“Regionlarda İT bilik və bacarıqlara malik insanlar yetişdiriləcək”

07-02-2023 / 12:19

"Bu gün start verilən "İT Hub Azerbaijan" layihəsinin məqsədlərindən biri regionlarda İT sahəsində bilik və bacarıqlara malik olan insanları yetişdirməkdir".

Xeberler.az məlumat verir ki, bunu İqtisadiyyat Nazirliyinin Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Tamerlan Tağıyev Mərkəzin təşkilatçılığı ilə "IT Hub Azerbaijan" layihəsinin açılış tədbirində deyib.

O, bu layihədə Avropa və Yenidənqurma və İnkişaf Bankı və "StrategEast" müəssisəsi ilə partnyor olduqlarını bildirib:

"Layihə çərçivəsində Sumqayıt, Gəncə, Lənkəran, Şirvan, Mingəçevir və Naxçıvan MR-da gənclər İT sahəsində bilik və bacarıqlara sahib ola biləcəklər. Onlar beynəlxalq və tanınmış şirkətlərdə treninqlər keçəcəklər və seçilən tələbələr beynəlxalq İT şirkətlərində işlə təmin olunacaq. Həmin tələbələr Azərbaycanda qalmaqla beynəlxalq müstəvidə çalışan şirkətlərdə işləyəcəklər. Gələcəkdə beynəlxalq şirkətlər də Azərbaycana gələcək və bu da bizim inkişafımızda rol oynayacaq".


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə