Samsung telefonu otel işçisinin cibində partladı

06-10-2017 / 12:51

İndoneziyada otellərdən birinin əməkdaşının köynəyin döş cibinə qoyduğu Samsung markalı telefon partlayıb.

Xeberler.az bildirir ki, bu barədə polis nümayəndələrinə istinadən yerli KİV yazıb.

Müşahidə kamerasından əldə edilən görüntülərə görə, kişi telefon partlamamışdan bir neçə saniyə əvvəl ona toxunub, ardınca isə işartı olub. Kişinin köynəyi yanmağa başlayıb.

Bununla belə indoneziyalı köynəyini cəld əynindən çıxarıb və bu onu ciddi yanıq xəsarətləri almaqdan xilas edib.

Polis faktla bağlı araşdırma aparır.

İndoneziyalının cibində Samsung Grand Duos olub.( Report)

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə