Previous Next
Bağla

RİNN-də “Konstitusiya və Suverenlik ili”nə həsr olunan tədbir keçirilib

14-11-2025 15:30
RİNN-də “Konstitusiya və Suverenlik ili”nə həsr olunan tədbir keçirilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyi münasibətilə tədbir keçirilib.

Xeberler.az bildirir ki, əvvəlcə Konstitusiyanın qəbulundan suverenliyin bərpasınadək keçilən yolu əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov, Aparat rəhbərinin müavini Bəxtiyar Məmmədov, Layihələrin idarə edilməsi şöbəsinin müdiri Esmira Səmədova dövlətçilik tariximizdə mühüm hadisə olan Konstitusiyanın qəbulu barədə danışıblar. Bildirilib ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiya sənədi Azərbaycanın dünyəvi, demokratik və hüquqi dövlət kimi inkişafı üçün möhkəm hüquqi baza yaratdı. Qanunun aliliyini, insan hüquq və azadlıqlarını, sosial ədalət və vətəndaş məsuliyyətini təsbit etdi.

Konstitusiyada dövlət müstəqilliyinin, suverenliyin və ərazi bütövlüyünün qorunması əsas məqsəd kimi göstərilib. Təəssüf ki, uzun illər torpaqlarımız Ermənistanın işğalı altında qaldı və Konstitusiyamızın qüvvəsi həmin ərazilərdə tətbiq oluna bilmədi. Amma Azərbaycan dövləti və xalqı bu vəziyyətlə heç vaxt barışmadı. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə qazandıq. 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror əməliyyatı ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması dövlət müstəqilliyimizin hüquqi və mənəvi dayaqlarına verilən böyük önəmin göstəricisidir. Bu gün Konstitusiyanın prinsipləri dövlət siyasətimizin hər sahəsində, o cümlədən rəqəmsal transformasiya prosesində öz əksini tapır. Azərbaycan rəqəmsal inkişaf və innovasiyalar sahəsində böyük addımlar atır və regionda lider ölkə olmağı hədəfləyir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

12 Noyabr - Konstitusiya Günüdür

12-11-2025

XRİTDX-də Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib

12-11-2025

“Konstitusiya və Suverenlik İli”nə həsr olunan poçt markası buraxılıb

10-12-2025

“Rəqəmsal suverenliyin hüquqi aspektləri” mövzusunda vebinar keçirilib

26-11-2025

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş təlim keçirilib

22-04-2025

MM-də rəqəmsal suverenliklə bağlı dəyirmi masa keçiriləcək

17-09-2025

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 32 il ötür

18-10-2023

AzTU-da İstanbul Texniki Universitetinin 250 illik yubileyi qeyd olunub

19-12-2023

Azərbaycan dövlət müstəqilliyinin bərpası günüdür

18-10-2024

Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12-11-2022

"İctimai proseslər media müstəvisində" adlı forum keçirilib

02-05-2025

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

12-11-2024

Azərbaycanda Konstitusiya Günüdür

12-11-2016

18 oktyabr - Azərbaycanın müstəqilliyinin bərpası günüdür

18-10-2025

“İnnovativ dövlət idarəçiliyi modeli” mövzusunda konfrans keçirilib

24-12-2025

Azərbaycanda Konstitusiya Günüdür

12-11-2015

Azərbaycanın müstəqilliyini bərpa etməsindən 30 il ötür

18-10-2021

Prezident İlham Əliyev and içib, mərasimdə nitq söyləyib

14-02-2024

Bu gün Müstəqilliyin Bərpası Günüdür

18-10-2022

XRİTDX-də Zəfər Günü qeyd edilib

08-11-2024

Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur

17-11-2022

İKTA-da “Zəfər Günü” münasibətilə görüş keçirilib

08-11-2025

Xüsusi Rabitə və İnformasiya Təhlükəsliyi Dövlət Xidmətində Heydər Əliyevlə bağlı tədbir keçirilib

08-05-2023

İham Əliyev and içib

18-04-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə