“Qızların STEM-də yüksəlişi” proqramının qalibləri açıqlanıb

20-05-2025 / 17:15

"Huma Quşu" təhsilə yardım fondu Azercell-in dəstəyi ilə həyata keçirdiyi “Qızların STEM-də yüksəlişi” təqaüd proqramının qaliblərini açıqlayıb. Proqram çərçivəsində 10 tələbə qıza təqaüd təqdim olunub.

Xeberler.az məlumat verir ki, layihə Azercell-in “Həyatı daha dolğun edirik: Qadınlara dəstək proqramı” çərçivəsində qalib gəlmiş sosial təşəbbüslərdən biridir. Təqaüd proqramının ilkin mərhələsində 5 tələbənin dəstəklənməsi nəzərdə tutulsa da, iştirakçıların yüksək bilik və potensialı nəzərə alınaraq “Huma Quşu” Fondu tərəfindən əlavə 5 tələbəyə də təqaüd ayrılıb. Layihənin əsas məqsədi informasiya texnologiyaları və kommunikasiya sahələrində təhsil alan gənc qızların bilik və bacarıqlarının inkişafına dəstək olmaq, onların bu istiqamətdə karyera imkanlarını genişləndirməkdir.

2022-ci ildən fəaliyyət göstərən “Huma Quşu” Təhsilə Yardım Fondu bu günədək 40-dan çox tələbənin təhsilinə dəstək verib. Fond istedadlı gənclərin keyfiyyətli təhsilə çıxış imkanlarını artırmağı hədəfləyir.

“Azercell Telekom” MMC təqaüd qazanan tələbələri təbrik edir, onlara təhsil və karyera yollarında uğurlar arzulayır!


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə