Previous Next
Bağla

Ekspert: Bölgələrdə internetden imtina edənlər barəsində statistika indiyədək açıqlanmayıb

12-09-2024 16:12
Ekspert: Bölgələrdə internetden imtina edənlər barəsində statistika indiyədək açıqlanmayıb
"Bölgələrdə internetden imtina edənlər və şərikli internetlə bağlı statistika indiyədək açıqlanmayıb. Bildiyim qədər hər bir bölgədə çox sayda abunəçilər modemləri qaytararaq internetdən imtina edirlər. Sosial mediada da imtina ilə bağlı xeyli materiallar yerləşdirilib".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspertin sözlərinə görə, “Şərikli internet”ə daha çox əhali sıx yaşayan yerlərdə üstünlük verilir:
 
"İndi də Aztelekom bildirib ki, qiymət artımından bir ay sonra, yəni 15 sentyabrdan sonra internetdən imtina edənlərin müraciəti qəbul edilməyəcək və əgər imtina olarsa onlar cərimələnəcək".
 
Osman Gündüzün sözlərinə görə, Aztelekom iddia edir ki, abonent internetdən bir il istifadə edəcəyi ilə bağlı müqaviləyə imza atıb: "Abonentin isə bundan xəbəri yoxdur. Xatırladıram ki, qanuna zidd formada tərtib olunaraq imzalatdırılan müqaviilələrin hər hansı hüquqi əsası yoxdur.".
 
Ekspert bildirib ki, Aztelekomun hər abonentə minimal 100 Mb/s sürət iddiası da iflasa uğrayıb: "Açıqlanan məlumatlardan görsənir ki, təqdim edilən sürətlər müqavilədə nəzərdə tutulanlardan xeyli aşağıdır. Bununla bağlı İKTA -ya və Antiinhisara da xeyli şikayətlər daxil olduğu bildirilir".
 
Osman Gündüz qeyd edib ki, sektorun tənzimləyici qurumu olan İKTA indiyədək bir dəfə də olsun bu məsələyə münasibət bildirməyib, daxil olan kütləvi şikayətlər və kütləvi imtinalarla bağlı heç bir açıqlama verməyib: "Bir dəfə də olsun Aztelekom-un müqavilələrini araşdırmayıb, 100Mb/s sürət qəbul etmək üçün texnoloji imkanı olmayan bir abonentlə belə bir sürət üçün necə, hansı əsasla müqavilə bağlanmasını araşdırmayıb. Bir dəfə də olsun Aztelekomda monitorinq aparmayıb ki, bu qurum hər bir abonetə 100 Mb/s sürət verə bilir, yoxsa onun ümumiyyətlə belə bir texniki-texnoloji imkanı yoxdur.".
 
Ekspert bildirib ki, tənzimləyici qurumun provayderlər qarşısında bu dərəcədə aciz durumda ola biləcəyini təsəvvür etmir.
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Seçim olmayan internet bazarı, susan tənzimləyicilər - Təhlil

Seçim olmayan internet bazarı, susan tənzimləyicilər - Təhlil

30-12-2025
Ekspert: Təbii inhisarçı "Aztelekom" internetin minimal tariflərini qaldırıb əhaliyə isə seçim yeri qoymayıb

Ekspert: Təbii inhisarçı "Aztelekom" internetin minimal tariflərini qaldırıb əhaliyə isə seçim yeri qoymayıb

08-10-2024
Osman Gündüz: "Rəqəmsal şəxsiyyət vəsiqəsini tanımaqdan imtina halları ictimailəşdirilməlidir"

Osman Gündüz: "Rəqəmsal şəxsiyyət vəsiqəsini tanımaqdan imtina halları ictimailəşdirilməlidir"

27-09-2024
Regionlarda, kəndlərdə internet xidmətlərindən imtina edənlərin sayı artacaq

Regionlarda, kəndlərdə internet xidmətlərindən imtina edənlərin sayı artacaq

14-08-2024
Ekspert: 9 aydır internetin qiymət artımı ilə bağlı araşdırma yekunlaşmayıb

Ekspert: 9 aydır internetin qiymət artımı ilə bağlı araşdırma yekunlaşmayıb

02-06-2025
Ekspert : ASAN İmza-dan imtina olunmalıdır

Ekspert : ASAN İmza-dan imtina olunmalıdır

18-02-2019
Heç olmasa kəndlərdə internet tariflərini qaldırmayaq -Osman Gündüz

Heç olmasa kəndlərdə internet tariflərini qaldırmayaq -Osman Gündüz

10-08-2024
Ekspert: Daha çox hansı mobil operatordan imtina edilib?

Ekspert: Daha çox hansı mobil operatordan imtina edilib?

10-01-2025
Regionlarda keyfiyyətli internet nə vaxt olacaq?

Regionlarda keyfiyyətli internet nə vaxt olacaq?

29-08-2017
Ekspert : İndiyədək İKT sektorunda olmayan bir şirkətə necə 14 milyon vermək olardı?

Ekspert : İndiyədək İKT sektorunda olmayan bir şirkətə necə 14 milyon vermək olardı?

28-02-2019
Məcburi qiymət, məcburi sürət, indi də məcburi modem - Osman Gündüz

Məcburi qiymət, məcburi sürət, indi də məcburi modem - Osman Gündüz

18-07-2025
"Aztelekom-un struktur dəyişikliyi telekom bazarına təsir edəcəkmi"?

"Aztelekom-un struktur dəyişikliyi telekom bazarına təsir edəcəkmi"?

30-04-2025
Ekspert: Azercell "1 manat -1 gün" tarif sistemindən imtina edib

Ekspert: Azercell "1 manat -1 gün" tarif sistemindən imtina edib

03-06-2025
“Aztelekom” internet sürətinin zəifliyi və abunə şərtlərinin pozulmasına münasibət bildirib

“Aztelekom” internet sürətinin zəifliyi və abunə şərtlərinin pozulmasına münasibət bildirib

23-08-2024
Tənzimləyici qurumun "Yerdəki"nə gücü çatmır "Göydəki"ndən hesabat istəyir - Osman Gündüz

Tənzimləyici qurumun "Yerdəki"nə gücü çatmır "Göydəki"ndən hesabat istəyir - Osman Gündüz

27-08-2025
Ekspert: DOST Agentliyinin saytı nə üçün yoxdur?

Ekspert: DOST Agentliyinin saytı nə üçün yoxdur?

11-07-2019
Doğurdanmı tənzimləyici qurum prioritetləri müəyyənləşdirə bilmir?

Doğurdanmı tənzimləyici qurum prioritetləri müəyyənləşdirə bilmir?

23-05-2025
Aztelekom-un RİNN tərkibindən çıxarılması tənzimləyici quruma necə təsir edəcək?

Aztelekom-un RİNN tərkibindən çıxarılması tənzimləyici quruma necə təsir edəcək?

18-03-2025
Ekspert: Məmurlar və qurumlar eGov məsələsində öz ampulasındadırlar

Ekspert: Məmurlar və qurumlar eGov məsələsində öz ampulasındadırlar

19-11-2019
Ekspert: Distant təhsilə keçid zamanı internetdən imtina edənlərin aqibəti  necə olacaq?

Ekspert: Distant təhsilə keçid zamanı internetdən imtina edənlərin aqibəti necə olacaq?

04-11-2024
Regionlarda elektron hökumət quruculuğunun vəziyyəti necədir?

Regionlarda elektron hökumət quruculuğunun vəziyyəti necədir?

09-07-2019
Ağıllı sayğaclara müdaxilə təhlükəsi varmı ?

Ağıllı sayğaclara müdaxilə təhlükəsi varmı ?

16-07-2019
“15 Avqust Tarif Şoku” qanunvericiliyin hansı tələblərini pozub? - Ekspert

“15 Avqust Tarif Şoku” qanunvericiliyin hansı tələblərini pozub? - Ekspert

02-10-2025
BNA Nəqiyyatın İntellektual İdarəetmə Sistemindən imtina edibmi?

BNA Nəqiyyatın İntellektual İdarəetmə Sistemindən imtina edibmi?

27-03-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə