Previous Next
Bağla

ScienceDirect  elmi-məlumat bazasının təqdimatı keçirilib

29-04-2025 16:48
ScienceDirect  elmi-məlumat  bazasının təqdimatı keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) dünyanın aparıcı elmi nəşriyyat və informasiya təchizatçılarından biri olan “Informascope” şirkətinin Türkiyədə elektron bazalar üzrə satış müdiri Ümid Yonterlə görüş keçirilib.

Xeberler.az bildirir ki, tədbirdə AMEA-nın elmi tədqiqat institutlarının kitabxana rəhbərləri, Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin və Mərkəzi Elmi Kitabxananın əməkdaşları iştirak ediblər. Görüşdə alim və mütəxəssislər üçün dəyərli informasiya mənbəyi olan ScienceDirect bazasının imkanları və digər beynəlxalq bazalarla müqayisədə üstünlükləri müzakirə olunub.

Mərkəzi Elmi Kitabxananın direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov çıxışında Azərbaycan alimlərinin elmi nəticələrinin beynəlxalq elmi ictimaiyyətə çıxarılması baxımından elmmetrik və tammətnli elmi məlumat bazalarla əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, Ankara və İstanbula ezamiyyəti zamanı yaradılan əlaqələrin nəticəsi olaraq “Informascope” nümayəndəsinin Bakıya dəvət edildiyini bildirib.

Direktor, həmçinin, MEK-də elektron kataloqların inkişafı və AMEA-nın institutlarında beynəlxalq miqyasda istifadə olunan “Koha” Kitabxana İnformasiya İdarəetmə Sisteminin tətbiqi perspektivlərindən bəhs edib.

Daha sonra “Elsevier” nəşr evinin təmsilçisi Ümid Yonter təqdimatla çıxış edib. O, ScienceDirect bazasının abunəlik şərtləri, funksionallığı və təqdim etdiyi resurslar barədə ətraflı məlumat verib. Bildirilib ki, “Elsevier” ötən il 720 min məqalə dərc edib ki, bu da qlobal elmi məqalələrin 17%-dən çoxunu və sitatların 29%-ni təşkil edir. Bazada, həmçinin, 50 minə yaxın elektron kitab yer alır. Şirkət 180-dən çox ölkədə akademik və hökumət institutlarına, tədqiqat mərkəzlərinə, səhiyyə qurumlarına və tələbələrə xidmət göstərir. Bazada, o cümlədən ən son səhiyyə məlumatları və anlayışlarına dair 1,700 klinik icmal və 99,000 tibbi video yer alıb.

Görüş zamanı “ScienceDirect” bazasında effektiv axtarış və təhlil üsulları nümayiş etdirilib və platformanın yeni süni intellekt modulu da təqdim olunub.

Tədbir müddəti iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

MEK “Elsevier”in beynəlxalq elektron bazasına abunəliyi həyata keçirir

29-05-2025

MEK-in növbəti “Vikipediya” təlimləri yekunlaşıb

11-12-2025

Azərbaycanla bağlı məlumatlar “Milli rəqəmsal yaddaş” bazasına daxil ediləcək

15-05-2014

Elektron elmi-intellektual bazanın yaradılması müzakirə edilib

29-02-2016

MEK-də Hiperkitap rəqəmsal verilənlər bazasına əlçatanlıq təmin edilib

15-01-2026

MEK-də elektron kitabxana və rəqəmsal xidmətlər genişləndirilib

15-12-2025

Mərkəzi Elmi Kitabxanada İT-dən istifadə genişləndirilir

12-01-2016

AMEA-da Elektron akademiya şöbəsinin prioritetləri təsdiqlənib

15-02-2023

“AMEA-da elektron kitabxana yeni mərhələdə” adlı təqdimat mərasimi keçirilib

26-09-2024

AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru işdən çıxarılıb

05-03-2020

“Kitabxanada elektron kataloqların yaradılması işi başa çatmaq üzrədir”

14-10-2015

AMEA-da elektron elmin inkişafı problemləri: gələcəyə baxış

16-03-2023

Elektron Akademiya şöbəsinin müdiri MEK-in vikipediyaçıları ilə görüşüb

26-01-2023

Türkiyənin müasir elektron resursları adlı seminar keçirilib

06-11-2019

Kitabların elektron təqdimatı keçirilib

28-09-2015

BDU-da “Elsevier”in nümayəndəsi ilə görüş keçirilib

21-08-2025

BDU-da “Elsevier” ilə əməkdaşlıq imkanları müzakirə olunub

13-08-2025

Mərkəzi Elmi Kitabxananın saytı yenilənəcək

09-02-2017

MEK EBSCO elektron məlumat bazasını oxucuların istifadəsinə verib

29-10-2018

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər jurnalının ilk buraxılışı hazırlanır

23-11-2018

Azərbaycan bu xarici şirkətlə texnoloji layihələr hazırlayacaq

25-04-2018

Rəqəmsal kitabxanalar mövzusunda tədbir keçirilib

22-05-2019

Mərkəzi Elmi Kitabxana Vahid Qeydiyyat Sisteminin yenilikləri ilə bağlı təlim keçirib

22-11-2018

Elmi tədqiqat müəssisələrində elektron xidmətlər şəbəkəsi yaradıla bilər

04-04-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə