Azercell müştəri xidmətlərini rəqəmsallaşdırmağa davam edir

12-08-2025 / 13:09

Azercell yeni nəsil rəqəmsal imza texnologiyası olan “SİMA İmza”-nı tətbiq etməklə müştəri xidmətlərini daha da sadələşdirir. Bu çərçivədə Müştəri Xidmətləri mərkəzlərində və satış məntəqələrində yeni nömrələrin aktivləşdirilməsi zamanı müqavilələr artıq kağız daşıyıcıda deyil, elektron formatda tərtib ediləcək. Müştərilər isə sənədləri “SİMA İmza” tətbiqi vasitəsilə asan və etibarlı şəkildə imzalaya biləcəklər.

Bu innovativ yanaşma xidmət zamanını qısaltmaqla yanaşı, müştəri təcrübəsinin təkmilləşdirilməsinə, eləcə də kağız sərfiyyatının azaldılması ilə ətraf mühitin mühafizəsinə töhfə verəcək.

Qeyd edək ki, hazırda abunəçilərə həm kağız, həm də rəqəmsal imza alternativləri təqdim olunur. Lakin yaxın zamanda imzalama prosesinin tam rəqəmsal formata keçirilməsi planlaşdırılır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə