Previous Next
Bağla

Ekspert: Qlobal xəritələrdə işğaldan azad olan ərazilərin adları necə yenilənməlidir ?

30-10-2020 15:29
Ekspert: Qlobal xəritələrdə işğaldan azad olan ərazilərin adları necə yenilənməlidir ?

Qlobal xəritələrdə işğaldan azad olan rayonların adlarını necə yeniləmək lazımdır ?

"Hazırda Google Maps-da bu ərazilərin adları iki dildə, Azərbaycan və erməni dilində verilib.

Əlbəttə, beynəlxalq hüquqa görə Google tərəfindən belə bir addımın atılması doğru olmasa da, indiki halda bu, ümumiyyətlə yolverilməzdir".

Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib:

"İndiki halda, işğaldan azad edilən ərazilərimzin adları xəritədə yalnız bir diıdə - Azərbaycan dilində və son dəyişikliklər nəzərə alınmaqla verilməlidir. Gərək tezliklə bu məsələlər öz həllini tapsın.

Güman ki, bununla bağlı nəinki Google şirkətinə, həmçinin qlobal dünyada xəritə xidmətləri göstərən bütün şirkətlərə yeni rəqəmsal xəritələrimiz təqdim edilməlidir. Onların istinad edə biləcəyi, onlar üçün əlçatan ola biləcək, yeni adların qeyd olunduğu, rəsmi və açıq xəritə bazaları yaratmlaıyıq. Hələlik belə rəsmi rəqəmsal xəritələr əlçatan deyil".

Səlahiyyətlər kimdədir, kim bununla məşğul olmalıdır ?

Ekspertin sözlərinə görə, xəritə ilə bağlı səlahiyyətlər Dövlət Torpaq Komitəsi ləğv ediləndən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və s. bir sıra digər qurumlara verilib:

"Xəritələrin hazırlanması və coğrafi adların burada yerləşdirilməsi isə birbaşa ETSN səlahiyyətindədir. Yeni coğrafi adlar Milli Məclisdə təsdiqlənəndən sonra Dövlət Statistika Komitəsində Reyestrə salınır və oradan da ETSN-ə ötürülür.

ETSN-nin Geodeziya və Kartoqrafiya üzrə şirkəti isə xəritələşməni təşkil etməli, rəqəmsal xəritələr hazırlamalı və adları da öz coğrafi yerlərinə uyğunlaşdırmalıdır.
Qanunvericiliyə görə coğrafi adların transliterasiya problemini AMEA-nın müvafiq qurumu həll etməlidir".

Hazırda vəziyyət necədir, hansı işlər görülür ?

Osman Gündüz bildirib ki, hələlik onlayn mühitdə qlobal dünyada xəritə xidməti göstərən şirkətlərə ( Google, Yandex, Apple və s.) təqdim etməyimiz üçün rəqəmsal xəritə yoxdur.

"Bildiyim qədər belə bir xəritənin ilkin versiyaları ETSN-nin müvafiq qurumunda, lokal serverlərində var. Amma artıq çox ciddi ehtiyac var ki, bunlar lokal və global istifadəçilər, xüsusən xəritə şirkətləri üçün əlçatan olsun.

Hazırda ETSN –nin bu məsələ ilə ciddi məşğul olduğu bildirlir. Azərbaycanla əlaqəli, yeni adların da əks olunduğu rəqəmsal xəritənin hazırlanması işləri əsasən başa çatdırılıb.

Yalnız bəzi coğrafi adların transliterasiyası ilə bağlı problemlərin qaldığı bildirlir.
Transliterasiya ilə bağlı məsələ isə AMEA-nın müvafiq qurumu tərəfindən hazırlanıb ETSN-ə təqdim edilməlidir.

Rəqəmsal xəritələrin NRYTN Data Mərkəzində, açıq məlumat bazalarında yerləşdirilməsi nəzərdə tutulub. Bütün yeni coğrafi adlar burda öz əksini tapıb.

Düşünürəm ki, ETSN, xüsusilə də onun xəritələrlə bağlı səlahiyyətli qurumu olan Geodeziya və Kartoqrafiya şirkəti, həmçinin AMEA və NRYTN bu prosesləri sürətləndirməlidir. Qlobal xəritə şirkətlərinə rəsmi müraciətlər edilməlidir.

Fikrimcə Geodeziya və Kartoqrafiya dövlət şirkətində qlobal xəritə şirkətləri ilə işləyəcək ayrıca bölmənin də yaradılması faydalı olardı.

Xatırladıram ki , ötən gün Prezident işğaldan azad olunmuş ərazilərimizdə müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında Fərman imzalayıb. Fərmanda yuxarıda adı çəkilən dövlət qurumları üçün də işğaldan azad olunan ərazilərdə görüləcək işlərlə bağlı vəzifələr müəyyən olunub". 

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İşğaldan azad edilmiş ərazilərin adları qlobal xəritələrdə necə qeyd olunur?

11-06-2021

Səlahiyyətli qurumlarımız dünya xəritə servisləri ilə işləyə bilmir- ekspert

11-06-2018

Ekspert:Qarabağın işğaldan azad olunan ərazilərinin coğrafi məlumatlarını kim hazırlayıb?

17-08-2022

Azad olunan ərazilərin rəsmi adları “Google”a təqdim edilib

23-12-2021

"Google" xəritələrində Azərbaycan şəhər və kəndlərinin erməni dilində adları tam silinə bilər

11-01-2022

“Açıq məlumatlar” portalına neçə qurum inteqrasiya edib? – EKSPERT

22-04-2021

Qarabağın təsvirləri “Google Xəritə” tətbiqetməsinə inteqrasiya olunacaq

11-02-2021

Açıq Məlumatlar Portalına 11 adda coğrafi xidmət əlavə edilib

29-12-2020

Ekspert: “4MAPS Bilgi Teknolojileri” şirkəti Azərbaycandadırmı?

12-02-2025

Google uşaqlar üçün xəritə hazırlayır

12-08-2015

Microsoft və Google Azərbaycanın ərazi bütövlüyünü tanımır?!

16-04-2010

Ağıllı şəhər və kənd" layihələrini kim icra edəcək? – RƏY

10-02-2021

Prezident işğaldan azad olunmuş ərazilərdə idarəetmənin təşkili ilə bağlı fərman imzalayıb

30-10-2020

Prezident “Apple Maps” və “Yandex Maps”ın ölkə üzrə Mərkəzinin təməlini qoyub

20-07-2022

“Amerika körfəzi”: “Google” nə üçün ABŞ-dakı xəritələrə düzəliş edir?

01-02-2025

Ekspert: Rəqəmsal torpaq xəritələri varmı, Milli Məkan Məlumatları infrastrukturu qurulacaqmı ?

16-04-2021

Nazirlik 3 yeni e-xidmət istifadəyə verdi

22-04-2017

Azərkosmosun xəritəsi “Esri Map Book” nəşrinə daxil edilib

18-07-2025

Sosial Xidmət Xəritəsi istifadəyə verilib

26-12-2025

Uber öz xəritə texnologiyası üçün 500 milyon ayırır

01-08-2016

Ekspert: “Ağıllı kənd” konsepsiyasının reallaşmasına hansı qurum cavabdehdir?

09-03-2021

Ekspert:görəsən FHN, yaxud da ETSN meşə yanğınları baş verən əraziləri real vaxtda izləyə bilirlərmi ?

19-08-2022

Dövlət qurumları məlumat bazalarını harada saxlamalıdırlar ?

19-01-2019

Həll edilməyən internet problemi: "Keyfiyyətsiz xidmətlə bağlı cərimələr tətbiq edilməlidir”

16-03-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə