Previous Next
Bağla

Koalisiyanın ümumi yığıncağı keçirilib

01-05-2016 13:25
Koalisiyanın ümumi yığıncağı keçirilib

Aprelin 30-da İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyasının 18-ci ümumi yığıncağı keçirilib.

Xeberler.az-ın məlumatına görə, tədbirdə İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının koordinatoru Əliməmməd Nuriyev deyib ki, Azərbaycan Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünə (MHŞT) 2003-cü ildə qoşulub. 2004-cü ildə isə İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası fəaliyyətə başlayıb. MSŞA Koalisiyası Azərbaycanda öz üzvlərinin sayına görə ən böyük vətəndaş cəmiyyəti koalisiyası və dialoq platformasıdır. Koalisiyanın əsas məqsədi isə ölkədə mədən sənayesindən əldə olunan gəlirlər üzərində ictimai nəzarətin həyata keçirməkdir.

Ə.Nuriyev bildirib ki, MHŞT kimi beynəlxalq və qlobal təşəbbüsə qoşulmaqla biz bir daha onu nümayiş etdirdik ki, Azərbaycanda hökumət, şirkətlər və vətəndaş cəmiyyətlərinin birgə işləmək potensialı var. 2004-cü ildən bu vaxtadək koalisiya müəyyən uğurlar əldə edib. Bu nailiyyətlərin əldə olunmasında isə dövlət orqanları, beynəlxalq qurumlar və QHT-lər dəstək göstəriblər.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov qeyd edib ki, Azərbaycanda MHŞT-nin tarixi bu təşəbbüsün özünün tarixi ilə eyni vaxtda başlayıb. 2003-cü ildə MHŞT bəyan ediləndə Prezident İlham Əliyevin London konfransında iştirakı ilə Azərbaycanın da bu təşəbbüsə qoşulması bəyan edilib. İlk illərdən başlayaraq Azərbaycan MHŞT çərçivəsində böyük nailiyyətlər əldə edib. Bu təşəbbüs üç tərəfin birgə fəaliyyəti nəticəsində nailiyyətlər əldə edir. Yəni bu təşəbbüsün hökumət tərəfindən həyata keçirilməsinə baxmayaraq burada şirkətlər və vətəndaş cəmiyyəti əsas rol oynayır. Ona görə də əldə olunan nailiyyətlər bu üç tərəfin birgə uğurudur.

Ş.Mövsümov deyib ki, 2013-cü ildə MHŞT üzrə yeni standart təsdiq edilib. Bu standartın üzərində böyük iş aparılıb. MHŞT ümumilikdə Azərbaycanda şəffaflığın artırılmasında, vətəndaş cəmiyyəti ilə hökumət arasında səmərəli əməkdaşlığın qurulmasında xüsusi yer tutur. Ötən ilin aprelində Azərbaycanın MHŞT-də statusu namizədlik səviyyəsinə endirilmişdi. Bu yaxınlarda Azərbaycanın yenidən qiymətləndirilməsi prosesinə başlanılacaq. Bu dövr ərzində problemlərin və qaldırılmış məsələlərin əksəriyyəti həll olunub. Yerdə qalan məsələlər üzərində iş gedir. Bu gün əminliklə demək olar ki, MHŞT üzrə Azərbaycanda vətəndaş cəmiyyətinin səmərəli iştirakının qarşısını alan heç bir məhdudiyyət qalmayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, şura bütün QHT-lərə, onların siyasi fəaliyyətindən, dünya görüşündən, hökumətə münasibətindən asılı olmayaraq bərabər şəkildə münasibət göstərir və dəstəkləyir. Çünki vətəndaş cəmiyyəti institutları və onların əsas tərkib hissəsi olan QHT-lər olmadan sözün əsl mənasında ölkədə demokratik inkişafdan danışmaq olmaz, o cümlədən də ölkənin qarşısında duran hədəflərə çatmaq olmaz.

A.Quliyev əlavə edib ki, ötən il və bundan əvvəlki illərdə də şura nəinki MSŞA Koalisiyasına daxil olan QHT-lərin layihələrini dəstəkləyib, hətta bu sahədə ayrıca olaraq sərbəst, müstəqil müsabiqə də elan edib. Təkcə ötən il və bu il Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası təxminən 66 QHT-yə 500 min manatdan çox vəsait ayırıb. Şura dövlətin siyasətinə uyğun olaraq şəffaflığın təmin edilməsi layihələrinə daim dəstək olur və bu bizim fəaliyyətimizin əsas tərkib hissəsidir. Şura MHŞT prosesini izləyir, şəffaf şəkildə həyata keçirilməsində yardımçı kimi çıxış edir.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta isə deyib ki, MHŞT həyata keçirilməsində 3 əsas cəhət var. Bunlar hökumət, şirkətlər və ictimai birliklərdir. Bu üç əsas cəhət üzərində qurulan təşəbbüsün uğuru isə bunlardır: kim nə qədər məlumat təqdim edə bilər?, müzakirə üçün açıqlanmış məlumatın əhəmiyyəti nədən ibarətdir? Məlumatla yanaşı, təqdim etdiyimiz verilənlər bazası da izah olunmalıdır. Ümid edirəm ki, Azərbaycan şəffaflığın daha da artırılması, iqtisadiyyatın şaxələndirilməsi kimi məsələlərlə əlaqədar MHŞT çərçivəsində üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə nail olacaq.

Yığıncaqda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard, Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri xanım Larisa Lesçenko və MHŞT Beynəlxalq İdarə Heyəti Katibliyinin regional direktoru xanım Dyveke Roqan MSŞA Koalisiyasının fəaliyyət istiqamətləri, nailiyyətləri, o cümlədən də MHŞT üzrə Azərbaycanın uğurları barədə fikirlərini bölüşüblər.

Sonra yığıncağın sədarəti seçilib. Əliməmməd Nuriyev MSŞA Koalisiyasının hesabatını təqdim edib. O cümlədən də koalisiyanın monitorinq qrupunun hesabatı dinlənilib. MSŞA Koalisiyasının hüquqi şəxs statusu alması məsələsi müzakirə edilib. Xalid Kazımov koalisiyanın nizamnamə layihəsinin təqdimatını keçirib. Daha sonra isə Azərbaycanın MHŞT-də durumu və gələcək fəaliyyəti müzakirə olunub.

Yığıncaqda təşkilatı məsələlərə baxılıb, MSŞA Koalisiyasının şurasının və monitorinq qrupunun üzvlüyünə namizədlər təsdiq edilib və səsvermə keçirilib. Səsvermə nəticəsində MSŞA Koalisiyasının şurasına 11, monitorinq qrupuna isə 5 üzv seçilib.

 Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

QHT Şurası və İctimai Televiziya birgə layihəyə start verir

22-09-2009

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının saytı fəaliyyətə başladı

19-10-2009

SƏLIS-in təqdimat mərasimi keçirilib

30-10-2019

Ölkədə vətəndaş cəmiyyətinin inkişafı üçün ciddi islahatlar aparılmalıdır

18-06-2020

Açıq Hökumətin təşviqi üzrə Milli Fəaliyyət Planını təsdiq edilib.

06-09-2012

Strateji yol xəritələrinin əsas istiqamətləri müzakirə olunub

10-04-2017

Azərbaycanın elektron vətəndaş cəmiyyəti yaradıldı

19-01-2011

SEÇKİ 2008 QHT Koalisiyasının açıqlaması

19-09-2008

QHT-lərə öz saytlarını yaratmaq imkanı verən portal istifadəyə verilib

23-07-2015

Xankəndidə “QHT-lərin 3-cü Əməkdaşlıq Forumu” keçirilir

20-10-2025

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının tərkibi təsdiqlənib

30-12-2025

“Rəqəmsal Vətəndaş Cəmiyyəti” panel müzakirəsi keçirilib

21-10-2025

Bölgələrdə “Elektron hökumət” mövzusunda seminarlar keçiriləcək

20-10-2016

Onlayn İctimai Nəzarət Platformasının təqdimatı keçirilib

02-06-2021

Tələbələr elektron xidmətlərlə bağlı maarifləndirilib

11-10-2019

Dövlət Komitəsində QHT rəhbərləri ilə görüş olub

04-09-2018

Dövlət Xidmətində Korrupsiya hüquqpozmalarına qarşı mübarizə üzrə seminar müşavirə keçirilib

09-04-2024

Dünya İqtisadi Forumunun hesabatında “ASAN xidmət” barədə məlumat verilib

13-01-2025

“Elektron Məhkəmə” ilə bağlı konfrans keçiriləcək

11-06-2014

"Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi" informasiya sistemi yaradılır

29-12-2025

TDT-yə üzv ölkələrin QHT-lərinin həmrəylik forumu işə başlayıb

24-11-2025

Vətəndaş Cəmiyyəti və İnternet İdarəçiliyi məsələsi müzakirə edilib

09-11-2012

“ASAN xidmət” Berlində təqdim edildi -Fotolar

05-05-2015

Tiflisdə Jurnalist Etikası Xartiyası imzalanıb

05-12-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə