Previous Next
Bağla

Milli Net-də Nominant statusu alan ictimai-sosial saytlar

17-12-2015 11:38
Milli Net-də Nominant statusu alan ictimai-sosial saytlar

Xəbər verdiyimiz kimi, Milli İnternet Mükafatı - Milli Net 2015 müsabiqəsində səsvermənin 1-ci mərhələsi başa  çatıb.

Səsvermənin 1-ci mərhələsinin yekununda 14 nominasiya üzrə 299 sayt arasından ən yaxşılar olan 97 sayt Nominant statusu alıb.

Xeberler.az olaraq hər bir nominasiya üzrə Nominant statusu qazanan saytlar haqqında oxuculara məlumat veririk.

Ötən yazımızda “Ən yaxşı sosial şəbəkə səhifəsi” nominasiyası üzrə Nominant statusu alan səhifələr haqqında məlumat vermişdik.

Bu dəfə isə Milli Net-in “İctimai-sosial saytlar” nominasiyası üzrə Nominant statusu alan saytların adlarını təqdim edirik.

Bunlar “Umummillilider.com”, “E-vətəndaş cəmiyyəti”, “Bolkadr”, “Humans of Baku”, “Asan könüllüləri” saytlarıdır.

İndi isə bu saytlar haqqında qısa məlumatları oxucuların nəzərinə çatdırırıq.

Umummillilider.com - Ümummilli lider - Heydər Əliyevin 90 ilik yubileyinə həsr olunmuş internet portaldır. Saytda Heydər Əliyevin həyat yolunu, Azərbaycanın müstəqilliyi, vətəndaşların firavan həyatı naminə gördüyü işlər, apardığı uğurlu siyasət və s. haqda maraqlı məqalələr, faktlar, fotoşəkillər yerləşdirilib.

Humans of Baku - Bakıda yaşayan insanların həyatından bəhs edən bir səhifədir. Küçədə rastlaşılan insanların həyatı, prinsipləri, baxışları, yaşamları haqqında maraqlı məqalələr verilib. Burada sadə vətəndaşların həyatından bəhs edən səmimi fotoşəkillər də yerləşdirilib. Sayt Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.

Asan könüllüləri - ASAN Könüllüləri Təşkilatı İctimai Biliyinin rəsmi internet səhifəsidir. Saytın missiyası könüllülərin inkişafına şərait yaratmaqla ölkəmizin dayanıqlı inkşafı üçün çalışan, cəmiyyətə faydalı könüllülər şəbəkəsi qazandırmaqdır. asanyouth.az saytı Birliyin KİV-lə və ictimaiyyətlə əlaqələr sahəsində işlərin təşkilini, tənzimlənməsini və təkmilləşdirilməsini təmin edir.Birliyin fəaliyyəti haqqında məlumatlar, bu saytda yerəşdirilir və daim yenilənir.

Bolkadr-  sayt Azərbaycanda geniş şirkət və vakansiya bazasını mərkəzləşdirmək üçün yaradılmış veb portaldır. Bolkadr.com yenilənən vakansiyaları və CV bazası ilə həm iş axtaranlar, həm də işçi axtaranlar üçün bir vasitədir. Özünüzə uyğun iş axtarırsınızsa saytda müxtəlif vakansiyalarla tanış ola bilərsiniz.

E-vətəndaş cəmiyyəti portalı QHT-lərin e-bazası və xəbərlər portalından ibarətdir. Sayt QHT-lərə mustəqil subdomen təqdim edir ki, onlar bu bazaya haqqında informasiyaları və digər foto və video materialları daxil etsinlər. Portalda formalaşdırılan e-bazada QHT-lər 24 kateqoriyalar üzrə yerləşdirilib. Portalda QHT-lərin fəaliyyəti ilə bağlı gündəlik informasiyalar yerləşdirilir.

İstifadəçilər və maraqlananlar bu saytlar haqında fikir və rəylərini millinet.az  saytında şərhlər bölməsində yaza bilərlər.

Digər nominasiyalarda olan Nominantlar haqqında növbəti yazılarımızda məlumat verəcəyik.

Qeyd edək ki, Milli Net 2015 müsabiqəsində səsvermənin 2-ci mərhələsi başa  çatıb.

 

Ruhəngiz Muradova

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Milli Net-də Nominant statusu alan növbəti saytlar

14-12-2015

Milli Net-də Nominant statusu alan növbəti saytlar

15-12-2015

Milli Net 2015 Nominantlarını tanıyaq

04-12-2015

Milli Net-də Nominant statusu alan növbəti saytlar

08-12-2015

Milli Net-də Nominant statusu alan növbəti saytlar

12-12-2015

Milli Net 2015 Nominantları hansılardır?

05-12-2015

MilliNet 2016 Nominantları hansı saytlardır?

16-12-2016

Milli Net-də Nominant statusu alan “Bloqlar”

07-12-2015

Milli Net-in “Elm və təhsil” nominasiyasında yer tutan saytlar

09-12-2015

Milli Net-in “Elektron hökumət” nominasiyasında yer tutan saytlar

10-12-2015

MilliNet-də Nominant statusu alan bloqlar

13-12-2016

Milli Net-in “Mobil tətbiqlər” nominasiyasında yer tutan saytlar

11-12-2015

MilliNet-də Nominant statusu alan növbəti saytlar

16-12-2016

Milli Net-də Nominant statusu alan Facebook səhifələri

16-12-2015

MilliNet-də Nominant statusu alan növbəti saytlar

15-12-2016

Milli Net 2015 Nominantları ilə tanış olaq

06-12-2015

Milli Net 2015 Nominantları hansı saytlardır?

03-12-2015

MilliNet 2016-nın Nominantlarını tanıyaq

12-12-2016

Milli Net 2011 müsabiqəsinin nominantları seçilib

04-12-2011

MilliNet 2016 Nominantları hansılardır?

17-12-2016

MilliNet 2017-nin nominantlarını tanıyaq

07-12-2017

“Milli Net 2013” Nominantları seçilib

04-12-2013

MilliNet-də Nominant statusu alan növbəti saytlar

16-12-2017

MilliNet 2017 Nominantları hansı saytlardır?

11-12-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə