İnkişaf etməkdə olan və texnologiya ekosisteminin sürətlə böyüdüyü ölkələrdə təşkil edilən, başlanğıc mərhələsində olan startaplara dəstək verən “Seedstars World” İstanbulda da təşkil edilib.
Xeberler.az-ın məlumatına görə, müsabiqənin nəticələri açıqlanıb.
Belə ki, müsabiqənin final mərhələsində 16 startap layihəsi arasından Evraka layihəsi 1-ci yerə çıxaraq İsveçrədə təşkil ediləcək böyük finalda Türkiyəni təmsil etmə imkanı qazanıb.
Qeyd edək ki, son vaxtlarda uğurlu fəaliyyət ilə diqqət çəkən Evraka bu il ilk dəfə təşkil edilən “Webrazzi Arena" yarışmasında finala qalan 12 startapdan biri olub.Yarışmanın final mərhələsində isə 2-ci olub.
Evraka konteynerlerə yerləşdirdiyi sensorlar vasitəsilə konteynerə aid doluluq, mövqe, istilik kimi məlumatları hesablayıb təxmin edərək bunu tullantı toplayan sürücüyə təqdim edir. Bu da sürücünün toplaması lazım olan tullantları təqib etməsi və ona ən yaxın marşrutları gündəlik olaraq avtomatik təyin etmə imkanı yaradır.
Qeyd edək ki, layihə inkişaf etdirdiyi bu sistemlə tullantı toplama sistemlərinin xərclərini yüzdə 45-ə qədər azaldıb.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri