Previous Next
Bağla

Prezident “Apple Maps” və “Yandex Maps”ın ölkə üzrə Mərkəzinin təməlini qoyub

20-07-2022 20:29
Prezident “Apple Maps” və “Yandex Maps”ın ölkə üzrə Mərkəzinin təməlini qoyub

Sumqayıt Kimya Sənaye Parkının rezidentlərindən biri olan “4MAPS Bilgi Teknolojileri” Məhdud Məsuliyyətli Cəmiyyəti Sənaye Parkının 1,5 hektar ərazisində “Tədqiqat və inkişaf, kartoqrafiya və naviqasiya xidmətlərinin təşkili” layihəsini həyata keçirəcək.

Xeberler.az bildirir ki, layihə çərçivəsində cəmiyyət tərəfindən Sənaye Parkında müxtəlif xidmətlər təklif edəcək 7 mərtəbəli biznes mərkəzi inşa olunacaq. Mərkəz müasir ağıllı sensorla və yüksək dəqiqliyə malik texnologiya ilə təchiz ediləcək. İnvestisiya dəyəri 10 milyon manat olan müəssisədə 750 daimi iş yerinin yaradılması nəzərdə tutulur.

“4MAPS Bilgi Teknolojileri” MMC-nin təsisçisi Abdullah Demirtaş Prezident İlham Əliyevə layihə barədə məlumat verdi.

Bildirildi ki, “4MAPS Bilgi Teknolojileri” MMC “Apple Maps” “Here Technologies” tətbiqinin MDB, Yaxın Şərq və Azərbaycan, “Yandex Maps” tətbiqinin isə Azərbaycan üzrə təmsilçisidir. Şirkətin əsas fəaliyyət sahəsi coğrafi (xəritə) məlumatların toplanması, formalaşdırılması, 3D və 4D xəritələrin istehsalı xidmətləri olsa da, yeni inşa ediləcək mərkəzdə proqram məhsulları, oyunlar, “metaverse” tətbiqlərinin hazırlanması xidmətlərinin də göstərilməsi planlaşdırılır. Layihənin reallaşdırılması ilə Şərqi Avropa, Gürcüstan, MDB, Orta Asiya ölkələri üçün xəritələrin formalaşdırılması mərkəzi (prosessinq mərkəzi) Azərbaycanda fəaliyyət göstərəcək.

Prezident İlham Əliyev: Bilirsiniz ki, Türkiyə ilə Azərbaycan arasında bir çox sahələrdə müxtəlif layihələr həyata keçirildi. Xüsusilə indi biz Qarabağda bütün bərpa işlərini bərabər görürük. Amma bu sahədə hələ ki, işlər olmamışdır. Bu, birinci layihədir.

Abdullah Demirtaş: Üç xəritədə də erməni adları azərbaycancaya təmənnasız dəyişdirildi. Allahın izni ilə, bir həftə içərisində yenidən Qarabağa gedəcəyik, bu dəfə “Google” ilə “mübarizə aparmağa”. Çünki biz “Google”un tərəfdaşı deyilik. Amma “Google” üçün buradan cihazlarımızı göndərəcək, koordinatlarımızı ötürəcək və bildirəcəyik ki, artıq Azərbaycan buraya sahibdir…

Prezident İlham Əliyev: Bəli, küçələrin, kəndlərin, şəhərlərin adları.

Abdullah Demirtaş: Hamısını dəyişdirdik. “Apple”da, “Here”də, “Yandex”də hamısını dəyişdirmişik. Avtomobilinizə də bu yaxınlarda “Here”in yenilənmiş xəritəsi gəldiyi zaman, növbəti dəfə Qarabağa səfər edəndə, inşallah, Azərbaycan dilində adları görmüş olacaqsınız.

Prezident İlham Əliyev mərkəzin təməlini qoydu.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert:Qarabağın işğaldan azad olunan ərazilərinin coğrafi məlumatlarını kim hazırlayıb?

17-08-2022

Ekspert: “4MAPS Bilgi Teknolojileri” şirkəti Azərbaycandadırmı?

12-02-2025

Apple Nokia servisini satın alır

24-04-2015

Azərbaycan Google Maps-da

27-05-2009

Silverlight dəstəkli Bing Maps istifadəyə verildi

08-12-2009

Google uşaqlar üçün xəritə hazırlayır

12-08-2015

Ekspert: Qlobal xəritələrdə işğaldan azad olan ərazilərin adları necə yenilənməlidir ?

30-10-2020

Apple 10-dan çox ölkənin küçələrini gəzdi

02-05-2018

Mingəçevirdə Texno Park və Sənaye Parkı yaradılır

27-02-2015

Apple Coherent Navigation-ı aldı

19-05-2015

İlham Əliyev Balakəndə ABAD Mərkəz-in açılışında-Foto

03-08-2017

Google Maps-in dizaynı dəyişir

26-07-2016

“Google maps”də Azərbaycanın Xocavənd rayonu Martuni kimi göstərilir

07-03-2009

“Google maps” Naxçıvanı Azərbaycan ərazisi kimi göstərməyib

28-08-2009

Google Maps-ə yeni rəqib gəlir

27-04-2011

Apple-ın yeni xüsusiyyətləri

03-03-2015

Səlahiyyətli qurumlarımız dünya xəritə servisləri ilə işləyə bilmir- ekspert

11-06-2018

Mastercard Şərqi Avropa, Yaxın Şərq və Avropada fəaliyyətini genişləndirir

10-12-2021

Prezident İlham Əliyev “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişi təsdiqləyib

14-06-2023

Mingəçevirdə yüngül sənaye müəssisələri yaradılacaq

13-07-2016

Prezident İlham Əliyev “TeliaSonera Eurasia” şirkətinin prezidenti ilə görüşüb

27-01-2011

Prezident İlham Əliyev və oğlu Heydər Əliyev “Akıncı” PUA-larının uçuşuna baxıb

09-02-2024

Prezident İlham Əliyev Sumqayıtda SOCAR karbamid zavodunun açılışında iştirak edib

16-01-2019

“İnformasiya və rabitə xidmətlərinin həcmi 15,1 faiz artıb”

12-01-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə