“Rəqəmsal rənglər” adlı rəsm sərgisi açılıb

19-05-2025 / 17:36

Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və “NigART” Rəsm Məktəbinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunmuş “Rəqəmsal rənglər” adlı rəsm sərgisi açılıb.

Xeberler.az məlumat verir ki, qonaqları salamlayan “NigART” Rəsm Məktəbinin direktoru Nigar Qurbanova sərgidə 42 uşağın əl işlərindən ibarət rəsmlərin nümayiş olunduğunu qeyd edib.

4SİM-in icraçı direktoru Fariz Cəfərov sərginin keçirilməsində məqsədin uşaqların süni intellekt, robotexnika və innovasiya mövzularına marağını artırmaq olduğunu bildirib. O, Ümummilli Lider Heydər Əliyevin təhsilə, incəsənətə və gənc nəslin inkişafına həmişə xüsusi diqqət ayırdığını vurğulayıb. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Kino Agentliyinin Baş direktoru Rəşad Əzizov rəsmlərdə süni intellektin müxtəlif sahələrdə tətbiqi imkanlarının şagirdlər tərəfindən uğurla təsvir edildiyini bildirib.

Sonda balaca rəssamlara sertifikatlar təqdim edilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə