Previous Next
Bağla

Sosial mediada uşaqları təhlükələrdən necə qorumalı?

20-02-2017 12:46
Sosial mediada uşaqları təhlükələrdən necə qorumalı?

Kaspersky Lab şirkətinin təqdim etdiyi statistikaya əsasən, Azərbaycanda uşaqların internetdə arzuolunmaz fəaliyyətinin 75%-i sosial şəbəkələrin üstünlük təşkil etdiyi ünsiyyət vasitələrinin payına düşür.

Azərbaycanlı gənclər sosial şəbəkələrin ən aktiv istifadəçilərindəndir

Dünyada isə bu göstərici orta hesabla 63% təşkil edir, bu isə o deməkdir ki, azərbaycanlı gənclər sosial şəbəkələrin ən aktiv istifadəçilərindəndir. Lakin, məhz burada onları ən çox təhlükələr gözləyir.

Xeberler.az şirkətə istinadən məlumat verir ki, ekspertlər sosial şəbəkələrlə bağlı bir neçə əsas təhlükəni qeyd ediblər.

Məsələn, uşaqlar təsadüfən və ya bilərəkdən böyüklər üçün nəzərdə tutulmuş kontentlə rastlaşa bilərlər. Əslində isə söhbət sadəcə erotika və pornoqrafiyadan getmir, bu, həm narkotik vasitələr haqqında məlumat, sui-qəsd, həmçinin zorakılıq və silahlı səhnələr ola bilər.

Digər təhlükə isə uşaqların real dünya ilə müqayisədə sosial şəbəkələrdə daha asan ünsiyyətə girdikləri yad insanlardır. Kaspersky Lab şirkətinin araşdırması göstərib ki, 14-16 yaşlı yeniyetmənin dostluq siyahısında orta hesabla 47 nəfər olur ki, onlardan cəmi 25-i real həyatda şəxsən tanıdıqları insanlardır. Bu cür hallarda ekranın digər tərəfində kimin olduğunu təxmin etmək çətindir – bu müasir yeniyetmədir və ya pis niyyətli yaşlı şəxs?

Cinayətkar yeniyetmələrin harada olduğunu asanlıqla tapa bilir

Vəziyyəti daha da çətinləşdirən məqam isə yeniyetmələrin sosial şəbəkələrdə tez-tez öz ünvan və ya oxuduqları məktəbin nömrələrini, getdikləri məkanları paylaşmalarıdır ki, bu faktı sorğuda iştirak edənlərin 55%-i təsdiq edib. Bu növ informasiya cinayətkara onları real həyatda asanlıqla tapmağa imkan yaradır.

 Elektron ünsiyyət bəzən təhqirlərə və hətta təcavüzlərə də yol açır

Bundan başqa, son zamanlar uşaqlar kiberfırıldaqçılıqla daha tez-tez rastlaşmağa başlayıblar – elektron ünsiyyət bəzən təhqirlərə və hətta təcavüzlərə də yol açır.

Bəs sosial şəbəkələrdə övladınızın başına bir şeyin gəlib-gəlmədiyini necə yoxlamaq olar? Kaspersky Lab şirkətinin mütəxəssisləri bir neçə başlıca əlaməti diqqətinizə çatdırır: səbəbsiz yerə qəfil əhval-ruhiyə dəyişikliyi; rəqəmsal cihazlardan və internetdən istifadə üslubunun dəyişilməsi (məsələn, uşaq gecə yarısı internetə daxil olmaq üçün oyanır); sosial şəbəkələrdə dostların sayının qəfil azalması və ya artması; böyük yaş fərqi olan “dostların” üzə çıxması; uşağın səhifəsində xoşagəlməz fotor və mesajların olması; sosial şəbəkələrdəki hesabların bağlanması.

Qeyd edilib ki, bu əlamətlərin hər biri mütləq şəkildə təhlükəli hesab olunmaya bilər, lakin bu kimi əlamətlərin biri və ya bir neçəsi ilə rastlaşırsınızsa, övladınızın virtual aləminə diqqət yetirməniz vacibdir.

Uşaqları bu təhlükələrdən necə qorumalı?

Uşaqları sosial şəbəkələrdəki təhlükələrdən qorumaq üçün Kaspersky Lab şirkətinin ekspertləri valideynlərin onlarla daim ünsiyyətdə olmalarını və internetdən düzgün istifadə etmələri barədə məlumatlandırmalıdırlar.

Cinayətkarlar tərəfindən istifadə oluna biləcək çox sayda şəxsi məlumat yerləşdirmək tövsiyə olunmur. Silah, narkotik maddələr, sui-qəsd kimi kontenti olan qruplara daxil olmaq düzgün deyil. Yad ünvanlardan göndərilən keçidlərə daxil olmaq arzuolunmazdır: cəlbedici təkliflər viruslu səhifələrə apara bilər. Son olaraq, yeniyetməyə anlatmaq lazımdır ki, dostluq siyahısında sadəcə şəxsən tanıdığı insanlar olmalıdır.

"Azərbayancanda xüsusi müdafiə həllərindən istifadə etməyi tövsiyə edirik"

“Sosial şəbəkələr sadəcə ünsiyyət vasitəsi deyil, həm də paralel reallıqdır. Lakin məhz orada uşaqlar internetdə rastlaşa biləcəkləri ən böyük təhlükə ilə üzləşirlər. Bu gün müasir valideynlərin əsas vəzifələrindən biri uşaqlara nə edə biləcəklərini, nəyin düzgün olmadığını və onları hansı təhlükələrin gözlədiyini başa salmaqdır. Lakin böyüklər hər zaman uşaqların yanında ola bilmirlər, buna görə də biz xüsusi müdafiə həllərindən istifadə etməyi tövsiyə edirik”, – deyə Kaspersky Lab şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

İnternetdə uşaqların təhlükəsizliyini təmin etmək məqsədilə Kaspersky Lab şirkətinin təqdim etdiyi həllər arasında Kaspersky Safe Kids adlı xüsusi proqram və bütün cihazlar üçün Kaspersky Internet Security proqramında “Valideyn nəzarəti” funskiyası mövcuddur.

Bu proqramlar valideynləri uşaqların internetdə nə ilə məşğul olduqları, orada nə qədər vaxt keçirdikləri barədə məlumatlandırır, o cümlədən onların smartfonlarına daxil olan zəng və SMS-lər barədə bildiriş almaq və geolokasiya funksiyasına əsasən olduğu yeri müəyyən etməyə imkan verir.

İnternetdə uşaqları gözləyən təhlükələr və onlardan müdafiə üsulları haqqında daha ətraflı məlumatla buradan tanış ola bilərsiniz.

* “Kaspersky Security Network” bulud xidmətinin statistikası. Azərbaycanda “Valideyn nəzarəti” funksiyası aktiv olan kompüterlərdə potensial təhlükəli internet resurslara giriş. 2016-cı ilin yanvar ayından 2017-ci ilin yanvar ayınadək olan ortalama göstərici.

 ** “İnternet əsrində uşaqları böyütmək” adlı araşdırma “Kaspersky Lab” şirkəti üçün xüsusi olaraq “IconKids&Youth” təşkilatı tərəfindən 2016-cı ildə keçirilib. Sorğuda Rusiya, ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İspaniya, İtaliyadan 8-16 yaşlı uşağı olan 3780 ailə (hər ailədən bir uşaq və bir valideyn) iştirak edib.

 

 

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
 “Valideynlər övladını kibertəhlükədən qorumur”

“Valideynlər övladını kibertəhlükədən qorumur”

15-11-2016
Kaspersky Lab uşaqlar üçün yeni xidmət istifadəyə verib

Kaspersky Lab uşaqlar üçün yeni xidmət istifadəyə verib

29-07-2016
Şagirdləri internetdə zərərli məlumatlardan necə qorumaq olar?

Şagirdləri internetdə zərərli məlumatlardan necə qorumaq olar?

15-09-2016
Kaspersky Lab Azərbaycanda Yeni il tətilində uşaqların internetdə nə axtardıqlarını müəyyənləşdirib

Kaspersky Lab Azərbaycanda Yeni il tətilində uşaqların internetdə nə axtardıqlarını müəyyənləşdirib

04-02-2019
Kaspersky: valideynlər uşaqları ilə internet təhlükəsizliyi qaydalarını müzakirə edib

Kaspersky: valideynlər uşaqları ilə internet təhlükəsizliyi qaydalarını müzakirə edib

20-02-2020
Kaspersky: Valideynlər internetdən istifadədə özlərinə nəzarət etmir

Kaspersky: Valideynlər internetdən istifadədə özlərinə nəzarət etmir

24-10-2019
Kaspersky Lab şirkəti uşaqların bu yay nə ilə maraqlandıqlarını araşdırıb

Kaspersky Lab şirkəti uşaqların bu yay nə ilə maraqlandıqlarını araşdırıb

03-09-2018
“Kaspersky” "Təhlükəsiz internet" mövzusunda seminar keçirib

“Kaspersky” "Təhlükəsiz internet" mövzusunda seminar keçirib

06-03-2020
Uşaqların narkotik saytlara marağı artıb- Reytinq cədvəli

Uşaqların narkotik saytlara marağı artıb- Reytinq cədvəli

02-06-2017
Kaspersky: Valideynlərin dörddə biri yeni doğulmuş körpələrə qadjet verir

Kaspersky: Valideynlərin dörddə biri yeni doğulmuş körpələrə qadjet verir

17-01-2020
Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019
Azərbaycanlı uşaqlar ən çox əyləncəli multimedianı seçir

Azərbaycanlı uşaqlar ən çox əyləncəli multimedianı seçir

04-06-2019
Şəbəkə uşaq oyuncağı deyil: uşağı internetdə necə qorumalı

Şəbəkə uşaq oyuncağı deyil: uşağı internetdə necə qorumalı

26-08-2022
Kaspersky Lab uşaqların internet maraqlarını  araşdırıb

Kaspersky Lab uşaqların internet maraqlarını  araşdırıb

13-09-2019
Hansı aylarda maliyyə kiberhücumları daha çox olur?

Hansı aylarda maliyyə kiberhücumları daha çox olur?

28-11-2016
Uşaqları internetdəki təhlükələrdən necə qorumalı?

Uşaqları internetdəki təhlükələrdən necə qorumalı?

01-02-2017
Azərbaycanda hansı sosial şəbəkələrin daha çox populyar olduğu müəyyənləşdirilib

Azərbaycanda hansı sosial şəbəkələrin daha çox populyar olduğu müəyyənləşdirilib

19-12-2018
Yaşlı nəsil kibercinayətkarların qurbanı olur- Araşdırma

Yaşlı nəsil kibercinayətkarların qurbanı olur- Araşdırma

30-09-2016
Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019
Uşaqların internet dünyası araşdırıldı

Uşaqların internet dünyası araşdırıldı

07-07-2018
Kaspersk Azərbacanda uşaqların əsasən hansı saytlara girdikləri araşdırıb

Kaspersk Azərbacanda uşaqların əsasən hansı saytlara girdikləri araşdırıb

08-09-2021
Kaspersky: istifadəçilər sosial mediada hər gün orta hesabla saat yarım vaxt keçirir

Kaspersky: istifadəçilər sosial mediada hər gün orta hesabla saat yarım vaxt keçirir

08-10-2021
Kaspersky və Skill Cup uşaqların onlayn təhlükəsizliyi üzrə mobil kursa başlayıb

Kaspersky və Skill Cup uşaqların onlayn təhlükəsizliyi üzrə mobil kursa başlayıb

30-06-2021
Azərbaycanda uşaqların təxminən üçdə biri hər gün video oyun oynayır

Azərbaycanda uşaqların təxminən üçdə biri hər gün video oyun oynayır

19-05-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə