ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun mühəndisləri bütöv bina çap edə bilən robotun prototipini hazırlayıb.
Xeberler.az ict.az-a istinadən məlumat verir ki, gələcəkdə tamamilə avtonom qurğu yaratmağı planlaşdırırıq ki, onu Ay, Mars və ya Antarktikaya göndərmək mümkün olacaq.
Layihə rəhbəri Stiven Kitinq bildirib ki, o, bir neçə il ərzində binalar inşa edəcək.
Sistem böyük avtomatlaşdırılmış manipulyatorun quraşdırıldığı maşından ibarətdir. Robot-inşaatçı binanın bünövrəsini qoyur ki, bunun əsasında da bütöv bina inşa etmək mümkün olacaq.
Sınaqlar çərçivəsində inteqrasiya edilmiş 3D-printerə malik robot 14 saat ərzində diametri 15 m, hündürlüyü isə 3,65 m olan günbəz divarları çap edib. Sonra işçilər hazır formaya beton töküblər.
Kitinqin sözlərinə görə, robot ənənəvi üsulla müqayisədə baza strukturlarını daha sürətli və ucuz istehsal edir. Bundan başqa, sistem konkret tikinti sahəsinin tələblərinə və sifarişçinin arzularına uyğunlaşdırıla bilər.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri