Yanvarın 23-də xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə daha bir görüş Hava Nəqliyyatında Baş Gömrük İdarəsində təşkil edilib.
Xeberler.az-ın məlumatına görə, görüşün keçirilməsində əsas məqsəd sahibkarları “Şəxsi hesab vərəqəsi” elektron xidməti haqqında geniş məlumatlandırmaq olub.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinin birinci müavini Anar Cahangirov çıxış edərək “Şəxsi hesab vərəqəsi” elektron xidmətin əhəmiyyətindən danışıb, pilot variantda istifadəyə verilən yeni elektron xidmətin biznes fəaliyyətinin daha səmərəli təşkilinə töhfə verəcəyini diqqətə çatdırıb.
Daha sonra Dövlət Gömrük Komitəsi Gömrük Ödənişləri İdarəsinin rəisi Tariyel Alverdiyev son dövrlərdə Komitə tərəfindən tətbiq edilən yeni layihələr və “Şəxsi hesab vərəqəsi” elektron xidməti ilə bağlı geniş təqdimatla çıxış edib. Qeyd edilib ki, “Şəxsi hesab vərəqəsi” elektron xidməti idxal-ixrac əməliyyatları zamanı gömrük bəyannamələri üzrə hesablamaların, gömrük və digər ödənişlərin uçotunun vahid platforma üzərindən reallaşdırılmasına, maliyyə-uçot sisteminin düzgün qurulmasına imkan verir.
Tədbirdə “Şəxsi hesab vərəqəsi” elektron xidməti ilə bağlı videoçarxlar da nümayiş etdirilib. Dövlət Gömrük Komitəsinin əməkdaşları sözügedən elektron xidmətindən istifadə qaydalarını canlı olaraq izah ediblər.
Görüşün sonunda sahibkarların və gömrük təmsilçilərinin fikir və rəyləri öyrənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri