AMEA Yüksək Texnologiyalar Parkının (YTP) yeni inkubator-rezidenti olan “Troniq” MMC “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalında iştirak edəcək.
Xeberler.az bildirir ki, bu barədə məlumat verən müəssisənin direktoru Anar Nəbiyev “Troniq” MMC-nin ən müasir standartlar əsasında istənilən növ avadanlıqlar üçün plataların istehsalı və onların proqram təminatının yazılmasını həyata keçirdiyini bildirib.
A.Nəbiyev qeyd edib ki, müəssisə festival çərçivəsində təşkil olunacaq sərgidə müxtəlif növ robot texnikası, platalar, süni intellekt məhsullarının nümayişini həyata keçirəcək.
“Sərgidə yoluxucu xəstəliklərin, virusların və mikrobların yayılmasının qarşısını almaq üçün hazırlanmış süni intellekt əsaslı “Seit-uv” robotu”nun nümayişi planlaşdırılır”, - deyən şirkət rəsmisi bildirib ki, bu robot öncədən müəyyən edilmiş marşrut üzrə bütün maneələri aşaraq dezinfeksiya işlərini aparmaq imkanına malikdir.
“Troniq” MMC-nin istehsal etdiyi bütün avadanlıqlar və proqram təminatlarının ən yüksək texnoloji tələblərə cavab verdiyini söyləyən A.Nəbiyev bu məhsulların keyfiyyət və təhlükəsizlik üzrə kompleks sınaqlardan keçirildiyini də diqqətə çatdırıb.
Direktor sərgidə, həmçinin süni intellektlə işləyən proqram təminatının təqdim olunacağını da bildirib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri