Previous Next
Bağla

Ramin Quluzadə “Alibaba Group” şirkətinin nümayəndələri ilə görüşüb

01-09-2020 19:42
Ramin Quluzadə “Alibaba Group” şirkətinin nümayəndələri ilə görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin iştirakı ilə “Alibaba Group” şirkətinin nümayəndələri ilə videobağlantı formatında görüş keçirilib.

Xeberler.az bildirir ki, görüşə Azərbaycan tərəfdən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyinin nümayəndələri qatılıblar.

“Alibaba Group” şirkətini Qloballaşma Ofisinin baş direktoru Sami Fərhad, Beynəlxalq hökumət və ictimaiyyətlə əlaqələr departamentinin direktoru Laurie Luo, direktor müavini, Rəqəmsal ictimai sektorun baş meneceri Şi Feng, Xarici əlaqələr, “Tmall” idxal və ixrac üzrə direktor müavini Tony Çen təmsil ediblər.

Videotədbirdə çıxış edən nazir “Alibaba” şirkəti ilə əməkdaşlığın qurulması və inkişaf etdirilməsinin vacib olduğunu bildirib. Ölkəmizdə internetin inkişafı haqqında məlumat verən Ramin Quluzadə bildirib ki, Azərbaycanda informasiya cəmiyyətinin inkişafı, əhalinin İKT biliklərinin artırılması, elektron xidmətlərdən istifadənin təşviq edilməsi üzrə müxtəlif layihələr icra olunur.

“Eyni zamanda, “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 3 iyun 2019-cu il tarixli Fərmanı ilə “Hökumət buludu” (G-cloud) Konsepsiyası qəbul olunub”, – deyə Ramin Quluzadə qeyd edib.

Nazir bildirib ki, 2016-cı ildən “Azərpoçt” MMC-nin ölkələrarası elektron ticarətin həyata keçirilməsi üçün regional tranzit poçt mərkəzi (HUB) layihəsi fəaliyyət göstərir.

Layihə çərçivəsində 2016-cı ildən “Azərpoçt” MMC tərəfindən Çin Xalq Respublikasından sifariş olunan elektron ticarət məhsullarının Azərbaycanın “Silk Way” aviaşirkəti vasitəsilə qəbul olunaraq ölkəmizə gətirilməsi və poçt kimi emal olunaraq MDB və digər ölkələrə çatdırılması təmin edilir.

Görüş zamanı Azərbaycanda logistika və müvafiq anbar infrastrukturunun yaradılması, data mərkəzi və “bulud” infrastrukturu, elektron ticarət və digər sahələrdə əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb, eləcə də əməkdaşlıq məsələləri ilə bağlı İşçi Qrupun yaradılması barədə razılığa gəlinib.

“Alibaba Group”un nümayəndəsi tərəfindən şirkətin “Alibaba Cloud Computing” və “Tmall.com” bölmələri üzrə təqdimat olunub.

Qeyd edək ki, “Alibaba Group” şirkəti elektron ödəmə xidmətləri, alış-veriş axtarış motorları və “bulud” hesablama xidmətləri də daxil olmaqla, istehlakçıdan istehlakçıya (C2C), biznesdən istehlakçıya (B2C) və veb-portallar vasitəsilə biznesdən biznesə (B2B) satış xidmətləri təqdim edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
AzerTelecom və Alibaba Group arasında əməkdaşlıq müzakirə olunub

AzerTelecom və Alibaba Group arasında əməkdaşlıq müzakirə olunub

26-12-2019
Ramin Quluzadə çinli nümayəndə heyəti ilə görüşüb

Ramin Quluzadə çinli nümayəndə heyəti ilə görüşüb

18-11-2019
XRİTDX rəisi “Alibaba Cloud”un bulud həllərinin müxtəlif tətbiq istiqamətləri ilə tanış olub

XRİTDX rəisi “Alibaba Cloud”un bulud həllərinin müxtəlif tətbiq istiqamətləri ilə tanış olub

02-04-2024
Çinlə birgə elektron ticarət platformasının yaradılması təklif olunub

Çinlə birgə elektron ticarət platformasının yaradılması təklif olunub

20-09-2018
Nazir Ramin Quluzadə Dell şirkətinin nümayəndələri ilə görüşüb

Nazir Ramin Quluzadə Dell şirkətinin nümayəndələri ilə görüşüb

22-02-2019
“Hökumət buludu”nun Milli Data Mərkəzi yaradılacaq

“Hökumət buludu”nun Milli Data Mərkəzi yaradılacaq

22-12-2020
Alibaba saxta mallarla mübarizəyə 160 milyon dollar xərclədi

Alibaba saxta mallarla mübarizəyə 160 milyon dollar xərclədi

24-12-2014
“Hökumət buludu”nun yaradılması ilə bağlı fərmanda dəyişiklik edilib

“Hökumət buludu”nun yaradılması ilə bağlı fərmanda dəyişiklik edilib

18-08-2020
Rəqəmsal transformasiya və e-ticarət forumu keçirilib

Rəqəmsal transformasiya və e-ticarət forumu keçirilib

21-06-2023
Alibaba internetdə satış rekordu qırdı

Alibaba internetdə satış rekordu qırdı

12-11-2015
“Hökumət buludu”na Keçid Planı üzrə dəyirmi masalar keçirilir

“Hökumət buludu”na Keçid Planı üzrə dəyirmi masalar keçirilir

18-03-2021
“Azexport” və “Alibaba” tərəfdaşlığı yeni mərhələyə daxil olur

“Azexport” və “Alibaba” tərəfdaşlığı yeni mərhələyə daxil olur

23-04-2025
Nazir: “Türkiyə və Azərbaycan poçtu yeni layihələrə imza atacaq”

Nazir: “Türkiyə və Azərbaycan poçtu yeni layihələrə imza atacaq”

14-01-2021
Ramin Quluzadə Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət naziri ilə görüşüb

Ramin Quluzadə Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət naziri ilə görüşüb

15-10-2019
AXA və Alibaba tərəfdaş olacaq

AXA və Alibaba tərəfdaş olacaq

03-08-2016
Bakı Beynəlxalq  Elektron Ticarət Forumu öz işini yekunlaşdırıb

Bakı Beynəlxalq Elektron Ticarət Forumu öz işini yekunlaşdırıb

25-09-2018
Azərbaycan məhsullarının “Alibaba”da satışı müzakirə olunub

Azərbaycan məhsullarının “Alibaba”da satışı müzakirə olunub

06-02-2024
Azərpoçt e-ticarətlə bağlı yenilik edəcək

Azərpoçt e-ticarətlə bağlı yenilik edəcək

05-12-2017
Nazir Ramin Quluzadə AYİB-in nümayəndələri ilə videokonfrans formatında görüşüb

Nazir Ramin Quluzadə AYİB-in nümayəndələri ilə videokonfrans formatında görüşüb

17-06-2020
ASAN qlobal ticarət platformalarına maraq göstərir

ASAN qlobal ticarət platformalarına maraq göstərir

28-02-2024
Ramin Quluzadə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru ilə görüşüb

Ramin Quluzadə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru ilə görüşüb

26-10-2019
Ramin Quluzadə GUAM-ın nəqliyyat sahəsi üzrə onlayn iclasında iştirak edib

Ramin Quluzadə GUAM-ın nəqliyyat sahəsi üzrə onlayn iclasında iştirak edib

08-12-2020
Azərbaycanla Çexiya nəqliyyat və İKT sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycanla Çexiya nəqliyyat və İKT sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

14-09-2018
Ramin Quluzadə Rumıniyanın Baş nazirinin müavini ilə görüşüb

Ramin Quluzadə Rumıniyanın Baş nazirinin müavini ilə görüşüb

17-03-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə