1 Fevral tarixində Gənclərin Fəaliyyətinə Dəstək Mərkəzində Azərbaycanda ilk \"Podkast - audio bloqçuluq” haqqında seminar keçirilib. Seminarda podkast, podkastın əhəmiyyəti, podkast haqqında texniki biliklər, podkast alətləri və audio bloqçuluq haqqında nümunələrə əsasən ümumi məlumatlar verilib.
Tədbirə podkastla maraqlanan bloqçular, jurnalistika fakültəsinin tələbələri və həvəskar gənclər iştirak edib.Podkast - audio bloqçuluq sahəsində geniş təcrübəyə malik Azər Nəzərov (www.velvele.az) və Xanım Cavadova (www.cive.az) seminar iştirakçıları qarşısında xüsusi təqdimatla çıxış ediblər.
Məlumat üçün qeyd edək ki, Azərbaycanda ilk \"Podkast - audio bloqçuluq” seminarı \"Sosial Podkastinq\" layihəsi çərçivəsində keçirilir. Layihə çərçivəsində,bu təlimdən əlavə, Bakı və Sumqayıt şəhərlərində bir sıra podkast təlimləri və seminarları keçirilməsi planlaşdırılır.
\"Sosial Podkastinq\" layihəsi “Netizen” (“İnternet Citizen”) Yeni Media təşkilatı tərəfindən keçirilir. Layihənin kordinatoru Jalə Nəcəfovanın verdiyi məlumata görə təşkilatın məqsədi Azərbaycanda Yeni Medianı inkişaf etdirmək,Yeni Medianın cari inkişaf sürətini yerli və xarici mütəxəssislərin köməyilə artırmaq, bu sahədə beynəlxalq yenilikləri izləyərək onların yerli tətbiqinə kömək etməkdən ibarətdir.
xeberler.az/Ellada
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri