“Qaz abunəçiləri üzrə informasiya ehtiyatı”nın inteqrasiyası müzakirə olunub

29-04-2015 / 12:23

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin  Məlumat Hesablama Mərkəzində (MHM) SOCAR İTRİ-nin və "Azəriqaz" İB-nin müvafiq sahə üzrə əməkdaşları ilə görüş keçirilib.
 
Xəbərlər-in verdiyi məlumata görə, toplantı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli qərarının icrası ilə bağlı "Azəriqaz" İB-ə məxsus "Qaz abunəçiləri üzrə informasiya ehtiyatı"nın  "Elektron hökumət" portalına inteqrasiyası, müvafiq elektron xidmətlərin təşkili, servislərin hazırlanması ilə bağlı təşkil olunub.
 
Toplantı çərçivəsində zəruri sosial xidmətlərin  elektronlaşdırılması, həmçinin, məlumat bazasının FİN-ə uyğunlaşdırılması məsələlərinin müzakirəsi aparılıb. Bu istiqamətdə portalın mövcud  potensialı barədə ətraflı məlumat verilib. 
 
Müzakirələrin sonunda müvafiq informasiya sisteminin portala inteqrasiya edilməsi üçün alınacaq serverlər və digər avadanlıqların texniki parametrləri MHM-in mütəxəssisləri tərəfindən SOCAR-ın əməkdaşlarına təqdim edilib.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə