Paytaxtda “Bakı İnvestisiya Günü” keçiriləcək

06-07-2023 / 09:15

İyulun 6-7-də Bakıda regionun əsas investisiya və startap tədbiri olan “Bakı İnvestisiya Günü” (“Baku ID”) keçiriləcək.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) AZƏRTAC-a bildirilib ki, tədbirdə regionun ən yaxşı startap layihələri ilə yanaşı, beynəlxalq startaplar, investorlar, partnyorlar, icma üzvləri - bir sözlə, innovasiya şəbəkəsinin bütün üzvləri iştirak edəcək.

Həmçinin tədbirdə İRİA-nın sədr əvəzi İnarə Vəliyeva “Gələcək ekosistemin inşası üçün proqramlar və hökumət dəstəyi”; beynəlxalq biznesin inkişafı üzrə rəhbər Loukas Tzitzis - “Çətinlikdən zirvəyə: şəxsi çətinlikləri dayanıqlılığa çevirmək”; məsləhətçi İqor Ovçarenko: “Tükənmişlikdən balansa doğru: yüksək stresli karyeralarda möhkəm qalmağın sirri” panellərində çıxış edəcəklər.

Tədbirdə eyni zamanda İRİA stendi də yer alacaq və burada iştirakçılara Agentliyin təqdim etdiyi layihələr, proqramlar və təşəbbüslər barədə ətraflı məlumat veriləcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə