Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin və “İnnovasiya Könüllüləri” İctimai Birliyinin birgə təşkilatçılığı, Azərbaycan İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə “Innosummit” infosessiyası keçirilib.
Xeberler.az məlumat verir ki, tədbirin açılış mərasimində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnsan kapitalı departamentinin rəhbəri Gülnarə Osmanova çıxış edərək qurumun fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr barədə məlumat verib.
“İnnovasiya Könüllüləri” İctimai Birliyinin baş katibi Təhmasib İmaməliyev çıxışında “Innosummit”in innovativ düşüncəli gəncləri bir araya gətirən, onların ideyalarının reallaşmasına dəstək verən mühüm platforma olduğunu vurğulayıb.
İnfosessiya çərçivəsində “MyGov” platforması, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi, “Digital Bridge”, “Digital Finance” təşəbbüsləri, Rəqəmsal Sənəd Dövriyyəsi və “Holberton School” barədə təqdimatlar edilib. Sessiyalar interaktiv formatda keçirilib. İştirakçılar suallar verərək innovasiyayönümlü layihələr, rəqəmsal xidmətlər və İKT sahəsində təhsil imkanları barədə ətraflı məlumatlar əldə ediblər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları