Umbrella dronu istifadəçini yağışdan qoruyacaq

01-02-2017 / 13:40

Drones Direct şirkəti seriyalı DJI Phantom 4 pilotsuz uçan aparatını modifikasiya edərək onu hamı üçün lazımlı qurğuya çevirib.

Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən məlumat  verir ki, dizaynerlərin adi kvadrokopterə çətir yerləşdirməsi sayəsində dron istifadəçinin başı üzərində uçaraq onu yağışdan qoruyur.

Dronun xüsusilə hava şəraiti daim pis olan yerlərdə yaşayan insanlar üçün faydalı olacağı bildirilir.

Diqqəti daha vacib əşyalara yönəltmək məqsədilə bir əldə çətiri tutmamaq üçün istifadəçinin dronu smartofona qoşması tələb olunur. Bundan sonra qurğu GPS sistemindən istifadə etməklə istifadəçini hər yerdə izləyərək onun başı üzərində uçacaq.

Dizaynerlər izah ediblər ki, Umbrella dronunun çətiri saxlaması sayəsində hətta pis hava şəraitində telefonla danışmaq, qəhvə içmək, velosiped sürmək və s. mümkün olacaq.

Məlumata görə, külək qurğu üçün təhlükə törətmir.

O, ev, ağac və dirəklərdən yan keçərək hər şeyi 4K formatlı kameraya çəkir, eləcə də bir dəfə enerji toplamaqla 30 dəqiqəyədək işləyir. Aparatın çəkisi 1 kq təşkil edir.

Adi PJD Phantom 4 aparatının qiyməti təxminən 1252 dollar, Umbrella dronunun modifikasiya edilmiş variantının 1670 dollardır.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə