Previous Next
Bağla

Şəkidə 8 provayder, fiber optik İnternet və üstəlik kəndlərdə də İnternet var

09-04-2015 10:42
Şəkidə 8 provayder, fiber optik İnternet və üstəlik kəndlərdə də İnternet var

Xəbərlər regionlarda informasiya-kommunikasiya texnologiyalarının hazırki vəziyyəti və inkişaf perspektivləri ilə bağlı məsələlərə xüsusi diqqət yetirmək məqsədilə  “İT REGİON” rubrikasına başlayır.

Rubrika çərçivəsində regionlarda dövlət və özəl sektorda, ictimai həyatda informasiya texnologiyalarından istifadə haqqında oxuculara mütəmadi olaraq məlumat çatdırmaq niyyətindəyik.

İlk olaraq Şəki şəhərində İnternetlə bağlı, hansı provayderlərin fəaliyyət göstərməsi ilə bağlı, kəndlərdə İnternetin vəziyyəti, məktəblərdə informasiya texnologiyalarının tətbiqi ilə bağlı Aztelekom-un Şəki rayon İnformasiya Kommunikasiya-Texnologiyalar şöbəsinin mühəndisi Vüqar Nəbiyevlə söhbətləşdik.

-Vüqar müəllim, Şəkidə telefon və İnternet istifadəçilərin sayı nə qədərdir?

-Rayonda ümumilikdə 25 min telefon istifadəçisi var. Bütün bu istifadəçilər demək olar ki, İnternetdən istifadə edə bilir. Şəkidə ADSL istifadəçilərinin sayı isə 8 mindən çoxdur.

-Fiber-optik xətlər üzərindən internet xidməti alanlar varmı?

-Bəli, var. Rayon idarələrinin əksəriyyəti Fiber-optik xətlər üzərindən İnternetdən istifadə edirlər. Fiber-oprik xətlər üzərindən İnternet alan fərdi abunəçilərin sayı isə azdır.

-Rayonda neçə provayder fəaliyyət göstərir?

-Hazırda Şəkidə 8 provayder fəaliyyət göstərir. Bunlardan biri dövlət-Aztelecom.Net, digərləri  Data+, Qlobal, Azeronline, Avitel, Smart, AzEdu.Net və Azdata.com-dur.

-Daşınan şəhər telefonları regiona gəlib çıxıbmı? Bu vəziyyətə necə təsir edəcək? Mobil istifadəçilərin sayının azalmasına səbəb ola bilərmi?

-Bəli, artıq regionda daşınan şəhər telefonlarından istifadə olunur. Etiraf etməliyik ki, bu mobil istifadəçilərlə bir rəqabət üsuludur və müştərilərə də sərf edir. Belə deyək ki, ayda 15 AZN verib rayonlarla pulsuz danışmaq imkanı əldə edirlər. Digər tətərfdən,mobil telefonla danışmağın müəyyən qədər ziyanlı tərəfləri varsa, stasionar telefonda bunun heç bir ziyanı yoxdur. Nə qədər danışmasından asılı olmayaraq ziyan törətmir. Bununla belə mobil istifadəçilərin sayının azalacağını düşünmürəm.

- Özəl provayderlərlə münasibətlər necədir? Onların problemlərinin həllinə köməklik göstərilirmi?

-Rəqabət olmasına baxmayaraq, biz onlara da köməklik göstəririk. Müştəri hansı provayderi istəsə, ona qoşulur. Onların hər hansı problem olanda biz ona dövlət provayderi kimi yanaşırıq, öz dövlət provayderimizə necə münasibətimiz varsa, özəl provayderlərə də o qayda da münasibət göstəririk. Bizim əsas əldə etmək istədiyimiz ADSL istifadəçilərinin sayının artmasıdır. Bizim qarşımıza qoyulmayıb ki, hansısa provayder bizim provayderdən çox olsun, özəl provayderlər bizdən az olsun. 2014-2018-ci illərdə də rabitənin inkişafı planında bizim qarşımıza qoyulan əsas məqsəd genişzolaqlı İnternet istifadəçilərin sayının artmasıdır.

- Bəz kəndlərdə İnternetin vəziyyəti necədir?

-Hazırda Şəkinin 28 kəndində ADSL texnologiya ilə İnternetindən istifadə etmək mümkündür. 2018-ci ilin sonuna kimi bütün kəndlərdə  ADSL-dən istifadə etmək mümkün olacaq.

-İnternetin gedib çatmadığı nəçə kənd qalıb?

-30 kənddə ATS var. Amma bundan əlavə 34 kənd və xırda yaşayış məntəqələrinə ATS qoyulması planlaşdırılır. ATS olan kəndlərimizdən 28-də İnternet şəbəkəsi var.

-Regionda İT sahəsində çalışan peşəkar kadrlar varmı?

-Bəli var. Amma yenə də bu sahədə peşəkar kadrlara ehtiyacımız da var. Kardrları seçilərkən İT sahəsində bilik və bacarıqları nəzərə alınır.

-Telefon infrastrukturu yenilənibmi?

- Bəli . Yeni ATS-lər quraşdırılır.  Təlabat yüksək olan yerlərdən başlayıb təlabat aşağı olan yerlərə doğru gedirik.

-Təhsil müəssisələrinin İnternet infrastrukturu necədir? Nə qədər məktəbin genizşolaqlı İnterneti var?

 -Təhsil Nazirliyinin xüsusi AzEdu.net provayderi var. Məktəblərdə Internet çəkilişində bu provayderdən istifadə olunur. Şəhərdə bütün məktəblərdə İnternet var. Kəndlərin də demək olar ki, əksəriyyətində var. Həmin məktəblərin kompüterlərinə də həmin provayder xidmət göstərir. Bu provayder tərəfindən hazırda da məktəblərimizə İnternet çəkilişi davam etdirilir

-Əlavə hansı xidmətləri göstərirsiniz ?

- Daşınan şəhər telefonlarının çəkilişi, optik xətt üzərindən İnternetə qoşulma xidməti, telefon xətlərinin çəkilişi, həmin çəkilən telefonların yönəltmə servisi, gözləmə servisi və həmin telefonların özlərinin digər xidmətləridir. 

-Vətəndaşların hansı şikayətləri olur?

-Vətəndaşların əsas şikayəti İnternetin surəti ilə bağlı olur. Bəzən telefon xətlərində olan nasazlıq nəticəsində İnternetin surətində problemlər yaranır. Telefon xəttindəki müxtəlif problemlər İnternetin surətini zəiflədir. Sürət zəif olanda isə Skype-dan istiafdə edənlər daha çox şikayətlənirlər.

 

Tərlan Yusif

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Zaqatalanın bütün kəndlərində sürətli internet var

Zaqatalanın bütün kəndlərində sürətli internet var

22-09-2015
Regionlarda internet niyə zəifdir ?

Regionlarda internet niyə zəifdir ?

13-09-2019
“İnternetin ölkəyə girişi baha olduğu üçün biz də baha satırıq” - Müsahibə

“İnternetin ölkəyə girişi baha olduğu üçün biz də baha satırıq” - Müsahibə

04-02-2015
Oğuz rayonunda cəmi 114 ADSL istifadəçisi var

Oğuz rayonunda cəmi 114 ADSL istifadəçisi var

03-10-2010
Qusarda yeni elektron ATS quraşdırılıb

Qusarda yeni elektron ATS quraşdırılıb

05-07-2019
İnterneti kimdən alaq-özəl, yoxsa dövlət provayderindən?

İnterneti kimdən alaq-özəl, yoxsa dövlət provayderindən?

18-04-2018
Azərbaycanda bitməyən internet problemi - Ekspertdən açıqlama

Azərbaycanda bitməyən internet problemi - Ekspertdən açıqlama

23-09-2020
Cari ilin sonuna kimi Bakı kəndləri sürətli İnternet xidməti ilə təmin ediləcək

Cari ilin sonuna kimi Bakı kəndləri sürətli İnternet xidməti ilə təmin ediləcək

22-06-2010
“Fiber optik internet baha olduğundan abunəçilər yararlana bilmir”

“Fiber optik internet baha olduğundan abunəçilər yararlana bilmir”

13-05-2016
Qəbələdə İnternet xidmətlərindən istifadə edənlərin sayı artıb

Qəbələdə İnternet xidmətlərindən istifadə edənlərin sayı artıb

23-07-2015
Osman Gündüz: “Elmir Vəlizadənin dedikləri həqiqəti əks etdirmir”

Osman Gündüz: “Elmir Vəlizadənin dedikləri həqiqəti əks etdirmir”

03-12-2015
Aztelekom genişzolaqlı internetin əhatə dairəsini genişləndirir

Aztelekom genişzolaqlı internetin əhatə dairəsini genişləndirir

18-05-2012
Aztelecom abonentlərin hüquqlarını pozur

Aztelecom abonentlərin hüquqlarını pozur

23-09-2019
Zaqatalada nə qədər internet istifadəçisi var?

Zaqatalada nə qədər internet istifadəçisi var?

11-12-2017
Göygölün kəndlərində genişzolaqlı İnternet infrastrukturu qurulur

Göygölün kəndlərində genişzolaqlı İnternet infrastrukturu qurulur

12-08-2015
Ölkəmizdə neçə provayder internet xidməti göstərir?

Ölkəmizdə neçə provayder internet xidməti göstərir?

23-01-2023
KATV1-dən yüksəksürətli  internet üçün kampaniya

KATV1-dən yüksəksürətli internet üçün kampaniya

02-05-2016
BTRİB  Tarif Şurasından xəbərsiz rabitə tariflərini necə müəyyən edib?

BTRİB  Tarif Şurasından xəbərsiz rabitə tariflərini necə müəyyən edib?

13-02-2015
İnternetin sürəti 2 qat artacaq - Ailə NET

İnternetin sürəti 2 qat artacaq - Ailə NET

06-06-2018
Ailə NET internet sürətini artırır

Ailə NET internet sürətini artırır

17-03-2018
Ailə TV -dən 1 ay pulsuz istifadə imkanı

Ailə TV -dən 1 ay pulsuz istifadə imkanı

04-03-2016
«İnternet keyfiyyətsizdirsə, günahı provayderdə yox, nazirlikdə axtarmaq lazımdır»

«İnternet keyfiyyətsizdirsə, günahı provayderdə yox, nazirlikdə axtarmaq lazımdır»

18-04-2010
Masallıda internet problemi: xətlər köhnəlib, sakinlər və müəssisələr problemlə üzləşib

Masallıda internet problemi: xətlər köhnəlib, sakinlər və müəssisələr problemlə üzləşib

12-06-2023
“Dövlət provayderləri özəl provayderlərə imkan vermir”

“Dövlət provayderləri özəl provayderlərə imkan vermir”

04-04-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə