Previous Next
Bağla

Rəqəmsal Məcəllədən nə xəbər var ?

15-01-2024 14:59
Rəqəmsal Məcəllədən nə xəbər var ?
Elektron hökumət sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında 24 noyabr 2022-ci il tarixli Prezident fərmanına əsasən Azərbaycanda Rəqəmsal Məcəllə hazırlanmalıdır.

Qeyd edim ki , belə bir Məcəllənin hazırlanması ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsləri təqdirəlayiq bir addımdır.

Məcəllənin layihəsi 9 ay müddətində Nazirlər Kabineti tərəfindən hazırlanıb Prezidnetə təqdim olunmalıydı.

Lakin, hələlik adı çəkilən Layihənin hazırlanması və Prezidentə təqdim edilməsi haqqında hər hansı bir açıqlama yoxdur.

Ötən il RİNN yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Rəqəmsal Məcəllənin hazırlanmasına start verilməsi haqqında məlumat paylaşmışdı.
Təəssüf ki, hələlik bu layihədən bir xəbər yoxdur.

Diqqət çəkən məqam həm də odur ki, hələlik maraqlı tərəflərin iştirakı ilə bu istiqamətdə hər hansı bir müzakirə aparılmayıb.
Məcəllənin strukturu, mahiyyəti haqqında məlumatlar yoxdur.
Məcəllənin hazırlanmasına köməklik məqsədilə cəlb olunacaq beynəlxalq məsləhətçi şirkət haqqında da bir açıqlama verilməyib.
Yeri gəlmişkən, xatrlayıram ki, bir neçə il öncə İnnovasiya Strategiyasını hazırlamalı olan beynəlxalq məsləhətçi şirkət, Boston Konsalting Qrupu yetərincə böyük vəsait almasına baxmayaraq indiyədək də layihəni ortaya çıxara bilməyib.

Rəqəmsal Məcəllədə nələr olmalıdır ?

Düşünürəm ki, Rəqəmsal Məcəllə əsasən vətəndaşların rəqəmsal hüquqları, rəqəmsal hökumət quruculuğu və rəqəmsal biznes sahəsini əhatə etməlidir.
Məcəllə ölkədə bütöv rəqəmsal mühitin inkişafına yönəlməlidir, bu rəqəmsal mühitdə dövlət, biznes və vətəndaş arasında münasibətləri tənzimləməli, rəqəmsal transformasiyanın inkişafına təkan verməlidir.
Bu sənəd ən müasir çağırışları, yeni rəqəmsal mühitdə vətəndaşların hüquqlarının qorunmasını, süni intellect məslələrini əhatə etməli, rəqəmsal inkişafa mane olan tənzimləmələri aradan qaldırmalıdır.

Hazırda rəqəmsal sahədə tənzimlədə ciddi problemlər var. Hələlik İRİA bu sahədə irəliləyiş yarada bilməyib. Rəqəmsal hökumət quruculuğun hüquqi təminatında lənglik uzun müddətdir ki davam edir.
Hələ bir dənə də olsa rəqəmsal sənəd MyGov-da yoxdur. Orada olanlar sadəcə məlumat xarakteri daşıyır.

İRİA bu istiqamətdə səylərini gücləndirməlidir
Ümid edirəm İRİA-nın beynəlxalq məsləhətçi şirkətlə birgə hazırladığı bildirilən Rəqəmsal Məcəllə ölkədə rəqəmsal transformasiyanın və rəqəmsal biznesin inkişafına, vətəndaşlar üçün daha münbit rəqəmsal mühitin formalaşmasına şərait yaradacaq.

Osman Gündüz
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda Rəqəmsal Məcəllə hazırlanacaq

Azərbaycanda Rəqəmsal Məcəllə hazırlanacaq

24-11-2022
Azərbaycan “Rəqəmsal Məcəllə”nin hazırlanması üçün məsləhətçi şirkət cəlb edib

Azərbaycan “Rəqəmsal Məcəllə”nin hazırlanması üçün məsləhətçi şirkət cəlb edib

06-02-2024
Azərbaycanda Rəqəmsal Məcəllə hazırlanıb

Azərbaycanda Rəqəmsal Məcəllə hazırlanıb

13-12-2024
Rəqəmsal Məcəllənin və Rəqəmsal İnkişaf Konsepsiyasının qəbulu gözlənilir

Rəqəmsal Məcəllənin və Rəqəmsal İnkişaf Konsepsiyasının qəbulu gözlənilir

11-03-2024
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin departament rəhbəri işdən çıxıb

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin departament rəhbəri işdən çıxıb

23-06-2023
Rəqəmsal notariat: Qazaxıstan və Azərbaycan

Rəqəmsal notariat: Qazaxıstan və Azərbaycan

25-10-2023
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi auditor seçib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi auditor seçib

24-04-2026
Rəqəmsal diplomlar nə zaman veriləcək?

Rəqəmsal diplomlar nə zaman veriləcək?

19-10-2023
Vençur fondları ilə bağlı dəyişikliklər təklifi hökumətə göndərilib

Vençur fondları ilə bağlı dəyişikliklər təklifi hökumətə göndərilib

25-11-2024
Rəqəmsal transformasiya üçün yeni qanunvericilik paketi hazırlanır

Rəqəmsal transformasiya üçün yeni qanunvericilik paketi hazırlanır

09-06-2026
"İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi" dəyişib

"İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi" dəyişib

12-08-2025
Məhkumluq haqqında arayış "mygov" üzərindən təqdim olunacaq

Məhkumluq haqqında arayış "mygov" üzərindən təqdim olunacaq

17-09-2024
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi auditor seçir

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi auditor seçir

26-01-2026
RİNN ötən ilki hesabatını niyə açıqlamır?

RİNN ötən ilki hesabatını niyə açıqlamır?

09-02-2024
Elektron Hökumətin İnkişafı İndeksi üzrə fəaliyyət planı hazırlanıb

Elektron Hökumətin İnkişafı İndeksi üzrə fəaliyyət planı hazırlanıb

18-12-2024
İRİA “Digital Azerbaijan” brendini təqdim edib

İRİA “Digital Azerbaijan” brendini təqdim edib

01-12-2023
Rəqəmsal hökumət arxitekturası hazırlanacaq

Rəqəmsal hökumət arxitekturası hazırlanacaq

16-01-2025
Azərbaycanda rəqəmsal transformasiya konsepsiyasının layihəsi hazırlanacaq

Azərbaycanda rəqəmsal transformasiya konsepsiyasının layihəsi hazırlanacaq

08-05-2021
Rəqəmsal tranformasiya üzrə təlim proqramı bu gün yekunlaşır

Rəqəmsal tranformasiya üzrə təlim proqramı bu gün yekunlaşır

08-12-2023
Sinqapur Azərbaycanda KOB-ların rəqəmsallaşdırılmasına kömək edəcək

Sinqapur Azərbaycanda KOB-ların rəqəmsallaşdırılmasına kömək edəcək

29-10-2024
Samir Məmmədov: "Azərbaycanda rəqəmsal inkişaf üzrə sürətli transformasiya üçün zəmin yaradılıb"

Samir Məmmədov: "Azərbaycanda rəqəmsal inkişaf üzrə sürətli transformasiya üçün zəmin yaradılıb"

30-09-2024
Rəqəmsal şəxsiyyət vəsiqəsi bələdiyyə seçkilərində etibarlı olacaqmı?

Rəqəmsal şəxsiyyət vəsiqəsi bələdiyyə seçkilərində etibarlı olacaqmı?

24-01-2025
Ekspert: TN, DİM və ali təhsil müəssisələri informasiya sistemlərini inteqrasiya etməlidir

Ekspert: TN, DİM və ali təhsil müəssisələri informasiya sistemlərini inteqrasiya etməlidir

19-07-2022
Ekspert: Dövlət xidmətlərinin qiymətləndirilməsində qeyri-müəyyənlik var

Ekspert: Dövlət xidmətlərinin qiymətləndirilməsində qeyri-müəyyənlik var

24-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə