Previous Next
Bağla

RYTN tərəfindən illik hesabat nəşr olunub

22-07-2015 20:55
RYTN tərəfindən illik hesabat nəşr olunub

“2014-cü ildə sektor üzrə qəbul edilmiş qərarları nazirliyin son 10 illik fəaliyyətinə verilmiş yüksək qiymət və 2015-ci ili bizim üçün yeni bir mərhələnin başlanğıcı kimi xarakterizə etmək olar”.

Nazirlikdən Xəbərlər-ə verilən məlumata görə, Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun bu fikri Rabitə və Yüksək Texnologiyalar Nazirliyi-2014 adlı illik hesabatda yer alıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən nəşr olunan hesabatın “Ön söz”ündə nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkənin digər sahələri kimi, informasiya və yüksək texnologiyalar sahəsində də böyük uğurlara imza atılıb:

“Ölkə prezidentinin müvafiq aktları ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb, Əsasnaməsi təsdiq olunmuş və bununla da yeni fəaliyyət istiqamətləri müəyyənləşdirilib, qarşıya mühüm vəzifələr qoyulub. 2003-2013-cü illəri əhatə edən Milli Strategiyanın uğurlu icrasından sonra 2014-cü ildə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” təsdiq edilib və ölkədə informasiya cəmiyyətinin inkişafı üzrə prioritet istiqamətlər və hədəflər müəyyənləşdirilib. 2014-cü ildə Azərbaycan yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peykinə -Azersky”a sahib oldu və bununla da ölkəmiz fəzada iki peykə malikdir. Növbəti müxtəlif təyinatlı peyklərin orbitə çıxarılması üzrə işlər davam etdirilir. Eyni zamanda yüksək texnologiyaların potensialının artırılması, innovativ və texnoloji tutumlu məhsulların istehsalı və dəstəklənməsi üzrə tədbirlər uğurla davam etdirilir”.

Hesabatda müxtəlif istiqamətlər, o cümlədən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi: ötən 10 il və yeni mərhələnin başlanğıcı, Yeni Milli Strategiya: 2020-ci ilə qədər qarşıda duran vəzifələr, Tənzimləmə fəaliyyəti, İnfrastrukturun inkişafı və layihələr, Sektorun inkişafının iqtisadi və sosial nəticələri, Elektron hökumətin inkişafı, Dövlət orqanlarında informasiya sistemlərinin və elektron xidmətlərin tətbiqi, İnformasiya təhlükəsizliyi, İKT-nin cəmiyyətdə tətbiqi, Beynəlxalq əməkdaşlıq yeni müstəvidə, Azərbaycanda İKT: beynəlxalq təşkilatların hesabatlarında, 2015-ci il: qarşıda duran vəzifələr yer alıb. Qarşıda duran vəzifələrə kosmik sənayenin və peyk infrastrukturunun inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi və yeni layihələrin icrasına başlanılması, genişzolaqlı internet və müasir rabitə infrastrukturunun yaradılmasını nəzərdə tutan layihələrin icrasına başlanılması, rəqəmli yayımın ölkə ərazisini tam əhatə etməsi və analoq yayımın dayandırılması, informasiya cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsi üzrə işlərin davam etdirilməsi,  e-xidmətlərə çıxış imkanlarının artırılması, e-xidmətlərin tətbiq sahəsinin və mobil hökumət tətbiqlərinin genişləndirilməsi, yüksək texnologiyalar sahəsində elmi tədqiqatların aparılması üzrə işlərə dəstək verilməsi, bulud texnologiyalarına keçid prosesini sürətləndirəcək Tier 3 səviyyəli Data Mərkəzin istifadəyə verilməsi və s. daxildir.

Xeberler.az 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nazirlik ötən ilin yekunları ilə bağlı hesabat verdi

17-01-2015

“Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

04-04-2014

17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirildi

19-05-2014

Azərbaycan BMT ilə İKT layihələri həyata keçirəcək

22-10-2015

İKT sektorunun gəlirləri artıb

23-10-2015

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kollegiya iclası keçirilib

15-07-2015

Nazirlik bu ilin Tədbirlər planını təsdiqlədi

11-02-2015

Regionun ən təhlükəsiz DATA mərkəzi Azərbaycandadır

08-06-2018

Azərbaycanla Monteneqro arasında İKT sektorunda əməkdaşlıq müzakirə olunub

20-05-2015

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kollegiya iclası keçirilib

22-10-2015

17 May Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

17-05-2020

"Milli Strategiya ilə bağlı dövlət proqramı hazırlanmalıdır"

04-04-2014

Nazir vəzifə bölgüsü aparacaq

26-05-2015

“Teleradio yayımçıları rəqəmli yayıma keçidə hazırdır”

22-09-2016

Nazirlikdə yeni şəbəkə mərkəzləri yaradılır

25-10-2016

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

24-06-2015

Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd olunub

17-05-2019

“Elektron dövlət quruculuğu problemləri” konfransı keçirilib

04-12-2014

Koreya Azərbaycanın İKT sahəsinə maraq göstərir

20-11-2015

İcra Hakimiyyətlərində vahid elektron informasiya sistemi yaradılır

29-04-2015

İnformasiya cəmiyyətinin inkişafına dair Dövlət Proqramı təsdiq edilib

20-09-2016

Əli Abbasov vəzifəsindən azad edildi

12-11-2015

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib

15-02-2019

Azərbaycanda Kosmik Tədqiqatlar Mərkəzi yaradılacaq

29-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə