"RİTN mobil operatorlara qarşı ayrı-seçkilik siyasəti yürüdür"- bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.
Xeberler.az-ın verdiyi məlumata görə, dünən Azercell şirkəti Azərbaycanda 3G texnologiyasının lisenziyalaşdırılması barədə bəyanat yayıb.
Bu bəyanat Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) 3G xidməti üçün başqa bir mobil rabitə operatoruna - Azərfona lisenziya verəndən sonra yayılıb. Azercell şirkəti lisenziya üçün dəfələrlə RİTN-ə müraciət edib. Amma bu vaxtadək şirkətə lisenziya verilməyib. Müstəqil ekspert və Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, RİTN 3G-nin tətbiqini qəsdən ləngidir. “Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmira Vəlizadənin bəyanatı bunu sübut edir. Müsahibədə bu fikir qırmızı xətlə keçir ki, qonşu ölkələrdə 3G yoxdursa, tələsməyə nə lüzum? Vəlizadə qəsdən cəmiyyəti çaşdırır”, deyə o, Turan-a bildirib.
AİF prezidenti məlumat verib ki, inkişaf etmiş ölkələrdə 3G 2001-ci illdən tətbiq edilib. MDB-yə gəlincə, 3G Gürcüstanda 2006-cı ildə, Belarusiya, Rusiya, Ukrayna, Özbəkistanda 2007-ci ildə, Moldovada 2008-ci ildə tətbiq olunub.
Osman Gündüz 3G lisenziyasının təkcə bir operatora verilməsini qanunsuz adlandırıb. “Azercell bu məqsədlə 2 il əvvəl müraciət edib. Bundan başqa, şirkət ölkə prezidentinə 3G nümayiş etdirərək, Bakı ilə Naxçıvan arasında video-audio rabitə yaradıb.
Lisenziya məsələsini prezident İlham Əliyevlə müzakirə etmək üçün 13 may 2009-cu ildə TeliaSonera şirkətinin baş icraçı direktoru Lars Niberq Bakıya gəlmişdi. Amma lisenziyanı ölkə iqtisadiyyatına 1 mlrd manat qoyan Azercell yox, bazara təzə çıxan Azerfon aldı”, - deyə o əlavə edib.
“Dünya təcrübəsində lisenziya verilməsinin 3 üsulu var: hərrac yolu ilə, tenderlə və fəaliyyətin təhlili yolu ilə. RİTN heç olmasa Azercell-in ərizəsini müzakirə etməli, ən pis halda hər iki şirkətə lisenziya verməli idi. Amma o, başqa cür hərəkət etdi. Nəticədə Azerfon marketinq üstünlüyü və yeni korporativ müştərilər əldə etdi.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri