Previous Next
Bağla

RİNN-in Vahid Elektron Xidmətlər Portalına daha 3 xidmət inteqrasiya edilib

01-08-2022 15:28
RİNN-in Vahid Elektron Xidmətlər Portalına daha 3 xidmət inteqrasiya edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların elektron xidmətlərini bir sistem üzərindən əldə etmək məqsədilə “AzInTelecom” MMC tərəfindən yaradılan Vahid Elektron Xidmətlər Portalına (https://portal.rinn.az/az) daha 3 yeni xidmət inteqrasiya olunub.

 

Xeberler.az bildirir ki, yeni təqdim olunanlar “Telefon üzrə ətraflı məlumat”, “Elektron sifarişlər barədə məlumat” və “Cari ay ərzində aparılmış şəhərlərarası və beynəlxalq danışıqlar üzrə məlumat” xidmətləridir.

 

“Telefon üzrə ətraflı məlumat” xidməti çərçivəsində vətəndaşların adına olan stasionar telefon nömrəsi və həmin nömrə üzrə ünvan, qovşaq, müqavilə tarixi, qoşulduğu servis xidmətləri və borc məlumatları təqdim edilir.

 

“Elektron sifarişlər üzrə məlumat” xidməti vasitəsilə müvafiq xidmətlər üzrə ünvanlanmış elektron sifarişlərin icra vəziyyəti və əməliyyatın növü haqda məlumat almaq mümkündür.

 

İstifadəçilər “Cari ay ərzində aparılmış şəhərlərarası və beynəlxalq danışıqlar üzrə məlumat” xidmətindən faydalanaraq yalnız öz adına olan stasionar telefon nömrəsi üzrə ay ərzində aparılmış şəhərlərarası və beynəlxalq danışıqlar üzrə məlumat əldə edə bilərlər. Təqdim edilən məlumatlarda danışıqların tarixi və saatı, müddəti, həmçinin danışıq aparılan nömrə və ödəniş məbləği öz əksini tapır.

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi müxtəlif internet resursları üzərindən vətəndaşlara 57 adda rəqəmsal xidmət göstərir. İndi isə bütün xidmətlər vahid portalda toplanılır. Ümumilikdə 12 xidmət portala inteqrasiya edilib, digər 45 xidmətin yaxın vaxtlarda portala daxil edilməsi nəzərdə tutulub.

 

Portalda təqdim edilən qeydiyyatlı rəqəmsal xidmətlər üçün vətəndaşlar “ASAN Login” vasitəsilə qeydiyyatdan keçərək yararlana bilərlər. Qeydiyyatsız xidmətlər üçün, adından da göründüyü kimi, heç bir qeydiyyat tələb olunmur.

 

Qeyd edək ki, portalın yaradılmasında məqsəd vətəndaş məmnunluğunun artırılması ilə yanaşı, resurslardan effektiv istifadə yolu ilə keyfiyyətli, təhlükəsiz və səmərəli rəqəmsal xidmətlər təqdim etməkdir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə vətəndaşlar arasında portal üzərindən birbaşa ünsiyyətin yaranması nəticəsində xidmət keyfiyyətinin artırılması, tələbata uyğun yeni xidmətlərin yaradılması mümkün olacaq.

 

Həmçinin portalın yaradılması rəqəmsal xidmətlərdən istifadənin genişlənməsinə, eləcə də elektron hökumətin inkişafına müsbət təsir edəcək və səmərəliliyin, həmçinin şəffaflığın daha da artırılmasına təkan verəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Vahid Elektron Xidmətlər Portalına daha 3 xidmət əlavə edildi

31-08-2022

Vahid Elektron Xidmətlər Portalına daha 2 xidmət əlavə edildi

12-09-2022

Vahid Elektron Xidmətlər Portalına daha iki xidmət inteqrasiya edilib

20-06-2022

RİNN-in bütün elektron xidmətləri vahid portalda

13-05-2022

“Uyğunluq sertifikatının verilməsi” xidməti rəqəmsallaşdırıldı

28-12-2022

“Radiomaneələrlə bağlı müraciət” xidməti elektronlaşdırıldı

17-09-2022

Vahid Elektron Xidmətlər Portalında yenilik

21-10-2022

“IMEI.az” xidmətləri Vahid Elektron Xidmətlər Portalı üzərindən təqdim ediləcək

24-06-2022

RİNN-in bütün elektron xidmətləri "mygov"a inteqrasiya edilib

12-02-2025

Əmlak Məsələləri Dövlət Xidmətinin portalı ləğv edilir

14-04-2025

“Asan Login” üzərindən göstərilən dövlət xidmətləri SİMA ilə daha əlçatan oldu  

16-05-2022

Fövqəladə Hallar Nazirliyinin elektron xidmətlər portalı yenilənib

11-03-2025

71 mindən çox istifadəçi telefon nömrəsi üzrə axtarış edib

11-04-2015

Telefon nömrəsi üzrə axtarış edənlərin sayı açıqlanıb

14-09-2015

İcbari Tibbi Sığorta üzrə elektron xidmət “myGov”a inteqrasiya olunub

21-02-2020

SİMA ilə mobil cihazlarda “ASAN Login”ə giriş mümkün oldu

12-10-2022

Portala inteqrasiya edilən e-arayışların sayı artdı

15-12-2016

Nəqliyyat sahəsi üzrə bu xidmətlərə “mygov”dan müraciət etmək mümkündür

16-05-2026

Nazirliyin telefon nömrəsi üzrə axtarış sistemindən istifadə sayı artıb

13-10-2015

ADY-nin elektron xidmətlər portalı “digital.login”ə inteqrasiya edilib

16-05-2025

"Azərsu" ASC "e-su.az" portalını istifadəyə verib

24-09-2020

Sosial Xidmət Xəritəsi istifadəyə verilib

26-12-2025

EHİM yerli icra hakimiyyətləri ilə rih.gov.az portalı haqqında müzakirələr aparıb

12-05-2022

Banklar “Elektron hökumət” portalı üzərindən xidmət göstərəcək

10-01-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə