Rusiyanın ən güclü iş lobbiləri Skype və VoIP kimi bənzər proqramlara qarşı çıxıblar. Onlar belə xidmətlərin Rusiyanın milli maraqları üçün təhlükə yaratdığını söyləyiblər.
Rusiyada internet və rabitə infrastrukturunu quran, ölkəyə sərmayə qoyan böyük rabitə şirkətləri xarici firmaların təqdim etdiyi VoIP xidmətindən narahat olduqlarını açıqlayıblar.Hökumətə lazım olsa, uyğun qiymətli VoIP alternativlərini təqdim edəcəklərini bildiriblər.
Lobbilər buna səbəb kimi pulsuz və ya daha ucuz danışmaq imkanının Rusiyada göstərilən telefon xidmətlərinə haqsız rəqabət yaratdığını deyirlər. Bu həm də təhlükəsizlik baxımından zərərlidir. Rusiya rabitəsi xaricilər tərəfindən dinlənilə bilər.
Rusiyanın baş naziri Vladimir Putin isə partiyası ilə birlikdə xüsusi işçi qrupu yaradıb. Onlar Skype kimi internet üzərindən səsli ünsiyyət xidməti təqdim edən proqramlara qarşı çıxdıqlarını ifadə ediblər və bunun üçün də tədbir görməyə başlayıblar.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri