Previous Next
Bağla

Qalib startaplar aylıq 2 min AZN alacaq- Müsabiqə

29-02-2016 16:32
Qalib startaplar aylıq 2 min AZN alacaq- Müsabiqə

NEXT STEP İnnovasiya Mərkəzi 3-cü “Öz İdeyanı Gerçəkləşdir!” layihə müsabiqəsi elan edir.

Mərkəzdən Xeberler.az-a verilən məlumata  görə, sabahdan etibarən  layihə rəhbərləri müsabiqəyə qeydiyyatdan keçə bilər.

Qeyd edilib ki, müsabiqə şərtlərinə əsasən aprelin 1-dək  təşəbbüskar mərkəzin rəsmi internet səhifəsinə  (www.icnextstep.com/project) daxil olaraq qeydiyyatdan keçməli və layihə müraciət formasını doldurmalıdır.

Müsabiqə şərtlərinə cavab verən layihə rəhbərlərinə  aprelin 10-na qədər  müsabiqədən keçib-keçmədikləri haqqında məlumat veriləcək.  Bu mərhələdən keçən layihələrin təqdimat gününə hazırlaşmaları üçün əlavə təlimatlar veriləcək.

Məlumatda bildirilir ki, 3-cü “Öz İdeyanı Gerçəkləşdir!” layihə müsabiqəsinin qaliblərini bu dəfə 3 aylıq proqram çərçivəsində daha geniş imkanlar gözləyir. Bunlar aşağıdakılardır:

  • Tam təchizatlı ofis şəraiti
  • Həftəlik layihə əsaslı ABŞ-dan mentor dəstəyi – Professor Naeem Zafar
  • Həftəlik ümumi ABŞ-dan “Təşəbbüskarlıq” təlimi – Rick Rasmussen
  • Məhsul istehsalı olan layihə üçün laboratoriya şəraiti və avadanlıqların təşkilində dəstək
  • Minimum tələbatı ödəmək üçün ayda 2000 AZN-ə qədər maaş

 

Qeyd edək ki, 3 aylıq proqramı uğurla başa vuran layihələrin şirkətləşməsinə NEXT STEP İnnovasiya Mərkəzi tərəfindən dəstək veriləcək və onların ABŞ, Silikon Vadisində təcrübə keçmə və investorlarla görüş şansları yaradılacaq. 

Ətraflı məlumat üçün: Azadlıq pr. 34, ADNSU, 5-ci mərtəbə.

Tel: +994 12 598 41 01

Mob: +994 55 255 48 68

E-mail: [email protected]

Məltəm Talıbzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

NEXT STEP-ə müraciət edən startapların sayı açıqlanıb

10-08-2016

Qalib startaplar xarici mentor dəstəyi və pul mükafatı qazanacaq-Müsabiqə

30-06-2016

Müsabiqədə qalib gələn startap 10 min manat alacaq

19-11-2015

Startaplarımız Silikon Vadisi mütəxəssisləri qarşısında təqdimat edəcək

14-12-2015

34 startap layihəmizdən hansılar qalib olacaq?

16-12-2015

4 startap layihəmiz 10 min üçün yarışacaq

18-12-2015

Startap ekosistemində nə baş verir?-Mərkəzlər birləşdi

06-07-2017

NEXT STEP-də mübarizə aparacaq startapların adı açıqlandı

31-08-2016

NEXT STEP-də finala çıxan startaplar açıqlandı

07-03-2017

“Öz İdeyanı Gerçəkləşdir” layihə müsabiqəsinin təqdimatı keçirilib

18-10-2015

İdeyaları gerçəkləşdirən İnnovasiya Mərkəzindən Reportaj

21-10-2015

İKT layihələr üzrə qrant müsabiqəsinə maraq artıb

26-04-2017

“Startup Azərbaycan 2015” müsabiqəsində 24 layihə qeydiyyatdan keçib

26-03-2015

Mərkəz direktoru: “Startap komandaları çox az və həvəssiz işləyir”

11-01-2017

Yeni Fikir 2017 Müsabiqəsinə qeydiyyat başladı

09-03-2017

Yerli məhsul Ağıllı Qolbaq Azərbaycanı dünyaya tanıdacaq- Reportaj

12-02-2016

Fond təqdim edilən layihələrin istiqamətlər üzrə statistikasını açıqladı

12-11-2015

Yeni Fikir müsabiqəsinə müraciət edən layihələrin sayı açıqlanıb

17-02-2016

3-cü qrant müsabiqəsinin qalibləri açıqlanacaq

05-01-2016

Yeni Fikir müsabiqəsində 55 layihə qeydiyyatdan keçib

02-03-2016

Gənclər Fondu qrant müsabiqəsi elan edib

22-05-2026

Yeni Fikir bu il startaplar üçün hansı yeniliklər edəcək?

06-02-2016

“ElektronTəhsil” müsabiqəsinə neçə layihə təqdim olunub?

26-09-2017

Beynəlxalq menecer statusu qazanmaq istəyənlərə fürsət

26-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə