Oyunların kibertəhlükəsizliyinə ciddi nəzarət olunur

16-06-2015 / 10:18

Xəbər verdiyimiz kimi, İlk Avropa Oyunlarının kibertəhlükəsizlik məsələsi ilə bir neçə qurum məşğuldur.

Aidiyyatı qurumlar yalnız Oyunların rəsmi saytına və telekommunikasiya infrastrukturuna deyil, eləcə də partnyorların saytları və əhəmiyyətli dövlət qurumlarının da saytlarına nəzarət edirlər.

Aldığımız məlumata görə, Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi Avropa Oyunları ərəfəsində dövlət orqanlarının rəsmi İnternet saytlarına nəzarəti gücləndirib.

Mərkəzdən Xeberler.az-a bildirilib ki, hazırda dövlət orqanlarının saytları sutkanın 24 saatı ərzində monitorinq olunur.

“Oyunlar başlayan gündən indiyə qədər dövlət saytlarının təhlükəsizliyi ilə bağlı hər hansı ciddi insident qeydə alınmayıb”,-deyə məlumatda xüsusi olaraq vurğulanıb. 

Qeyd edək ki, Dövlət Agentliyinin  “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsində (BEGOC) işçi qrupu fəaliyyət göstərir.
Xeberler.az-ın bir müddət öncə bildirdiyi kimi, Oyunlar ərəfəsində ölkəmizə qarşı kiberhücumlara cavabdeh qurumlardan birisi də Delta Telecom-dur.
Hazırda bu qurum da ölkəyə daxil olan İnternet trafiki üzrə daimi monitorinqlər aparır və bir sıra beynəlxalq operatorlarla birgə ölkəmizə qarşı kiberhücumların qarşısının alınması üçün aktiv fəaliyyət göstərir.

Xeberler.az bildirir ki, İlk Avropa Oyunlarının rəsmi saytı olan Baku2015.com-un təhlükəsizlik məsələsinə isə birbaşa BEGOC nəzarət edir. BEGOC bu sahədə beynəlxalq qurumlarla əməkdaşlıq edir.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.