Mühəndislik sahəsi üzrə peşəkar kadr hazırlığı aparan, bu sahə üzrə ən müasir maddi-texniki bazaya, infrastruktura malik olan Qərbi Kaspi Universiteti mühəndislik istiqamətləri üzrə növbəti böyükmiqyaslı tədbirini elan edir.
Xeberler.az məlumat verir ki, universitet texnologiya, elektronika və proqramlaşdırma, robot texnologiyaları və digər mühəndislik yönlərində öz istedadını göstərmək və bu sahələrdə bacarıqlarını inkişaf etdirmək istəyən hər kəsi noyabrın 16-da keçiriləcək “Makers’ Day 2018” tədbirinə dəvət edir.
Tədbirin məqsədi proqramlaşdırma, robototexnika, elektronika, kouçinq sahələri sahələri üzrə profesional iş görən, təlim keçən, inkişafa dəstək olan və olmaq istəyən mühəndis, şirkət nümayəndələri, şirkətləri ilə təcrübə imkanları, yeniliklər barədə məlumat almaq istəyən 400-ə yaxın gənci bir araya gətirməkdir. Paralel olaraq, həvəskar maker-lərin cəmiyyətdə daha çox tanınmasına dəstək olaraq onların arasında əlaqələr yaratmaqdır.
Tələbələrin təlim imkanlarının artırılması, mütəxəssislərin təcrübələrindən yararlanması, işləməsi və məzun olduqdan sonra məşğulluğunun daha məqsədyönlü təmin olunması prosesinin dəstəklənməsi təşəbbüsü ilə Qərbi Kaspi Universiteti Texnoparkı tərəfindən keçirilən tədbir saat 10.00-dan 17.00-dək davam edəcək və gənc, eləcə də abituriyent üçün açıqdır. Tədbirdə tanınmış şirkətlərin mühəndisləri ilə bərabər öz şirkətini qurmuş, və uğurla inkişaf etdirən şirkət rəhbərləri də iştirak edəcək. Bu eyni zamanda tələbələr üçün təcrübə keçmək üçün şəbəkə qurma və ya maraq dairəsinə uyğun gələn digər gənclərlə əlaqələr yaratmaq üçün qaçırılmaz bir imkandır.
Sərgidə müxtəlif kateqoriyada robotlar hazırlanaraq tədbir müddətində sərgilənəcək. Münsiflər tərəfindən qiymətləndirildikdən sonra iştirakçılar tədbirin sonunda Qərbi Kaspi Universiteti tərəfindən mükafatlandırılacaqlar. Mükafatlarla event səhifəsində tanış ola biləcəksiniz, qiymətləndirmə meyarları isə MAKER olaraq qeydiyyatdan keçənlərə mail vasitəsilə göndəriləcək. İştirakçıları sonda nələr gözləyir:
- Tədbirin sonunda hər bir iştirakçı üçün “Certificate of Attendance” sertifikatı
- Hər bir Maker üçün sərgi stendi
- Müxtəlif şirkət rəhbərləri və mühəndislərlə şəbəkə qurma imkanı
- Öz biznesini qurmaq istəyən gənclər free konsultasiya almaq imkanı
- Karyera planlanması məsləhətləri
Diqqətinizə çatdıraq ki, gənclərimizin texniki sahələrə marağını artırmaq, bu sahələrdə imkanlarla tanış etməyi hədəfləyən tədbir ödənişsizdir, lakin qeydiyyat zəruridir. Qeydiyyat üçün keçid: https://goo.gl/forms/8pNeMXpRWYWoD9x03
Son qeydiyyat tarixi 15 Noyabrdır.
Əlavə suallar üçün:
mail: [email protected]
Telefon: (+994) 55 863 69 03
Ünvan: Qərbi Kaspi Universitetinin ən yeni korpusu, Əhməd Rəcəbli 3-cü paralel,
17 A
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri