Previous Next
Bağla

Şagirdlərimiz beynəlxalq İnformatika Olimpiadasında uğur qazanıb

16-09-2017 09:31
 Şagirdlərimiz beynəlxalq İnformatika Olimpiadasında uğur qazanıb

Azərbaycanlı şagirdlər Bolqarıstanda keçirilən İnformatika üzrə Avropa Gənclər Olimpiadasının üçüncü olublar.

Xeberler.az bildirir ki, bu barədə Azərbaycanın Bolqarıstandakı səfirliyindən məlumatında deyilir.

7-13 sentyabr tarixində Sofiya şəhərində İnformatika üzrə Birinci Avropa Gənclər Olimpiadası keçirilib. Tədbirin məqsədi gənclərin informasiya texnologiyaları sahəsinə marağının təbliğ edilməsi və Avropada rəqabət qabiliyyətli proqram təminatının inkişafının təşviqi, eləcə də gənclər arasında informasiya texnologiyaları sahəsində ən yaxşı istedadların müəyyən edilməsidir.

Olimpiada Bolqarıstan Prezidenti Rumen Radev, Avropa Komissiyasının (AK) Təhsil, mədəniyyət, gənclər və idman üzrə Komissarı Tibor Navraçiç və AK-ın Rəqəmsal iqtisadiyyat və cəmiyyət üzrə Komissarı Mariya Qabrielin himayəsi altında keçirilib. Olimpiada Avropa Parlamentinin Bolqarıstandan olan deputatları tərəfindən dəstəklənir və İnformatik üzrə Beynəlxalq Olimpiadanın standart və qaydalarına riayət edir.

Yarışlara Bolqarıstanın Təhsil və Elm Nazirliyi, Sofiya şəhər Bələdiyyəsi, Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti və elm və texnologiya parkı olan Sofiya Texnoloji Parkı (Sofiya Tech Park) ev sahibliyi edib. Tədbirin 8 sentyabrda baş tutan açılış mərasimində Bolqarıstan prezidenti R.Radev, AK-ın Rəqəmsal iqtisadiyyat və cəmiyyət üzrə Komissarı M.Qabriel və BR təhsil naziri Krasimir Vılçev çıxış ediblər. AK-ın Təhsil, mədəniyyət, gənclər və idman üzrə Komissarı T.Navraçiçin olimpiada təşkilatçıları və iştirakçılarına müraciəti oxunub.

Mərasimdə Bolqarəstan prezidenti R.Radev rəqəmsal texnologiyanın müasir iqtisadiyyatın ən sürətlə inkişaf edən sektoru olduğunu qeyd edib, gənc nəslin erkən yaşlardan yeni texnologiyalara çıxış imkanını yüksək qiymətləndirib və mürəkkəb alqoritmləri inkişaf etdirmək, onları xüsusi proqram dilinə çevirmək və əməliyyat sistemlərinin tələblərinə uyğunlaşdırmaqla gənclərin texniki tərəqqiyə nail olmaqla yanaşı, həmçinin insan davranış modelini yaratdığını və gələcəyi idarə etdiyini söyləyib. AK-ın Rəqəmsal iqtisadiyyat və cəmiyyət üzrə Komissarı M.Qabriel cəmiyyətdə və iqtisadiyyatda rəqəmsal dəyişikliklərin çağırışlarına cavab verdiklərinə görə olimpiadada iştirak edən gənclərə təşəkkürünü ifadə edib, bu gündən etibarən onların yeni missiyasının – gələcəyin səfirləri olduğunu bildirib. Çıxışında təhsil və elm naziri K.Vılçev olimpiada iştirakçılarının gələcəkdə əldə edəcəyi nailiyyətlərin təkcə komputerlər üçün xüsusi proqramlar deyil, cəmiyyətin gələcəyinin inkişafı ilə bağlı olacağını əlavə edib.

Olimpiadada Azərbaycan, Bolqarıstan, Rusiya, Belçika, Ukrayna, Gürcüstan, Macarıstan, Polşa, Yunanıstan, Kipr, Fransa, Estoniya, Sloveniya, Rumıniya, Bosniya və Herseqovina, Serbiya, Xorvatiya, Makedoniya, Latviya, Litva və Moldovadan olmaqla, 22 ölkədən 89 şagird iştirak edib.

Olimpiadada ölkəmizi Abutalıb Namazov (Fizika, Riyaziyyat və İnformatika təmayüllü lisey), Hüseyn Hacıyev (Bakı Avropa liseyi), Murad Eynizadə (Lənkəran şəhər 4 saylı orta məktəb), Əziz Hüseynov (Gəncə şəhər 26 saylı orta məktəb) təmsil ediblər.

Yarışların ilk günündə iştirakçılar 4 saat ərzində 3 suala cavab tapmalı idilər. Bu mərhələdə maksimum xal 300 idi. Olimpiada çərçivəsində iştirakçılar informasiya texnologiyaları sahəsində biliklərini nümayiş etdirməklə yanaşı, tədbirin proqramına uyğun olaraq Plovdiv şəhərinə səfər edərək şəhərin tarixi və mədəni irsini kəşf etmək imkanı əldə ediblər.

Bağlanış mərasimində qaliblər arasında mükafatlar paylanılıb və növbəti Avropa Gənclər Olimpiadasına ev sahibliyi edəcək ölkə elan edilib. Mərasimdə 8 iştirakçı qızıl, 15 iştirakçı gümüş və 22 iştirakçı bürünc medala layiq görülüb. Komandamızın üzvü, Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseyin 9-cu sinif şagirdi Abutalıb Namazov ölkəmizi layiqincə təmsil edərək olimpiadanın bürünc medalına layiq görülüb.

Sofiyaya səfər çərçivəsində Azərbaycanın Bolqarıstandakı səfirliyində olimpiadada ölkəmizi təmsil edən komandanın üzvləri ilə görüş keçirilib. Səfir Nərgiz Qurbanova səfirliyin fəaliyyəti, Azərbaycan-Bolqarıstan münasibətləri barədə məlumat verərək şagirdlərin olimpiadada iştirak, ölkə ilə bağlı təəssüratları ilə maraqlanıb. Səfir həmçinin, ölkələr arasında təhsil sahəsində əməkdaşlıqdan bəhs edərək bu əməkdaşlıq üçün geniş potensialın olduğunu bildirib.

Xeberler.az

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert:Məktəblimiz beynəlxalq informatika olimpiadasında gümüş medal qazanıb

Ekspert:Məktəblimiz beynəlxalq informatika olimpiadasında gümüş medal qazanıb

26-09-2022
Azercellin dəstəyi ilə məktəblilər ilin ilk uğuruna imza atıb

Azercellin dəstəyi ilə məktəblilər ilin ilk uğuruna imza atıb

17-01-2020
Azercell-in dəstəklədiyi məktəblilər İnformatika üzrə beynəlxalq bilik yarışmasında uğurla çıxış ediblər

Azercell-in dəstəklədiyi məktəblilər İnformatika üzrə beynəlxalq bilik yarışmasında uğurla çıxış ediblər

18-01-2024
Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycanın növbəti uğuru

Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycanın növbəti uğuru

01-08-2023
İnformatika olimpiadasında ölkəmizi təmsil edəcək komandalar seçilib

İnformatika olimpiadasında ölkəmizi təmsil edəcək komandalar seçilib

15-06-2019
Azercell-in İT sahəsində dəstəklədiyi gənclər ölkəmizə dörd medal qazandırıblar

Azercell-in İT sahəsində dəstəklədiyi gənclər ölkəmizə dörd medal qazandırıblar

29-04-2026
Məktəblilərimizdən Avropa İnformatika Olimpiadasında növbəti uğurlu nəticə

Məktəblilərimizdən Avropa İnformatika Olimpiadasında növbəti uğurlu nəticə

07-10-2022
Ölkəmiz beynəlxalq İnformatika Olimpiadasında uğur qazanıb

Ölkəmiz beynəlxalq İnformatika Olimpiadasında uğur qazanıb

21-06-2017
İnformatika fənninin qəhrəmanları Azərbaycana növbəti uğurlar qazandırıb

İnformatika fənninin qəhrəmanları Azərbaycana növbəti uğurlar qazandırıb

02-03-2022
“Azercell”in dəstəyi ilə olimpiadalara hazırlaşan məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında uğur qazandılar

“Azercell”in dəstəyi ilə olimpiadalara hazırlaşan məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında uğur qazandılar

08-09-2023
Azercell-in dəstəklədiyi komanda Avropa Qızlar İnformatika Olimpiadasında uğur qazanıb

Azercell-in dəstəklədiyi komanda Avropa Qızlar İnformatika Olimpiadasında uğur qazanıb

24-07-2025
Azərbaycan məktəbliləri beynəlxalq olimpiadada yüksək nəticələr nümayiş etdirməyə davam edirlər

Azərbaycan məktəbliləri beynəlxalq olimpiadada yüksək nəticələr nümayiş etdirməyə davam edirlər

17-12-2021
Məktəblilərimiz beynəlxalq İnformatika Olimpiadasında qələbə qazanıb

Məktəblilərimiz beynəlxalq İnformatika Olimpiadasında qələbə qazanıb

26-10-2022
Beynəlxalq İnformatika Olimpiadasında növbəti uğurumuz!

Beynəlxalq İnformatika Olimpiadasında növbəti uğurumuz!

18-08-2022
“Azercell” Beynəlxalq İnformatika olimpiadasında uğur qazanan şagirdlərə hədiyyələr verib

“Azercell” Beynəlxalq İnformatika olimpiadasında uğur qazanan şagirdlərə hədiyyələr verib

13-02-2021
Azercell-in dəstəklədiyi məktəblilər ölkəmizə medal qazandırdılar

Azercell-in dəstəklədiyi məktəblilər ölkəmizə medal qazandırdılar

22-02-2024
Azercell-in dəstəklədiyi gənclərdən növbəti beynəlxalq uğur

Azercell-in dəstəklədiyi gənclərdən növbəti beynəlxalq uğur

05-09-2025
İnformatika üzrə növbəti qızıl və bürünc medallar!

İnformatika üzrə növbəti qızıl və bürünc medallar!

10-09-2022
"Azercell"in dəstəklədiyi şagirdlər beynəlxalq bilik yarışmasında uğur qazanıb

"Azercell"in dəstəklədiyi şagirdlər beynəlxalq bilik yarışmasında uğur qazanıb

23-02-2022
ADA Universiteti Beynəlxalq İnformatika Olimpiadasında yarışan milli komandamızın  iştirakını dəstəkləyib

ADA Universiteti Beynəlxalq İnformatika Olimpiadasında yarışan milli komandamızın iştirakını dəstəkləyib

02-07-2021
Azərbaycan məktəbliləri 32-ci Beynəlxalq İnformatika Olimpiadasında 3 medal qazanıblar

Azərbaycan məktəbliləri 32-ci Beynəlxalq İnformatika Olimpiadasında 3 medal qazanıblar

23-09-2020
 Məktəblilərimiz beynəlxalq Riyaziyyat Olimpiadasında uğur qazanıb

Məktəblilərimiz beynəlxalq Riyaziyyat Olimpiadasında uğur qazanıb

24-07-2017
Azercell-in dəstəyi ilə məktəblilərimiz  EGOI 2026-da iki medal qazanıblar

Azercell-in dəstəyi ilə məktəblilərimiz EGOI 2026-da iki medal qazanıblar

22-05-2026
Azercell-in dəstəklədiyi milli komanda Yeniyetmələrin Avropa İnformatika Olimipadasından nailiyyətlə vətənə dönüb

Azercell-in dəstəklədiyi milli komanda Yeniyetmələrin Avropa İnformatika Olimipadasından nailiyyətlə vətənə dönüb

22-09-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə