Cari ilin yanvar-sentyabr ayları ərzində vergiödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 479 min 807 şəxs qəbul edilib və onlara 729 min 305 sayda xidmət göstərilib.
Xeberler.az məlumat verir ki, bunlardan 271,7 mindən çoxu şifahi (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar suallarının cavablandırılması), 141,7 mindən çoxu isə elektron (bəyannamələrin və hesabatların, müxtəlif ərizələrin tərtib edilməsinə və elektron formada göndərilməsinə köməklik göstərilməsi) xidmətlər olub.
Ümumi xidmətlərin 89,1 faizini 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:
• Bəyannamələrin (hesabatların), habelə cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
• Vergiödəyicisinin fəaliyyətinin dayandırılması;
• Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
• Asan İmza sertifikatlarının verilməsi;
• Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
• Vergiödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
• Vergiödəyicisinə arayışların verilməsi;
• Vergiödəyicisinin fəaliyyətinin bərpası;
• Fiziki şəxsin uçotdan çıxarılması.
Yanvar-sentyabr ayları ərzində vergiödəyicilərindən daxil olmuş 26,5 mindən çox yazılı müraciət cavablandırılıb, onlara 10,8 milyona yaxın məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Hesabat dövründə 3452 vergiödəyicisinin iştirakı ilə 227 görüş keçirilib, 4001 vergiödəyicisinə ünvanlı xidmət göstərilib. Vergiödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 1 milyon 682 mindən çox SMS göndərilib.
Bu ilin 9 ayı ərzində ümumilikdə 286 min 973 müraciət üzrə 462 min 851 “ASAN İmza” sertifikatı verilib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri