Previous Next
Bağla

Ölkədə vətəndaş cəmiyyətinin inkişafı üçün ciddi islahatlar aparılmalıdır

18-06-2020 17:32
Ölkədə vətəndaş cəmiyyətinin inkişafı üçün ciddi islahatlar aparılmalıdır

"Ölkədə son zamanlar dövlət idarəetməsində, məhkəmə sahəsində , mediada və bir çox digər sahələrdə islahatlar aparılır. İslahatlar aparılan sektorlarda addım-addım müsbət dəyişikliklərin şahidi oluruq.

Bu islahatlara dəstək verməli olan əsas sahələrdən birisində, vətəndaş cəmiyyəti sahəsində isə uzun müddət davam edən durğunluq indiyədək də qalmaqdadır.

Prezident Administarsiyasının ictimai-siyasi məsələlər üzrə bölməsində aparılan dəyişikliklərdən sonra gözlənilirdi ki, vətəndaş cəmiyyətində canlanma olacaq. Lakin hələlik bu müşahidə olunmur.

QHT sahəsi üzrə qanunvericiliyin yenilənməsi, ən azı “2014-cü il dekabr” vəziyyətinin bərpa olunması ilə bağlı QHT-lərə Dövlət Dəstəyi Şurasının rəhbəri Azay Quliyev tərəfindən ciddi səylərin göstərilməsi müşahidə olunmur.

Sanki hər şey qaydasındadır və sanki bizim güclü vətəndaş cəmiyyətimiz var. Düşünürəm ki, 2014-cü ilin sonunda QHT sektoru ilə bağlı qanunvericilikdə aparılan anormal “islahatlar” iflasa uğramış oldu və bunun nə hökumət, nə də vətəndaş cəmiyyəti üçün heç bir müsbət nəticəsi olmadı.

Əksinə VC bütün olan –qalan resurslarından da məhrum edildi və zəifləmiş bir sektroa çevrildi. Xarici donorların VC-nin inkişafı üçün Azərbaycana ayırmalı olduğu resurslar isə Gürcüstan və Ermənistana yönləndirildi və nəticədə onların uyğun strukturları güclənmiş oldu.

Uzun müddətdir ki QHT-lərə Dövlət Dəsətyi Şurası QHT-lərin maliyyələşməsi mexanizmini dəyişə bilmədi, qrantlar sanki “quş qoymaq” xatirinə verildi. Əvvəllər Azərbaycan VC-nin inkişafı üçün ildə təxminən 100 milyon manat qrantlar ayrılırdısa 2014-dən sonra Dövlət Dəstəyi Şurasının xətti ilə bu rəqəm 5-10 milyona endirildi.
Şura dəfələrlə ekspertlər tərəfindən səsləndiriliən təklifə, QHT təşəbbüslərinəin dəstəklənməsinə proqram yanaşmasını tətbiq etmədi və ya etmək istəmədi. Sadəcə, ictimai əhəmiyyət kəsb etməyən tədbirlərə, sadəcə öz daxili fəaliyyəti üçün gərəkli olan SƏLİS-ə resurslar xərcləməklə işləri bitmiş hesab etdi.

QHT-lərə Dövlət Dəstəyi Şurasının apardığı qüsurlu siyasətin nəticəsi yekunda ondan ibarət oldu ki, biz zəifləmiş vətəndaş cəmiyyəti və güclənmiş hökumət sektrou əldə etmiş olduq.

Dövlət baçşısı səviyyəsindı son zamanlar tez-tez səsləndirilən müxtəlif problemlərin kökünü həm də burada axtarmaq, fikrimcə doğru olardı.

VC-nin zəifləməsi ilə, Prezidentin dəfələrlə səsləmiş olduğu ictimai nəzarəti, ictimai nəzarət mexanizmlərini işə salmaq ciddi problemə çevrildi.

Şura ötən 10 il ərzində sektorda məhdud resurslarla müəyyən işlər görsə də açıq-aşkar hiss olunur ki dövlət başçısının ictimai nəzarəti gücləndirməklə bağlı son çağırışlarna uyğun olan mexanizmlər təqdim edə bilməyib.

Şura islahatlar elan olunandan sonra VC-nin effektiv fəaliyyəti üçün zəruri ola biləcək "Yol xəritəsi" ni ortaya çıxara bilməyib.

Proqram xarakterli, sosial şifariş xarakterli uzunmüddətli layihələrin dəstəklənməsi işini, ictimai nəzarəti gücləndirmək üçün zəruri olan resurslara əlçatımlığı təəssüf ki, QHT Şurası hələ də reallaşdıra bilməyib.

Resurslardan, informasiyalardan, güclü kadrlardan, güclü əlaqələrdən, monitorinqlərdən-araşdırmalardan məhrum olan vətəndaş cəmiyyəti institutlarının əksəri öz VÖEN-lərini bğlamaq məcburiyyətində qaldılar.

Uzun illər QHT sektorunda xeyli sayda ekspertlər, mütəxəssislər formalaşmışdı, hansı ki, indi onlar zəifləmiş, öz potensialını reallaşdıra bilməyən vəziyyətdədirlər. Onların gücündən istiafdə etməklə ölkədə aparılan islahatlara daha ciddi dəstək vermək olardı.

Yeri gəlmişkən, Prezident Administrasiyasında vətəndaş cəmiyyəti ilə işləyən əvvəlki şöbə ləğv olunub, əvəzinə başqa adla yenisi yaranıb. Lakin bu şöbəyə indiyədək rəhbərin təyin olunmaması da doğru bir hal deyil.

Müşahidə edəndə görmək olur ki, VC-nin inkiaşfında, ictimai təşəbbüslərin dəsətəklənməsində nəinki QHT-lərə Dövlət Döstəyi Şurası, əksinə digər qurumların, məsələn Açıq Hökumət Tərəfdaşlığı Platformasının, lap elə Korrupsuyaya qarşı Mübarizə Komissiyasının rolu daha böyükdür.

Düşünürəm ki, ölkədə vətəndaş cəmiyyətinin inkiafı üçün ciddi islahatlar aparılmalıdır.

QHT-lərə Dövlət Döstəyi Şurası ləğv edilərək yeni bir format təqdim edilməlidir. Qrantların verilməsi funksiyası ASAN Xidmətə verilməlidir.

Düşünürəm ki, vətəndaş cəmiyyətinin gücləndirilməsi ilə, ictimai institutların rolunun artırılması ilə ölkədə aparılan islahatlara çox güclü dəstək vermək olardı".

Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

QHT Şurası və İctimai Televiziya birgə layihəyə start verir

22-09-2009

Azərbaycanın elektron vətəndaş cəmiyyəti yaradıldı

19-01-2011

Ekspert: Beynəlxalq platformalarla kimlər “vuruşmalıdır”?

25-07-2020

QHT-lərə öz saytlarını yaratmaq imkanı verən portal istifadəyə verilib

23-07-2015

“Rəqəmsal Vətəndaş Cəmiyyəti” panel müzakirəsi keçirilib

21-10-2025

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının saytı fəaliyyətə başladı

19-10-2009

“Elektron Məhkəmə” ilə bağlı konfrans keçiriləcək

11-06-2014

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının tərkibi təsdiqlənib

30-12-2025

Koalisiyanın ümumi yığıncağı keçirilib

01-05-2016

Ekspert: "Vətəndaş cəmiyyətinin inkişafını əngəlləyən kimdir" ?

04-12-2021

Media İnkişaf Mərkəzi KİV-in monitorinqinə başlayıb

11-06-2009

SƏLIS-in təqdimat mərasimi keçirilib

30-10-2019

Xankəndidə “QHT-lərin 3-cü Əməkdaşlıq Forumu” keçirilir

20-10-2025

TDT-yə üzv ölkələrin QHT-lərinin həmrəylik forumu işə başlayıb

24-11-2025

AzTV və İTV birləşir? – Ekspert rəyi

24-01-2019

Tiflisdə Jurnalist Etikası Xartiyası imzalanıb

05-12-2009

“Uşaqların İnternetdə təhlükəsizliyi: mövcud vəziyyət və perspektivlər” mövzusunda Dəyirmi Masa keçiriləcək

13-12-2011

Ekspert Dövlət Gömrük Komitəsindəki mövcud durumdan danışdı

03-10-2018

Ekspert Prezident yanında İctimai Palatanın yaradılması haqqında danışdı

08-02-2019

Ən axsaq yerimiz səhiyyə sistemidir

19-12-2020

Vətəndaş Cəmiyyəti və İnternet İdarəçiliyi məsələsi müzakirə edilib

09-11-2012

Açıq Hökumətin təşviqi üzrə Milli Fəaliyyət Planını təsdiq edilib.

06-09-2012

"Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi" informasiya sistemi yaradılır

29-12-2025

“Nar” QHT-lərlə KSM sahəsində əməkdaşlığın gücləndirilməsinə dəstək verir

02-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə