Previous Next
Bağla

“Oyunlar zamanı bizə qarşı informasiya müharibəsi ən şiddətli mərhələyə qədəm qoymuşdu”

21-07-2015 11:30
“Oyunlar zamanı bizə qarşı informasiya müharibəsi ən şiddətli mərhələyə qədəm qoymuşdu”

“Avropa Oyunları ərəfəsində və Oyunlar zamanı bizə qarşı informasiya müharibəsi ən şiddətli mərhələyə qədəm qoymuşdu. Ancaq bu informasiya müharibəsində Azərbaycan xalqı və dövləti qalib gəlib. Çünki bu kampaniya və bu kampaniyanın son mərhələsi bir daha göstərib ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz."

Xeberler.az-ın məlumatına görə, bu sözləri ötən günlərdə  Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında deyib.

Xatırladırıq ki, bundan əvvəl  də ölkə başçısının çıxışlarında ölkəmizə qarşı aparılan informasiya müharibəsi, onun xüsusiyyətləri, bunu aparan şəxslər və qurumlar haqqında məlumatlar verilib.

Prezident  Avropa Oyunları zamanı ölkəmizə qarşı olan informasiya müharibəsini, kiber hücumları bir daha diqqətə  gətirib. İlham Əliyev bu müharibənin Oyunlar zamanı ən yüksək mərhələyə qədəm qoyduğunu bildirib  və bu dəfə ölkəmizin bu savaşdan  qalib çıxdığını vurğulayıb.

Xeberler.az  olaraq  biz bir neçə dəfə Avropa Oyunları zamanı sosial media üzərindən ölkəmizə qarşı müxtəlif kampaniyaların keçirilməsi haqqında məlumatlar vermişdik. 

Bir sıra media qurumları, o cümlədən Azərbaycan Mətbuat Şurası jurnalistlərə müraciət edərək, onları  bu kampaniyaya qarşı aktiv fəaliyyətə çağırmışdı.

Müşahidələr də göstədi ki,  İlk Avropa Oyunlarının gedişində ölkənin əksər İnternet media və sosial media istifadəçiləri vahid bir mövqe  ortaya qoydular. Oyunların keçirildiyi müddətdə sosial mediada bir toparlanma baş verdi, Azərbaycanın imicinin qorunması, Azərbaycan maraqlarının dəstəklənməsi ilə bağlı vahid bir mövqedən fəaliyyət göstərildi.

Oyunların keçirildiyi 17 gün ərzində Azərbaycan istifadəçiləri tərəfindən  #Baku2015  #EuropeanGames  #RealBaku  #HelloBaku  #BakuGames2015 kimi həştəqlərdən istifadə edilərək yüz minlərlə tvit yazıldı.
Oyunlarla bağlı sosial mediada on minlərlə foto və video materiallar yayıldı,  açılış mərasimində #baku2015 həştəqi nəinki Azərbaycanda, eləcə də bir sıra xarici ölkələrdə trendə çevrildi.

Oyunların açılışı və bağlanışı zamanı aparılan informasiya müharibəsinin  analizi, həştəq müharibələrinin nəticələri, bu savaşdan sonra yaranan mühit  bir daha onu göstərdi ki  informasiya müharibəsində Oyunların nüfuzdan salınması baş tutmadı.
Diqqət çəkən məqam həm də  ondan ibarət oldu ki, Azərbaycana qarşı məqsədli hücumların, informasiya hücumlarının qarşısının alınmasında əsas yeri məhz sosial media, İnternet media tutdu.
Azərbaycanın İnternet  və sosial mediası  beynəlxalq ictimai rəyə təsir imkanlarının  yetərincə olduğunu göstərə bildi.

Bu baxımdan da ekspertlər  hesab edir ki ,  hökumət  İnternet ve sosial medianın inkişafı məsələsinə yeni bir yanaşma ortaya qoyacaq. İnternet medianın  və  sosial medianın inkişafı istiqamətində ciddi addımlar atılacaq.

 Məltəm Talıbzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İlk Avropa Oyunlarının qalibi telekommunikasiya, İnternet və sosial media oldu

07-07-2015

Ötən gün BAKU2015 həştəqi dünya trendləri arasında olub

13-06-2015

Oyunların kibertəhlükəsizliyinə ciddi nəzarət olunur

16-06-2015

İnternet media ilə bağlı prezidentə təkliflər veriləcək

24-07-2015

“Avropa Oyunları zamanı İnternet və informasiya mübadiləsi proseslərini dörd qurum monitorinq edəcək”

23-04-2015

MEDİA: Azərbaycana qarşı növbəti dezinformasiya kampaniyası başlayıb

23-09-2025

Mətbuat Şurası və BDU COP29-a həsr olunmuş dəyirmi masa keçirib

06-11-2024

“Yeni Media və yeni çağırışlar” mövzusunda Konfrans keçiriləcək

26-05-2014

Dövlət internet mediaya dəstək göstərəcək

21-07-2015

Medianın İnkişafı Agentliyinin sədri: Medianın yeni formalaşan trendləri texnoloji təhdidlərə də səbəb olur

11-10-2024

I Avropa Oyunlarına kiberhücumlar gözlənilirmi?

12-06-2015

Dövlət provayderləri ya özəlləşdirilməli, ya da ləğv edilməlidir

17-07-2012

Hikmət Hacıyev: Azərbaycana qarşı fəal dezinformasiya dalğaları olur

20-07-2025

Əli Abbasov: “Avropa Oyunlarına radiotexniki xidmətin verilməsi üçün sistemlər tam hazırdır”

29-05-2015

Osman Gündüz Avropa institutlarından Informasiya əldə edilməsi haqqında Qanuna ediləcək dəyişikliklərlə bağlı münasibət bildirməsini istəyib

07-06-2012

Bizə qarşı informasiya müharibəsi aparılır.

17-04-2012

MEDİA Azərbaycan və Türkiyə jurnalistlərinə çağırış edib

27-01-2026

“Cəmiyyətin informasiya təhlükəsizliyi” mövzusunda konfrans keçirilib

11-08-2022

Media ilə bağlı kitabların təqdimat mərasimi keçiriləcək

09-12-2009

"X" platformasında COP29 əleyhinə saxta hesablardan istifadə aşkarlanıb

01-11-2024

“İnternet və sosial media da vuruşurdu, sadəcə cəbhələr fərqli idi”

07-04-2016

Milli İnternet resurslarımıza hücumlar artacaq

23-04-2015

Bu ilin əvvəlindən Azərbaycana qarşı yeni metodlarla təhdidlər, “fake”lərin geniş yayımı başlayıb

21-10-2024

Ekspert: Nə üçün “Media haqqında” qanun layihəsi gizli saxlanılır?

05-07-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə