Previous Next
Bağla

Uşaqların narkotik saytlara marağı artıb- Reytinq cədvəli

02-06-2017 17:20
Uşaqların narkotik saytlara marağı artıb- Reytinq cədvəli

Kaspersky Lab şirkəti son bir il ərzində gənc istifadəçilərin onlayn-maraqlarının hansı istiqamətlərdə dəyişildiyini araşdırıb.

Xeberler.az şirkətin hesablamalarına istinadən məlumat verir ki,  onlayn-ünsiyyət forması hələ də uşaqların İnternetdə əsas məşğuliyyəti hesab olunur – orta hesabla dünyada 61% aktivlik məhz Kaspersky Lab-ın təhlükəsizlik modullarına daxil olan “Valideyn nəzarəti” modulu üzərindən qeydiyyatdan keçmiş bu fəaliyyətin payına düşür. Lakin ekspertlər kompüterlərdən sosial şəbəkələrə daxilolmaların sayının azaldığını qeyd edirlər.

Dünyada məhşur olan sosial şəbəkələr arasında, demək olar ki, hər yerdə Facebook birinci yerdə durur. Ancaq elə ölkələr də var ki, orada regional platformalardan daha çox istifadə olunur. Məsələn, Çində yerli mikrobloq xidməti “Sina Weibo” və “Kaixin001” sosial şəbəkəsi qərb rəqiblərindən daha geniş yayılıb. Azərbaycanda uşaqlar dünya tendensiyalarına daha çox meyl edirlər və Facebook-u seçirlər, eyni zamanda, Rusiya sosial şəbəkələri olan VKontakte və Odnoklassniki-dən də geniş şəkildə istifadə edirlər. 

 Azərbaycanda sosial şəbəkələrin populyarlığına görə pay bölgüsü

 Sosial şəbəkələrə olan maraqla yanaşı “Valideyn nəzarəti” modulu həm də uşaqların “Alkoqol, tütün, narkotik" kateqoriyasına daxil olan saytlara da yüksək marağın olduğunu qeydə alıb. Hələ keçən il ekspertlər bu mövzulara uşaqların meylinin artmasını müşahidə ediblər və sözügedən maraq artmaqdadır. Bunu belə izah edirlər ki, oxşar məzmunlu mövzulara istənilən yerdə rast gəlmək olar – onlar artıq pop-mədəniyyətin bir hissəsinə çevriliblər. Həmçinin, son il ərzində yeniyetmələr arasında “veyp” (elektron siqaret) geniş yayılıb. Onunu orqanizmə təsiri hələ tam öyrənilməyib, lakin Kaspersky Lab bu mövzunu da diqqətdən kənar saxlamayıb və onu müvafiq kateqoriyaya daxil etməyi qərara alıb. Nəticədə, bildirişlərin sayı kateqoriyanın genişlənməsilə əlaqədar olaraq bir az da artıb.

Gənc istifadəçilər arasında populyarlıq reytinqinə əsasən, ikinci yerdə kompüter oyunları yer alıb ki, onlar da ötənilki nəticələrə nisbətən reytinqdə bir pillə aşağı düşüb. Postsovet məkanında bu kateqoriyadan olan və ən çox izlənilən Steam onlayn-mağazası və oyun birliyi olub. Ondan istifadə sayının çox olması uşaqların tamamilə müxtəlif oyunlara meyl etməsindən xəbər verir: inkişaf etdirən oyunlardan tutmuş adi vaxt öldürən oyunlaradək. Reytinq cədvəlini Minecraft və Roblox oyunları davam etdirirlər və bəzi ölkələrdə bu oyunlar məktəb proqramı çərçivəsində tədris olunur.

Nəhayət, uşaqların əksər hissəsi “Proqram təminatı, audio, video” kateroriyasına aid olan saytlara maraq göstərir. Video seyr etməyə və musiqi dinləməyə ən çox vaxt sərf edən uşaqlar isə çinlilərdir – demək olar ki, hər beş uşaqdan biri sözügedən məşğuliyyətlə vaxt keçirirlər (18%).

“Uşağın rəqəmsal həyatının təhlükəsiz olması üçün nəinki onun şəbəkələrdəki faəliyyətinə nəzarət etmək, həmçinin istər uşaqların, istərsə də böyüklərin rəqəmsal savadlılığını inkişaf etdirmək lazımdır. Böyüklər uşaqlarla etibarlı münasibətlər qurmalıdırlar, belə ki, uşaq daim sosial şəbəkələrdə və ya digər təhlükəli saytlarda vaxt keçirdiyinə görə danlanılarsa, doğrudan da çətin vəziyyətə düşdüyü zaman valideynlərindən kömək istəməyə çəkinəcək və özünə qapanaraq problemi ilə üz-üzə qalacaq”, - deyə Kaspersky Lab şirkətinin veb-kontentlərin təhlili üzrə eksperti Anna Larkina bildirib.

Xüsusən uşaqların İnternet məkanında müdafiəsi üçün Kaspersky Labın həllər siyahısında ayrıca “Kaspersky Safe Kids” modulu, həmçinin bütün cihazlarda istifadə üçün “Kaspersky Internet Security” və “Kaspersky Total Security” proqramlarında “Valideyn nəzarəti” modulu mövcuddur. Bu proqramlar valideynlərə uşağın cihazın istifadəsinə ayırdığı vaxta nəzarət etmək, İnternetə çıxışın cədvəlini tərtib etmək və uşağın sərf etdiyi vaxt haqqında hesabatlar almağa imkan verir. Əlavə olaraq onlar uşaqları yaşlarına uyğun olmayan mövzulara baxmaqdan qoruyur, valideynlərə kiberfırıldaqçılıq əlamətləri haqqında məlumat verir, zəng və SMS statistikasını və s. təqdim edir.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kaspersky Lab şirkəti uşaqların bu yay nə ilə maraqlandıqlarını araşdırıb

Kaspersky Lab şirkəti uşaqların bu yay nə ilə maraqlandıqlarını araşdırıb

03-09-2018
Kaspersky Lab Azərbaycanda Yeni il tətilində uşaqların internetdə nə axtardıqlarını müəyyənləşdirib

Kaspersky Lab Azərbaycanda Yeni il tətilində uşaqların internetdə nə axtardıqlarını müəyyənləşdirib

04-02-2019
Kaspersky Lab uşaqların internet maraqlarını  araşdırıb

Kaspersky Lab uşaqların internet maraqlarını  araşdırıb

13-09-2019
Kaspersky Lab uşaqlar üçün yeni xidmət istifadəyə verib

Kaspersky Lab uşaqlar üçün yeni xidmət istifadəyə verib

29-07-2016
Azərbaycanlı uşaqlar ən çox əyləncəli multimedianı seçir

Azərbaycanlı uşaqlar ən çox əyləncəli multimedianı seçir

04-06-2019
Kaspersky: valideynlər uşaqları ilə internet təhlükəsizliyi qaydalarını müzakirə edib

Kaspersky: valideynlər uşaqları ilə internet təhlükəsizliyi qaydalarını müzakirə edib

20-02-2020
Sosial mediada uşaqları təhlükələrdən necə qorumalı?

Sosial mediada uşaqları təhlükələrdən necə qorumalı?

20-02-2017
Azərbaycanda uşaqların təxminən üçdə biri hər gün video oyun oynayır

Azərbaycanda uşaqların təxminən üçdə biri hər gün video oyun oynayır

19-05-2020
Şagirdləri internetdə zərərli məlumatlardan necə qorumaq olar?

Şagirdləri internetdə zərərli məlumatlardan necə qorumaq olar?

15-09-2016
Valideynlər uşaqlarının hansı videolara baxdıqlarını  izləyə biləcəklər

Valideynlər uşaqlarının hansı videolara baxdıqlarını izləyə biləcəklər

01-06-2022
Kaspersky və Skill Cup uşaqların onlayn təhlükəsizliyi üzrə mobil kursa başlayıb

Kaspersky və Skill Cup uşaqların onlayn təhlükəsizliyi üzrə mobil kursa başlayıb

30-06-2021
Kaspersky: Valideynlər internetdən istifadədə özlərinə nəzarət etmir

Kaspersky: Valideynlər internetdən istifadədə özlərinə nəzarət etmir

24-10-2019
 “Valideynlər övladını kibertəhlükədən qorumur”

“Valideynlər övladını kibertəhlükədən qorumur”

15-11-2016
Kaspersky: Valideynlərin dörddə biri yeni doğulmuş körpələrə qadjet verir

Kaspersky: Valideynlərin dörddə biri yeni doğulmuş körpələrə qadjet verir

17-01-2020
Kaspersky 2021-ci ilin payızında uşaqların hansı internet məzmunla maraqlandığını araşdırıb

Kaspersky 2021-ci ilin payızında uşaqların hansı internet məzmunla maraqlandığını araşdırıb

14-01-2022
Şəbəkə uşaq oyuncağı deyil: uşağı internetdə necə qorumalı

Şəbəkə uşaq oyuncağı deyil: uşağı internetdə necə qorumalı

26-08-2022
“Kaspersky” "Təhlükəsiz internet" mövzusunda seminar keçirib

“Kaspersky” "Təhlükəsiz internet" mövzusunda seminar keçirib

06-03-2020
Bir milyon istifadəçi video oyun əvəzinə təhdid təhlükəsi ilə üzləşib

Bir milyon istifadəçi video oyun əvəzinə təhdid təhlükəsi ilə üzləşib

20-06-2019
Uşaqların təhlükəsizliyini qoruyan yeni mobil tətbiq

Uşaqların təhlükəsizliyini qoruyan yeni mobil tətbiq

02-12-2015
Uşaqların internet dünyası araşdırıldı

Uşaqların internet dünyası araşdırıldı

07-07-2018
Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019
Azercell internet təhlükəsizliyi ilə bağlı yeni layihəsini təqdim edib

Azercell internet təhlükəsizliyi ilə bağlı yeni layihəsini təqdim edib

01-06-2016
Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019
Kaspersk Azərbacanda uşaqların əsasən hansı saytlara girdikləri araşdırıb

Kaspersk Azərbacanda uşaqların əsasən hansı saytlara girdikləri araşdırıb

08-09-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə