“Təhlükəsiz rəqəmsal media mühiti” adlı panel iclas keçirilib

02-05-2025 / 17:06

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda ikinci forum çərçivəsində sonuncu panel iclas keçirilib.

Xeberler.az məlumat verir ki, “Təhlükəsiz rəqəmsal media mühiti: məlumatlı istifadəçilər” adlı panel iclasa Medianın İnkişafı Agentliyinin Media təhlil şöbəsinin müdiri Səbinə Seyidova moderatorluq edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev hazırda kibertəhdidlərin, onlayn oğurluq hallarının onları narahat edən əsas məsələlərdən biri olduğunu deyib. E.Hacıyev vətəndaşların bank kartları ilə bağlı məlumatlarının digər şəxslərlə paylaşılmamasını tövsiyə edib. Həmçinin informasiya təhlükəsizliyinin görünməyən silah olduğunu diqqətə çatdıran E.Hacıyev vətəndaşların bu istiqamətdə maarifləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Saleh Hacıyev kiberməkanda mövcud olan təhlükələrin dövlət qurumlarının daim diqqət mərkəzində olduğunu qeyd edib. Həmçinin saxta yayılan informasiyalarla bağlı media orqanlarının üzərinə çox böyük iş düşdüyünü diqqətə çatdırıb. Eyni zamanda, S.Hacıyev çıxışında kiberməkanda törədilmiş cinayətlərlə bağlı Baş Prokurorluğa məlumat verilməsinə də çağırış edib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Nadir Novruzov dövlət qurumlarına müxtəlif növ hücumların olduğunu bildirib. O, həmçinin informasiya təhlükəsizliyinin təmin olunmasını vacib amil hesab edib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Elvin Şahverdiyev ölkədə rəqəmsallaşmanın artmasının Azərbaycanı regionda lider dövlətinə çevirdiyi vurğulayıb. O, vətəndaşların vəsaitlərinin oğurlanması ilə bağlı onlara çoxsaylı müraciətlərin daxil olduğunu qeyd edib. E.Şahverdiyev kibertəhdidlərin gündən-günə artdığını vurğulayaraq bununla bağlı maarifləndirmə tədbirlərinin vacib olduğunu diqqətə çatdırıb.

Panel sessiyası sual-cavab formatında davam etdirilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə