Azərbaycanda ilk dəfə "Electronic Village" ("Elektron şəhərcik”) adlı tədbir keçiriləcək.
Bu barədə Xeberler.az-a Bakı Amerika mərkəzindən məlumat verilib.
Qeyd edilib ki, tədbirin məqsədi texnologiya sahəsinə maraq göstərən hər kəsi bir araya toplamaq, onların praktik bacarıqlarını və təcrübələrini inkişaf etdirməkdir.
Məlumata görə, tədbir iştirakçıları yerli startap nümayəndələrinin təqdimatında iştirak edə və öz idayalarını bölüşə biləcək.
Tədbir müddətində praktik məşğələlərdə, məktəblərdə uşaqların qiymətləndirilməsi üçün istifadə edilən Socreative, Google Docs kimi tətbiqlərlə işləmək, o cümlədən Snapchat filtrlərin yaratmaq barədə geniş məlumat veriləcək.
Bundan əlavə, 3D printerin və yüksək texnologiyaların istifadəsi haqda təlim veriləcək.
Qeyd edək ki, tədbirdə Youth.Inc., VeloKuryer, BethClip kimi yerli və xarici şirkətlər, startaplar iştirak edəcək.
Bundan əlavə , tədbirə bir sıra yerli və xarici ölkə nümayəndələri də tədbirə qatılacaq. Həmçinin tədbirdə iştirak edənlər planşet, noutbuk, kiçik portativ proyektor kimi hədiyyələr də qazana biləcək.
Tədbirin təşkilatçısı Bakı Amerika mərkəzinin nümayəndəsi Mary Catherine Boumerdir.
27 dekabrdan 29 dekabra qədər davam edəcək “Elektron şəhərcik” 2 dildə (Azərbaycan və ingilis) olacaq.
Tədbir səhər saat 10-dan 8-dək davam edəcək. Qeyd edilib ki, tədbirdə iştirak ödənişsizdir və qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Tədbirin açılış mərasimi dekabrın 27-də, saat 10:00-da, bağlanış mərasimi isə 29 dekabr, saat 19:00-da baş tutacaq.
Daha ətraflı məlumatı burdan əldə edə bilərsiniz.
Günel
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri