Rumıniya “ASAN xidmət” modelinin tətbiqi istiqamətində işlərə başlayıb

29-10-2025 / 11:50

Azərbaycan Milli Məclisi və xalqı ilə tərəfdaşlığımızı yüksək qiymətləndiririk. Bu il Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 ili tamam olur. O, dövlət müstəqilliyinizi möhkəmləndirib və müasir, ədalətli sistemin əsasını qoyub. Eyni zamanda, 30 il ərzində tarixi və hüquqi əhəmiyyətini qoruyub saxlayıb, ölkənin dinamik inkişafı ilə bərabər təkamül edib.

Xeberler.az məlumat verir ki, bunu Rumıniya Senatının sədri Mircea Abrudean Milli Məclisdə Azərbaycan Konstitusiyasının qəbulunun 30 illiyinə həsr olunmuş “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, parlamentlər real nəticələrə fokuslandıqda, effektiv iş ortaya qoyurlar. Bir çox sahədə əməkdaşlıq edə bilərik. Məsələn, rəqəmsallaşma sahəsində sizin “ASAN xidmət” modeliniz var. Biz bu modeli Rumıniyada tətbiq edə bilərik və artıq bu istiqamətdə işlərə başlamışıq. Nəqliyyat və enerji sahələri ilə əlaqədar komitələrimizin əməkdaşlığının genişləndirilməsi üçün illik görüşlər keçirilməlidir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə