Previous Next
Bağla

Qızlar texnoloji sahəyə niyə az maraq göstərir?-Araşdırma

10-03-2017 14:29
 Qızlar texnoloji sahəyə niyə az maraq göstərir?-Araşdırma

Microsoft korporasiyasının Avropa ölkələrindən 11-30 yaş arasında olan 11 500 qızın iştirakı ilə apardığı yeni araşdırma onu göstərib ki, qızlara təbii elmlər, yüksək texnologiyalar, texnika və riyaziyyata (Science, Technology, Engineering, Math – STEM) marağı aşılamaq üçün müəllim və valideynlərin vaxtları bir o qədər də çox deyil (təxminən 4 il).

Xeberler.az-ın məlumatına görə, araşdırmanın nəticələrinə əsasən, qızlar elmlərə 11-12 yaşında maraq göstərir, lakin artıq 15 yaşında qızlarda bu maraq kəskin şəkildə azalır.

Son onillik ərzində Avropada texnoloji sektorda işə düzəltmə templəri digər sahələrə nisbətən 3 dəfə tez artıb.

Qızlar arasında dəqiq elmlər sahəsinə daha gənc yaşlarda müşahidə olunan marağın təşviqi və onların bu sahədə karyera qurmaq təşəbbüsü gənc nəsli nəinki etibarlı işlə təmin edə, hətta Avropa iqtisadiyyatının inkişafını stimullaşdıra bilər.

Əgər rəqəmsal sahədə çalışan qadınların sayı sözügedən sektorda işləyən kişilərin sayına bərabər olsaydı Avropanın illik ÜDM-i 9 mlrd. Avro artardı.

Artıq hamı tərəfində qəbul edilmiş fikirə əsasən, qızlar tərəfindən elmlərə olan maraq yeniyetmə yaşında azalır. Lakin indiyədək heç kim sual verməyib ki, bu, nə vaxt və nəyə görə baş verir.

Microsoft korporasiyası bu boşluğu aradan qaldırmaq qərarına gəlib və Almaniya, Belçika, Böyük Britaniya, Çexiya, Finlandiya, Fransa, İrlandiya, İtaliya, Niderland, Polşa, Rusiya və Slovakiya da daxil 12 Avropa ölkəsində bu günə olan ən dolğun araşdırma aparıb.

Araşdırma çərçivəsində Microsoft korporasiyası Avropanın 9 ölkəsində (Almaniya, Böyük Britaniya, Finlandiya, Fransa, İrlandiya, İtaliya, Niderland, Polşa və Rusiya) fokus qruplar seçib ki, bura təbii elmlər, yüksək texnologiyalar, texnika və riyaziyyat barədə öz fikirləri ilə bölüşmüş 54 qız daxil olub.

Əldə olunmuş məlumat 11 500 nəfər qızın iştirak etdiyi sorğunun əsasını təşkil edib. Sorğu qızlarda STEM-fənlərinə olan marağın hansı yaşda azalmasını və səbəbini müəyyən etmək məqsədilə keçirilib.

Aparılan araşdırma ümidverici tendensiya nümayiş etdirib: qızlar əmidirlər ki, “kişilər və qadınlar arasında hər bir sahədə hüquq bərabirliyi” məhz onların nəslinin payına düşəcək. Buna baxmayaraq, qızların yalnız 42%-i karyeralarını elmi-texniki sahədə quracaqlarına ciddi şəkildə inanırlar. Paradoksal olsa belə, sorğuda iştirak edənlərin 59%-i müvafiq sahələrdə yalnız kişi və qadın arasında hüquq bərabərliyi olduğu halda STEM-təhsilə üstünlük verəcəklərini bildirib.

“Araşdırma göstərir ki, biz qızın elmlərə marağını inkişaf etdirməsi üçün onun ali məktəbə daxil olması barədə fikirləşəcəyini gözləyə bilmərik. Mənfi dinamikanı qırmaq üçün biz dövlət qurumları, müəllimlər və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edirik və tədris planlarını təkmilləşdirmək və nəzarətçiləri daha əlçatan etmək istiqamətində çalışırıq. Bundan başqa, biz qızlara göstərmək istəyirik ki, texnologiyalar sahəsində belə iş yaradıcı olub, peşəkar zövq verə bilər. Bu məqsədlə biz müxtəlif proqramlar hazırlayırıq, məsələn, texniki sahə ilə əlaqədar olan mənfi stereotipləri puç edən “DigiGirlz” düşərgələri təşkil edirik. Biz bilirik ki, sözügedən fənlərə qızların marağını dəstəkləyərək problemin aradan qaldırılma imkanlarını iki dəfə artırmış oluruq”, - deyə Microsoft-un Avropada baş hüquq məsləhətçisinin köməkçisi Şelli MakKinli bildirib.

Sözügedən araşdırmanın nəticəsində əldə olunan məlumatlar təhsil sahəsinin mütəxəssislərinə, hökumət və Microsoft kimi korporasiyaların nümayəndələrinə Avropada qızların elm öyrənərkən hansı çətinliklərlə üzləşdiyini və onların aradan qaldırılması istiqamətində hansı tədbirlərin həyata keçirilməsini anlamağa kömək edəcək.

Araşdırma qızların STEM-təhsildə qızların marağına səbəb olan 5 strateji vacib amili müəyyən edib:

  • qadın rol modellərinin mövcudluğu – təqlid nümunəsi;
  • praktiki təcrübənin əldə olunması və praktiki məşğələlərin yerinə yetirilməsi;
  • STEM-fənlərin müəllimlər tərəfindən təşviqi;
  • STEM-təhsilin praktiki əhəmiyyətini və dəyərini anlamaq;

Elmlərlə bağlı sahələrdə karyeranın qurulmasında kişi və qadınların bərabər hüquqa malik olması əminliyi.

Aparılan araşdırma onu da göstərib ki, qızların STEM-təhsilə olan münasibətləri ölkədən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişir. Bəzi regionlarda elmlərin aşılamasında əsas maneə qızların öz güclərinə inanmamasıdır, digər regionlarda isə rol modellərinin və ya həmyaşıdlar tərəfindən dəstəyin yoxluğudur.

Araşdırma barədə daha ətraflı burada.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

BMTİP dəyirmi masa təşkil edib

21-04-2022

Azərbaycanlı qızlar Süni İntellekt üzrə Təhsil Düşərgəsində iştirak ediblər

24-09-2018

“Qızların STEM-də yüksəlişi” proqramının qalibləri açıqlanıb

20-05-2025

Microsoft Gəncədə ilk dəfə qızlar üçün konfrans keçirib- Foto

17-05-2017

İKT-də qadınlar və qızlar

16-04-2012

Şamaxıda ilk dəfə DigiGirlz konfransı keçirilib

28-12-2018

Bu gün dünyada “İKT Qızlar günü” qeyd edilir

23-04-2015

Azərbaycanda İKT Qızlar Günü keçiriləcək

10-09-2013

“Femmes Digitales” məktəbli qızların İKT sahəsinə marağını artırmaq üçün təbliğata başlayır

15-04-2015

Gənc qızların texnologiya sahəsi üzrə maarifləndirilməsinə dair müzakirələr aparılıb

24-04-2021

RİNN “İKT-də Qızlar” Günü münasibətilə tədbir təşkil edib

24-04-2025

Bu gün “İKT-də Qızlar” Günüdür

23-04-2020

Azercell-in dəstəyi ilə Beyləqanda STEM dərslərinə start verilir

05-03-2026

Facebook iki qızın həyatını xilas etdi

10-09-2009

“Azərbaycanın Rəqəmsal Qızları: İKT-nin qadınların həyatındakı rolu” mövzusunda konfrans keçirilib

23-04-2015

“İKT-də Qızlar” Beynəlxalq Gününün 10 illik yubileyi qeyd edilir

22-04-2021

Azərbaycanda İKT-də qızlar gününə dair tədbir keçirilib

26-04-2019

Beynəlxalq “İKT-də qızlar” Gününə həsr edilmiş konfrans keçirilib.

27-04-2012

İKT qadınlara həsr olunmuş “DigiGirlz” konfransı keçirilib-Fotolar

04-06-2015

Xanımlarımız da mobil tətbiqlər yaratmağı öyrənir

03-05-2016

“Women in STEM” beynəlxalq vebinarında Azərbaycan da təmsil edilib

10-09-2020

Dünya “İKT-də Qızlar” Gününü qeyd edir

24-04-2014

Rəqəmsal inkişaf: İnformasiya texnologiyalarında gender bərabərliyi

23-09-2020

“Dünyanın Silikon Vadiləri qadın hüquqları üçün Ölüm Vadilərinə çevrilməməlidir”

07-03-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə