Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzində “Startap Günləri” adlı iki günlük tədbir təşkil olunacaq.
Xeberler.az məlumat verir ki, tədbir 23 yanvar (cümə) günü saat 14:00-dan gün sonunadək, 24 yanvar (şənbə) günü isə 10:00–16:00 aralığında keçiriləcək. Startap Günləri AzTU-nun İnkubasiya Mərkəzində keçiriləcək.
Tədbirin əsas məqsədi gənclərin innovativ ideyalarını real layihələrə çevirmələrinə dəstək olmaq, onları startap ekosisteminə cəlb etmək və praktiki biliklərlə təmin etməkdir. Startap Günləri çərçivəsində iştirakçılar güclü mentorlar və təcrübəli ekspertlərin dəstəyi ilə ideyalarının inkişafı üzərində çalışacaq, komanda quruculuğu və liderlik bacarıqlarını gücləndirəcəklər.
Bununla yanaşı, iştirakçılar uğurlu startap qurucuları və potensial investorlarla birbaşa ünsiyyət qurmaq, geniş networking imkanlarından yararlanmaq, praktiki təlimlərdə iştirak etməklə real biznes bacarıqları qazanmaq imkanı əldə edəcəklər. Tədbir zamanı layihələrin təqdimatı və müsabiqələr də təşkil olunacaq.
Startap Günlərində fəal iştirak edənlərə rəsmi sertifikatlar təqdim ediləcək. Tədbirdə iştirak tamamilə ödənişsizdir.
Tədbirdə iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://forms.gle/j1u5uzaWemj3CCue6
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları