Previous Next
Bağla

Ekspert: Yüksək sürət üçün olan qiymətlər hətta bəzi özəl provayderlərdən də bahadır

11-08-2022 00:33
Ekspert: Yüksək sürət üçün olan qiymətlər hətta bəzi özəl provayderlərdən də bahadır

Xəbər verdiyimiz kimi Baktelecom və Aztelekom GPON texnologiyası ilə fiber optik internet xidməti üçün yeni tarif paketi təqdim edib.

Xeberler.az bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz öz “Facebook” səhifəsində paylaşım edib.

“Operatorlar bir müddət öncədən də bununla bağlı açıqlamalar vermişdilər.

Artıq bu xidmətdən istifadə edənlər üçün əvvəlki 4 Mb/s və 10 Mb/s sürətlər ləğv edilib və müvafiq olaraq 15 və 30 Mb/s sürətlər təklif edilib.

Qiymətlər də, təbii ki, artıb. 4 Mb/s üçün 10 manat ödəyənlər indi 15 Mb/s üçün 15 manat ödəyəcəklər.

10Mb/s üçün 12.5 manat ödəyənlər də indi 30 Mb/s üçün 18 manat ödəyəcəklər.

Dərhal qeyd etmək istərdim ki, adı çəkilən dövlət operatorlarının şəbəkəni modernləşdirməsi, fiber infrastrukturun yenilənməsi, infrastruktura yeni investisiyalar yatırılması və nəticə olaraq yüksək sürətlər təqdim etməsi çox təqdirəlayiqdir.

Məlumdur ki, RİNN 2 il müddətinə bütün ölkə üzrə keyfiyyətli və hər yerdə əlçatan internet infrastruktur qurmağı hədəfləyib və bu istiqamətdə sistemli olaraq işlər aparır.

Bütün bunlar çox təqdirəlayiqdir.

Amma birdən birə hamı üçün yüksək sürətlər təklif etmək və buna uyğun da əvvəlki aşağı sürətə uyğun qiymətdən xeyli yüksək ödəniş tələb etmək , düşünürəm ki, doğru yanaşma deyil.

Heç bir investisiya yatırımı, böyük sürətlərə ehtiyacı olmayan məhdud bir təbəqəni yüksək ödənişlə yüksək də sürət əldə etməyə məcbur edə bilməz.

Bu, doğru olmazdı.

Xüsusən də, bazarda hökmran mövqe tutan, dövlətə məxsus operatorlar üçün bu, yolverilməzdir.

Düşünürəm ki, indiki şəraitdə, internetə əlçatanlığın insanların əsas fundamental hüquqlarından biri hesab olunduğu bir vaxtda, yüksək sürətə ehtiyacı olmayanlar üçün, əvvəlki ödəniş səviyyəsində, təxminən 10-12 manat civarında bəlli bir internet sürəti təklif oluna bilərdi.

Əminəm ki, xeyli sayda GPON istifadəçiləri daha böyük sürət seçiminə üstünlük verəcəklər.

Bir daha vurğulamaq istərdim ki, adı çəkilən dövlət operatorlarının son zamanlar infrastrukturun yenilənməsi istiqamətində həyata keçirdikləri müsbət addımlara rəğmən məhdud seçim imkanı verən qiymət siyasəti doğru yanaşma deyil.

Maraqlıdır ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi hələlik bu məsələyə müdaxilə etməyib.

Qiyməti operatorlar qaldırıb.

Zənnimcə, bunun özü də doğru bir yanaşma deyil.

Nazirlik hazırda həm də tənzimləyicidir. Təəssüf ki , hələlik bu funksiyanı yerinə yetirməli olan, Prezident fərmanı əsasında yaradılan İKT Dövlət Agentliyi də formalaşmayıb. Nizamnaməsi hələ də yoxdur, rəhbərliyi də həmçinin.

Düşünürəm ki, Nazirlik tabeliyindəki dövlət operatorlarının qiymət siyasətinə müdaxilə etməlidir.

Qısa bir araşdırma ilə görmək olar ki, dövlət operatorlarının təklif etdiyi yüksək sürət üçün olan qiymətlər hətta bəzi özəl provayderdən də bahadır. Hansı ki , normalda bu tərsinə olmalıdır.

Bu məsələni, Nazirlik və operatorlarla birlikdə İctimai Şurada da müzakirə etmək faydalı olardı.”

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Görəsən “yüksək sürətlər və yüksək qiymətlər” prinsipi doğrumu yanaşmadır?

18-07-2024

Azərbaycanda "Yağlı müştərilər" uğrunda vuruşma-RƏY

12-07-2023

Ekspert: Dövlət məmuru bilərəkdən “yuxarıları” aldatmaq üçün yalan danışır

08-11-2019

Dövlət operatorlarının cəzalandırması ədalətlidirmi?-RƏY

06-07-2023

RİNN yanında İctimai Şuranın üzvləri Aztelecom rəhbərliyi ilə görüşüb

24-08-2022

Heç olmasa kəndlərdə internet tariflərini qaldırmayaq -Osman Gündüz

10-08-2024

“Bakı Telefon Rabitəsi” MMC GPON texnologiyasının tətbiqi istiqamətində dəyişiklik edib

10-08-2022

“Aztelekom” MMC GPON texnologiyasının tətbiqi istiqamətində dəyişiklik edib

10-08-2022

Regionlarda, kəndlərdə internet xidmətlərindən imtina edənlərin sayı artacaq

14-08-2024

Ekspert: İşıq dirəkləri ilə ölkədə daha sürətli və keyfiyyətli internet infrastrukturu qurula bilər

10-01-2022

Ekspert: NRYTN haqsız rəqabət aparır

00-00-0000

Ekspert:Azərbaycanda 5G infrastrukturu nə zaman qurulacaq?

16-08-2022

Azərbaycanda niyə internetin sürəti zəif, qiyməti bahadır?

22-04-2020

Qonşuda 5 manata olan sürətli internet, bizdə 300 manatdır - Araşdırma

01-10-2015

Həll edilməyən internet problemi: "Keyfiyyətsiz xidmətlə bağlı cərimələr tətbiq edilməlidir”

16-03-2021

Ekspert: Elə MTK-lar var ki, özləri provayder yaradıblar

30-09-2022

Ekspert : ASAN İmza-dan imtina olunmalıdır

18-02-2019

Dövlət provayderi uşaqların qorunması xidmətini pullu edib

01-06-2018

Azərbaycanda internet niyə zəifdir?

08-02-2018

Seçim olmayan internet bazarı, susan tənzimləyicilər - Təhlil

30-12-2025

İnternet qiymətlərinin ucuzlaşması niyə hiss olunmur?

15-09-2009

NRYTN-ə təyin olunan yeni nazir nə vəd edir?

26-01-2021

Ekspert: Azərbaycanda internetin sürəti ürəkaçan deyil

15-09-2021

Azərbaycanda vahid dövlət telekommunikasiya operatoru yaradılacaq

21-10-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə