Previous Next
Bağla

Kaspersky Lab Azərbaycanda Yeni il tətilində uşaqların internetdə nə axtardıqlarını müəyyənləşdirib

04-02-2019 11:00
Kaspersky Lab Azərbaycanda Yeni il tətilində uşaqların internetdə nə axtardıqlarını müəyyənləşdirib

”Kaspersky Lab” şirkəti müəyyən edib ki, Yeni il bayramı tətilində Azərbaycanda uşaqlar aktiv olaraq vaxtlarını internetdə musiqiyə qulaq asaraq və kino və videoçarxlara baxaraq keçiriblər. Şirkətin anonim statistikasına* əsasən, dekabrın sonunda – yanvarın əvvəlində Azərbaycanda multimedia məzmunlu saytların payına uşaqların internetdə bütün fəallıqlarının 46%-i düşüb. Axtarış sorğularının qəti lideri “YouTube” olaraq qalıb. Striminq xidmətlərindən isə gənc istifadəçilər “Spotify” və “Netflix”ə üstünlük veriblər.

Xeberler.az   bildirir ki, eyni vaxtda böyüyən nəslin internet-kommunikasiyalarına olan marağı da dəyişməz olaraq yüksək qalır. “Kaspersky Lab”ın məlumatına görə, Azərbaycanda sosial şəbəkələrin və messencerlərin uşaqların ümumi şəbəkədə aktivliyindəki payı 23% təşkil edib. Gənc istifadəçilər arasında ən populyar sosial şəbəkə “Facebook” olaraq qalmaqdadır. Şəbəkədə multimedia əyləncələri və ünsiyyətdən başqa uşaqlar kompüter oyunlarına da çox vaxt ayırıblar. “Kaspersky Lab”ın mütəxəssislərinin hesablamalarına görə, sözügedən dövr ərzində Azərbaycanda uşaqların şəbəkədəki aktivliyində bu kateqoriyanın payı təxminən 10% təşkil edib.

Bir qədər az, lakin nəzərə çarpacaq dərəcədə fəallıqla uşaqlar onlayn alış-verişlə məşğul olublar – elektron ticarət saytlarının payına uşaqların internetdə aktivliklərinin 5%-i düşüb. Axtarış sorğuları onu da göstərib ki, hesabat dövründə uşaqlar internetdə elektronika dükanlarını (məsələn, Maxi.az) və universal alış-veriş saytlarını da fəal arayıb (əsasən, “AliExpress”). Bununla yanaşı uşaqlar Tap.az pulsuz elanlar saytını da fəal olaraq sorğulayıb. İngilis dilində daxil edilən axtarış sorğuları arasında isə “Amazon” və “eBay” kimi nəhəng onlayn-riteylerlər
lider mövqedə olub.

Eyni zamanda qış tətili ərzində uşaqlar tərəfindən arzuolunmaz saytlara, əsasən də pornoqrafiya məzmunlu resurslara 6%-lik daxilolma cəhdi qeydə alınıb. Müqayisə üçün: Azərbaycanda qış tətilində gənc istifadəçilərin daxil olduqları saytların 4%-i xəbər saytları olub.

“Müasir uşaqlar özlərini internetdə təbii və sərbəst hiss edirlər – bu, onlar üçün real aləm kimi gerçəkdir. Bu səbəbdən onların şəbəkədə çox vaxt keçirmələri və istədiklərini etmələri heç də təəccüblü deyil – ünsiyyət qurmaq, musiqiyə qulaq asmaq, alış-veriş etmək. Buna görə valideynlər və ya digər böyüklər, məsələn, müəllimlər, uşaqları internetdə müxtəlif təhlükələrdən müdafiəyə diqqətlə yanaşmalıdırlar. Lakin yalnız müdafiə həllinin quraşdırılması ilə problemi aradan qaldırmaq mümkün deyil. Əlbəttə, texnologiyalar uşağı bir çox kibertəhdiddən müdafiə edəcək. Amma uşaqlara internetdə təhlükəsiz davranmağı, təhlükələri müəyyənləşdirməyi və onlardan yan keçməyi öyrətmək olduqca vacibdir. Uşaqların internetdə nəyin axtardıqlarını və onların hansı məzmunla rastlaşdığını dərk etmək bu məsələdə kömək edəcək”, - deyə “Kaspersky Lab” şirkətinin məzmun analizi üzrə eksperti Anna Larkina izah edir.

Uşaqlar üçün interneti həqiqətən təhlükəsiz etməkdə “Kaspersky Safe Kids” kömək edə bilər. “Kaspersky Lab”ın bu məhsulu bir çox aktual kibertəhdidləri tanıyır və blok edir – arzuolunmaz məzmunun filtrasiyasından potensial təhlükə yaradan yad adamlarla onlayn əlaqə yaratmağın qarşısının alınmasınadək. Bundan başqa, sözügedən həllin köməyi ilə valideynlər uşağın hansı məzmunla paylaşdığını, onların dostlar siyahısındakı dəyişiklikləri, həmçinin, real vaxt rejimində uşağın harada olması barədə xəbərdar ola biləcəklər.

Qeyd edək ki, məlumatlar “Kaspersky Lab”ın uşaqların onlayn-təhlükəsizliyi üçün proqram təminatının müdafiə komponentlərinin anonim statistikasına əsaslanır. Azərbaycan üzrə təqdim olunmuş bütün göstəricilər 2018-ci ilin dekabrın 22-dən 2019-cu ilin yanvarın 4-dək əldə edilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kaspersky Lab şirkəti uşaqların bu yay nə ilə maraqlandıqlarını araşdırıb

Kaspersky Lab şirkəti uşaqların bu yay nə ilə maraqlandıqlarını araşdırıb

03-09-2018
Kaspersky Lab uşaqların internet maraqlarını  araşdırıb

Kaspersky Lab uşaqların internet maraqlarını  araşdırıb

13-09-2019
 “Valideynlər övladını kibertəhlükədən qorumur”

“Valideynlər övladını kibertəhlükədən qorumur”

15-11-2016
Azərbaycanlı uşaqlar ən çox əyləncəli multimedianı seçir

Azərbaycanlı uşaqlar ən çox əyləncəli multimedianı seçir

04-06-2019
Kaspersky Lab uşaqlar üçün yeni xidmət istifadəyə verib

Kaspersky Lab uşaqlar üçün yeni xidmət istifadəyə verib

29-07-2016
Kaspersky: Valideynlərin dörddə biri yeni doğulmuş körpələrə qadjet verir

Kaspersky: Valideynlərin dörddə biri yeni doğulmuş körpələrə qadjet verir

17-01-2020
Kaspersky: valideynlər uşaqları ilə internet təhlükəsizliyi qaydalarını müzakirə edib

Kaspersky: valideynlər uşaqları ilə internet təhlükəsizliyi qaydalarını müzakirə edib

20-02-2020
Uşaqların internet dünyası araşdırıldı

Uşaqların internet dünyası araşdırıldı

07-07-2018
Uşaqların narkotik saytlara marağı artıb- Reytinq cədvəli

Uşaqların narkotik saytlara marağı artıb- Reytinq cədvəli

02-06-2017
Şagirdləri internetdə zərərli məlumatlardan necə qorumaq olar?

Şagirdləri internetdə zərərli məlumatlardan necə qorumaq olar?

15-09-2016
Sosial mediada uşaqları təhlükələrdən necə qorumalı?

Sosial mediada uşaqları təhlükələrdən necə qorumalı?

20-02-2017
Kaspersky: Valideynlər internetdən istifadədə özlərinə nəzarət etmir

Kaspersky: Valideynlər internetdən istifadədə özlərinə nəzarət etmir

24-10-2019
Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

24-01-2019
Valideynlər uşaqlarının hansı videolara baxdıqlarını  izləyə biləcəklər

Valideynlər uşaqlarının hansı videolara baxdıqlarını izləyə biləcəklər

01-06-2022
Kaspersky 2021-ci ilin payızında uşaqların hansı internet məzmunla maraqlandığını araşdırıb

Kaspersky 2021-ci ilin payızında uşaqların hansı internet məzmunla maraqlandığını araşdırıb

14-01-2022
“Kaspersky” "Təhlükəsiz internet" mövzusunda seminar keçirib

“Kaspersky” "Təhlükəsiz internet" mövzusunda seminar keçirib

06-03-2020
Azərbaycanda uşaqların təxminən üçdə biri hər gün video oyun oynayır

Azərbaycanda uşaqların təxminən üçdə biri hər gün video oyun oynayır

19-05-2020
Şəbəkə uşaq oyuncağı deyil: uşağı internetdə necə qorumalı

Şəbəkə uşaq oyuncağı deyil: uşağı internetdə necə qorumalı

26-08-2022
Kaspersky və Skill Cup uşaqların onlayn təhlükəsizliyi üzrə mobil kursa başlayıb

Kaspersky və Skill Cup uşaqların onlayn təhlükəsizliyi üzrə mobil kursa başlayıb

30-06-2021
Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

17-07-2018
Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019
Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı ekspress-informasiya nəşr edilib

Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı ekspress-informasiya nəşr edilib

09-02-2016
Azərbaycanda 2018-ci ildə hər beşinci istifadəçi maynerlərlə qarşılaşıb

Azərbaycanda 2018-ci ildə hər beşinci istifadəçi maynerlərlə qarşılaşıb

01-11-2018
Kaspersky Lab Bakıda tədbir keçirəcək

Kaspersky Lab Bakıda tədbir keçirəcək

28-02-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə