Previous Next
Bağla

Şamaxıda Praktiki mühəndislik və liderlik dərnəkləri təşkil edilib

24-01-2019 10:11
Şamaxıda Praktiki mühəndislik və liderlik dərnəkləri təşkil edilib

Şamaxı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə təşkilatçılığı iləAzərbaycan Robotexnika Mühəndisliyi Akademiyası (AREA) tərəfindən Şamaxıda “Praktiki mühəndislik və liderlik” təlimləri təşkil edilib. Şamaxı İncəsənət Təhsili Mərkəzində keçirilən təqdimat mərasimində rayon təhsil müəssisələrinin tələbə, şagird və müəllim heyəti iştirak edib.

Xeberler.az  bildirir ki, tədbirdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnforfasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov bildirib ki, “Robopark” layihəsi çərçivəsində indiyədək Bakı şəhərində tədbirlər keçirilib, regionlarda isə ilk dəfə olaraq Şamaxı şəhərində belə bir təlim təşkil olunur.

BMT-nin İnkişaf Proqramının layihə meneceri Vasif Məmmədov gənclərin müasir texnologiya sahəsində əldə etdiyi biliklərin onların gələcək hazırlığında mühüm rol oynayacağını qeyd edib. Müvafiq təlimlər çərçivəsində robotexnika, dron texnologiyaları, mürəkkəb kodlaşdırma, informatika və proqramlaşdırma sahəsində məşğələlərin təşkil olunması nəzərdə tutulub.

Tədbirdə təqdimatla çıxış edən Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının mütəxəssisləri akademiya tərəfindən həyata keçirilən layihələr barədə ətraflı məlumat veriblər. Bildirilib ki, məşğələlər, əsasən, 8-16 yaş aralığında uşaqları əhatə edəcək.

Məlumat verilib ki, 4 ay ərzində davam edəcək “Mən Pilotam” təlimi (dronların öyrənilməsi, yığılması, test edilməsi) isə 8-12 yaş məktəblilərə dron texnologiyalarını öyrənmək və əyləncəli vaxt keçirmək imkanı yaradacaq.  “AREAduino” təlimlərinin (mürəkkəb kodlama, “Arduino” platforması ilə işləmə və “Əşyalar interneti” texnologiyaları)  müddəti isə 6 aydır. Belə ki, valideynlər də öz övladları ilə birlikdə bu təlimə qoşula bilərlər. 13-35 yaş aralığında hər kəs sözügedən təlimlərdə iştirak edə bilər.

Qeyd edək ki, təlim yaş kateqoriyaları üzrə müxtəlif qruplarda keçirilir. Bütün bu təlimlər zamanı iştirakçılar üçün təkcə dərs deyil, onların inkişafı üçün müxtəlif intellektual oyunlar və müsabiqələr də təşkil ediləcək. Həmçinin, Şamaxı məktəblilərinə tədris olunacaq “Yapon mühəndisliyi (GENESİS)” proqramı haqqında məlumat verilərək bildirilib ki, bu kurs 8-13 yaş uşaqlar üçün 3 istiqamətdə tədris olunur. Məlumat verilib ki, proqram yapon texnologiyası təhsil sistemi əsasında hazırlanmış modullardan ibarətdir. Buraya 3D texnologiyalarının tədrisi daxildir.

Məşğələ iştirakçıları sadəcə təməl dizayn alətlərindən istifadə edərək robotik və texnoloji məhsullar dizayn etməyi öyrənir. 7 aylıq tədris müddəti iştirakçılara problemlərə öz kreativ həllərini tapmağa, əl bacarıqlarını inkişaf etdirməyə kömək edir.

Seminar çərçivəsində  təlimçilər tərəfindən “Yapon mühəndisliyi”, “Dronlar” və “AREAduino” ilə bağlı müxtəlif maraqlı təqdimatlar da keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin Şamaxı filialında “Proqramlaşdırma və Kodlaşdırma” mövzusunda distant təlim təşkil olunub. Diqqətə çatdırılıb ki, bu seminarlarda davamlı olaraq iştirak edən tələbələr, müəyyən biliklər əldə etdikdən sonra öz rayonlarında azyaşlı uşaqlara yuxarıda qeyd edilən istiqamətlər üzrə təlimlər keçmək imkanı əldə edəcəklər və gələcəkdə müvafiq tədbirlərdə fəal iştirak edəcəklər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Robot və dronların yürüşü adlı seminar keçirilib

26-11-2018

Nazirlik şəhid hərbçilərin övladlarını sevindirdi

27-06-2019

Şamaxıda Kod saatı layihəsi təqdim edilib

28-12-2018

Azərbaycanda İKT-də qızlar gününə dair tədbir keçirilib

26-04-2019

Naxçıvandakı yeni STEAM Təlim-Tədris Mərkəzi-FOTO

07-03-2023

Gənc qızların texnologiya sahəsi üzrə maarifləndirilməsinə dair müzakirələr aparılıb

24-04-2021

Digital Girls – Milli Təlim Proqramı layihəsinə start verilib

19-12-2019

İKT ilə bağlı böyük sosial layihə başladı

22-09-2017

İnnovasiya həftəsi çərçivəsində Roboday festivalı təşkil olunub

19-10-2019

İnnocamp innovasiya yay düşərgəsi başa çatıb

01-09-2019

Azərbaycan Ordusunun zəfərlərini tərənnüm etmək məqsədilə təlimlər keçiriləcək

08-10-2020

Regionlarda ödənişsiz İT təlimləri keçiriləcək

12-01-2022

Elektron hesablaşmaların idarə olunması mövzusunda təlim keçirilib

28-11-2018

Gəncədə İT üzrə təlimlər keçirilib

27-04-2018

Azercell Təhlükəsiz internet təlimin keçirilməsinə dəstək oldu

21-01-2020

Şamaxıda ilk dəfə DigiGirlz konfransı keçirilib

28-12-2018

İKT təlimlər başlayıb

26-10-2017

Ölkəmizdə ilk dəfə “Creative Solution Go” olimpiadası keçirilib

18-12-2020

İnnocamp innovasiya yay düşərgəsinə hazırlıqlar başlayıb

27-08-2019

III Robot Olimpiadasının qalibləri müəyyənləşib

08-06-2019

Qadınların İKT bacarıqlarının inkişafı ilə bağlı təlimlər keçiriləcək

09-07-2019

“Yol hərəkəti təhlükəsizliyi” təliminin iştirakçılarına sertifikatlar təqdim olunub

25-07-2022

Rəqəmsal bacarıqlar layihəsi çərçivəsində ixtisasartırma təlimi

20-11-2018

Regionlarda informasiya texnologiyaları üzrə təlimçilərin hazırlığına start verilir

07-09-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə