin inkişafı istiqamətində təqdim edilmiş məsələlər üzrə praktiki işlərə başlayıb. Hakaton aprelin 20-də BAAU-nun konfrans zalında davam edərək layihələrin təqdim olunması, qiymətləndirmə və qaliblərin mükafatlandırılması ilə yekunlaşacaq.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Hakaton nəticəsində ərsəyə gələcək ideyalar dünya təhsil sisteminə yeni nəfəs gətirəcək"

19-04-2025

“EduHack” hakatonu başa çatıb

03-08-2020

"Region Universitetlərinin I İnnovasiya və Sahibkarlıq Forumu" keçirilib

20-12-2024

Kibertəhlükəsizlik sahəsində gənclərin fəal iştirakı strateji əhəmiyyətlidir

23-04-2025

Azərbaycanda “Youth Cybersecurity Forum 2025 ” adlı tədbir keçirilib

23-04-2025

“Nasa - Space Apps Challenge Baku” hakatonu keçirilir

09-10-2023

Rektor: Ənənəvi təhsil modelləri yerini texnologiya və innovasiyaya əsaslanan metodlara verir

19-04-2025

BŞTİ və AzTU startap layihələrlə bağlı əməkdaşlığa başlayır

27-01-2023

AzTU və Almaniyanın Ali Təhsilin Qiymətləndirilməsi və Akkreditasiyası Agentliyi arasında müqavilə imzalanıb

12-12-2023

TAU-da İT və süni intellekt üzrə kadr hazırlığına dair vorkşop keçirilib

22-02-2026

“Bilişim Vadisi Bakı”ya üzv olan şirkət nümayəndələri ilə görüş keçirilib

15-02-2024

Təhsil sahəsində hakaton keçiriləcək

14-07-2020

“JunctionX Baku 2024” hakaton tədbirinə start verilib

12-10-2024

AzTU-da universitet-sənaye tərəfdaşlığı çərçivəsində görüş keçirilib

12-06-2024

BMU-da Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi keçirilib

28-10-2024

AzTU-da “6-cı CODE Beynəlxalq Bakı 2023” mövzusunda konfrans keçirilib

05-05-2023

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) internet saytı fəaliyyətə başladı

29-10-2010

“BoostCamp 7.0” tədris layihəsinin bağlanış mərasimi keçirilib

12-02-2024

“Təhsildən tərəqqiyə” adlı tədbir keçirilb

17-01-2024

AzTU-da İstanbul Texniki Universitetinin 250 illik yubileyi qeyd olunub

19-12-2023

YTP və ölkənin aparıcı universitetləri strateji əməkdaşlığa imza atıb

14-02-2025

"Gənclərin innovativ təşəbbüslərinin dəstəklənməsi” layihəsi başa çatıb - FOTO

05-06-2023

AzTU-da İKT sahəsində ixtisaslaşmış şirkətlərlə görüş keçirib

19-07-2023

Mingəçevir Dövlət Universiteti ilə İnnovasiya Agentliyi memorandum imzalayıb

22-12-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə