Previous Next
Bağla

Kaspersky: Valideynlərin dörddə biri yeni doğulmuş körpələrə qadjet verir

17-01-2020 17:04
Kaspersky: Valideynlərin dörddə biri yeni doğulmuş körpələrə qadjet verir

Azərbaycanda valideynlərin dörddə biri övladlarını hələ 2 yaşları tamamlanmamış ilk dəfə elektron qurğularla tanış edirlər. Bundan əlavə, valideynlərin 13%-i 1 yaşına qədər olan övladlarına rəqəmsal cihazlardan istifadə etməyə icazə verirlər. Bunu, 2019-cu ilin sonunda “Kaspersky” şirkəti tərəfindən Azərbaycanda aparılan araşdırmanın nəticələri deməyə əsas verir.

Xeberler.az bildirir ki, sorğunun nəticələrinə görə, valideynlər uşaqlarına qadjetləri təhsil və ya əyləncə məqsədləri ilə verirlər (müvafiq olaraq 37% və 35%). Hər 5 valideyndən biri (22%) isə uşağına smartfon və ya planşeti onu sakitləşdirmək üçün verir. Maraqlıdır ki, valideynlərin müəyyən faizi şəxsi işləri ilə məşğul olan zaman uşağın onlara mane olmaması üçün (9%) və ya valideynə lazım olan işlə məşğul olması üçün (7%) rəqəmsal texnologiyalar və ekranlardan istifadə edirlər. Lakin qadjetlərə ən çox səyahət zamanı tələb duyulur - azərbaycanlı valideynlərin 59%-i uşaqlarını yolda smartfonlar və planşetlərlə məşğul edirlər.

Valideynlər erkən yaşlarından uşaqlara qadjetdən istifadə etməyi icazə verirlər, sonra isə onların ekranın qarşısında və internetdə çox vaxt keçirmələrinə təəccüblənir və narahat olurlar. Azərbaycanda təxminən dörd ailədən birində (respondentlərin 27%) övladlarının rəqəmsal həyatı ilə bağlı hətta konfliktlər yaranır. Bu qarşıdurmaların böyük əksəriyyəti (respondentlərin 82% -i), uşağın qadjetlə çox vaxt keçirməsi səbəbindən baş verir. Digər 14% valideynlər isə övladları ilə onların sosial şəbəkələrdə oturmaqları və ya uzun müddət oyun oynamaqları səbəbindən mübahisə edirlər.

Uşaqların qadjetlə nə qədər vaxt keçirməsinə gəldikdə, sorğuda iştirak edən valideynlərin dörddə birinin müşahidələrinə görə, övladları gündə orta hesabla 1-2 saat rəqəmsal cihazlardan istifadə edirlər. Digər 17% respondent uşaqlarının gündə 3-4 saatını qadjetlə keçirdiklərini söyləyib. Demək olar ki, hər beşinci valideyn (19%) uşağının bütün boş vaxtını internetdə keçirdiyini bildirib.

Uşaqlar arasında qadjetlərin məşhurluğunu nəzərə alaraq, valideynlər təbii olaraq, onların internetdəki hərəkətlərinə nəzarət etməyə çalışırlar - respondentlərin 85%-i bu nəzarəti yerinə yetirir. Bununla belə, 84% valideynlər uşağın şəbəkədə nə etdiyini və orada hansı potensial təhlükələrlə qarşılaşa bildiklərini daha yaxşı başa düşmələrinə kömək edəcək heç bir proqramdan (valideyn nəzarəti proqramları) istifadə etmədiklərini etiraf edib.

"Rəqəmsal texnologiyalar və qadjetlər müasir uşaqlar üçün təbii mühitdir, uşaqlar
doğulandan onları görür və istifadə edir. Buna görə də ailələrdə elektron cihazların faydaları və təhlükələri barədə danışanda anlaşılmazlığın olması təəccüblü deyil.
Uşaqların internetdə özlərini sərbəst hiss etmələrinə baxmayaraq, kiber dünyanı mənimsəməkdə valideynlərinin dəstək və köməyinə hələ də ehtiyac duyurlar. Gənc istifadəçilərə şəbəkədə təhlükəsiz davranış qaydalarını öyrənməyi, təhlükələri tanımağı və qarşısını almağı böyüklərdən yaxşı heç kim edə bilməz. " deyə “Kaspersky” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

İlk növbədə, valideynlər uşaqlarla etibarlı münasibətlər qurmalı, internetdə davranış qaydaları haqqında danışmalı və bu sahədəki maraq və problemlərdən xəbərdar olmalıdırlar. “Kaspersky Safe Kids” –in köməyi ilə özünüzü arzuolunmaz məzmundan və digər internet təhlükələrindən qoruya bilərsiniz. “Kaspersky” şirkətinin bu məhsulu bir çox kiber təhdidləri tanıyır və məhdudlaşdırır, uyğun olmayan məzmunu filtrləyir, potensial təhlükəli kənar insanlarla onlayn təmasların qarşısını alır. Bundan əlavə, bu həllin köməyi ilə valideynlər uşağın sosial şəbəkələrdəki davranışından və dost siyahısındakı dəyişikliklərdən xəbərdar ola, real vaxt rejimində harada olduqlarını öyrənə bilərlər.

Azərbaycanda uşaqların kiber təhlükəsizliyi ilə bağlı valideynlərin mövqeyinin araşdırılması “Kaspersky” şirkətinin sifarişi əsasında “Era” şirkəti tərəfindən 2019-cu ilin oktyabr ayında aparılıb. Sorğuda 18 yaşa qədər övladı olan 300 valideyn iştirak edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky: valideynlər uşaqları ilə internet təhlükəsizliyi qaydalarını müzakirə edib

20-02-2020

“Kaspersky” "Təhlükəsiz internet" mövzusunda seminar keçirib

06-03-2020

Kaspersky: Valideynlər internetdən istifadədə özlərinə nəzarət etmir

24-10-2019

“Valideynlər övladını kibertəhlükədən qorumur”

15-11-2016

Azərbaycanda uşaqların təxminən üçdə biri hər gün video oyun oynayır

19-05-2020

Kaspersky Lab uşaqlar üçün yeni xidmət istifadəyə verib

29-07-2016

Valideynlər uşaqlarının hansı videolara baxdıqlarını izləyə biləcəklər

01-06-2022

Kaspersky Lab Azərbaycanda Yeni il tətilində uşaqların internetdə nə axtardıqlarını müəyyənləşdirib

04-02-2019

Psixoloq: Valideynlər uşaqların mobil cihazlardan istifadəsinə məhdudiyyət qoymalıdır

19-03-2020

Şagirdləri internetdə zərərli məlumatlardan necə qorumaq olar?

15-09-2016

Kaspersky Lab uşaqların internet maraqlarını  araşdırıb

13-09-2019

Kaspersky-in nümayəndəsi: Kiber təhlükəsizliyin tam təmin edilməsinə dair fərdi həllər təklif edirik

29-04-2020

Kaspersky və Skill Cup uşaqların onlayn təhlükəsizliyi üzrə mobil kursa başlayıb

30-06-2021

Valideynlər uşaqlar üçün internetin məhdudlaşdırılmasını normal hesab edir

28-12-2015

Sosial mediada uşaqları təhlükələrdən necə qorumalı?

20-02-2017

Şəbəkə uşaq oyuncağı deyil: uşağı internetdə necə qorumalı

26-08-2022

Kaspersky 2021-ci ilin payızında uşaqların hansı internet məzmunla maraqlandığını araşdırıb

14-01-2022

Uşaqların təhlükəsizliyini qoruyan yeni mobil tətbiq

02-12-2015

Yeniyetmələr üçün “KeepVision” proqramı təqdim olunub

11-06-2015

Uşaqları internetdəki təhlükələrdən necə qorumalı?

01-02-2017

Uşaqların narkotik saytlara marağı artıb- Reytinq cədvəli

02-06-2017

Kaspersk Azərbacanda uşaqların əsasən hansı saytlara girdikləri araşdırıb

08-09-2021

Kaspersky Lab şirkəti uşaqların bu yay nə ilə maraqlandıqlarını araşdırıb

03-09-2018

Kriptovalyuta hansı riskləri özü ilə gətirir?-ARAŞDIRMA

30-01-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə